Plagiat report


qlobal miqyasda iqtisadi siyasət əməkdaşlığının gücləndirilməsi



Yüklə 347,67 Kb.
Pdf görüntüsü
səhifə47/102
tarix02.01.2022
ölçüsü347,67 Kb.
#37444
1   ...   43   44   45   46   47   48   49   50   ...   102
Tam hesabat Mhbub Tagsoy

qlobal miqyasda iqtisadi siyasət əməkdaşlığının gücləndirilməsi, 

kapitalın beynəlxalq hərəkəti

üzərində tənzimləmə və nəzarət mexanizminin formalaşdırılması və valyuta ehtiyatlarının diversifikasiyasına nail

olunması kimi öncül istiqamətlər müəyyən edilmişdir.

Müasir valyuta sisteminin formalaşmasına əhəmiyyətli şəkildə təsir edən bəzi amillər vardır. Bunlar sosialist

blokunçökməsi ilə qlobal iqtisadi 



sistemə yeni oyunçuların 

daxil olması, həmçinin 



90-cı illərdə baş verən 

ardıcıl


böhranlar( xüsusilə valyuta və maliyyə böhranları), 

eləcə də yeni beynəlxalq valyuta 

olmaq iddiasında olan



avronun meydana gəlməsi və s 

məsələlər 



aiddir. Yamayka 

valyuta sisteminin ilk vaxtlarında, beynəlxalq iqtisadi

sistemin iştirakçıları Bretton-Vuds prinsiplərinə əsasən valyuta fəaliyyətlərini aparırdılar. Amma bu iki ardıcıl

sistem arasında bir sıra fərqliliklər mövcuddur. Məhz bu fərqlər Yamayka valyuta sisteminin qlobal maliyyə

böhranı qarşısında qryri-adekvatlıq nümayiş etdirməsinə səbəb kimi qiymətləndirilə bilər. Beynəlxalq miqyasda

likvidliyin təminatı məsələsi müasir valyuta sisteminin əsasında dayanan mühüm problemlərdən biri hesab edilir.

Bretton-Vuds valyuta sistemində Abş dolları qızl paritetinə lövbərlənmişdi və dünyanın aparıcı valyutası

funksiyasnı daşıyırdı. Qlobal likvidlik təminatı da məhz dollar hesabına təmin edilirdi. 1960-cı illərdə amerika

iqtisadçısı Triffin tərəfindən maraqlı bir mülahizə irəli sürülmüşdü: Hər hansı bir ölkənin valyutası əgər dünya

valyuta statusu daşıyırsa, həmin valyutanın emitenti qlobal likvidliyin təmin edilməsi məqsədilə, özünün tədiyə

balansında yaranacaq kəsrə qarşı hazırlıqlı olmalıdır. Bu mülahizənin irəli sürüldüyü dövrdə məlum olduğu kimi

qlobal miqyasda likvidlik təminatçısı olaraq yalnız ABŞ var idi. Amma Yamayka valyuta sisteminə keçidikdən, və

üzən məzənnə rejimini formalaşdırdıqdan sonra, formalaşmış yeni monetar nizamda hesab edilirdi ki, artıq Triffin

dilemmasının əhatə etdiyi fikir artıq bir zərurət deyildir. Çünki Yamayka valyuta sisteminə keçilməsi ilə bərabər

vahid dünya valyutasının mövcudluğu aradan qalxmış, qızıl paritetləri ləğv edilmiş, həmçinin də dünya maliyyə

bazarlarının sürətli inkişafı səbəbindən, beynəlxalq likvidliyin təmini üçün tədiyə balansında davamlı kəsrin

formalaşması fikri əssasız qılınmışdı. Kapitalın yüksək mobilliyi şəraitində likvidliyin artırılması tədiyə balansı kəsri

olmadan da təmin edilə bilərdi. Artıq bu şəraitdə xarici sabitlik deyilən və valyuta sisteminin aparıcı elementi

olaraq dəyərləndirilən iqtisadi anlayışın realizasiyası üçün əlavə şərtlərin də ödənməsi gərəktiyi müəyyənləşdi.

Dünya təcrübəsinə görə xarici satbillik yalnızca yığım investisaya balansından asılı deyildir, eləcə də kapitalın

məcmu axınlarından və dövlətlərin invistisiya mövqeyinə də bağlıdır. Bu yanaşmaya əsasən hazırki valyuta

sistemində bu kimi sorunların meydana gəlməsinin kökündə tədiyə balansında başverən səbatsızlıqlardan daha

çox yeridilən iqtisadi siyasətlərin qeyri-düzgünlüyü dayanır. Beynəlxalq miqyasda likvidliklə əlaqəli problemlərin

valyuta sisteminin funksionallığına yaratdığı problemlər xüsusən 2008-ci il böhranı zamanı özünü daha qabarı

şəkildə üzə çıxardı. Avropa valyuta bazarlarında spekulyativvə ya başqa səbəbdən qısa vaxtda 


Yüklə 347,67 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin