Plan azərbaycanın ilk sakinləri Azıxantrop Tarixi Çənə sümüyü



Yüklə 17,87 Kb.
səhifə2/3
tarix20.11.2023
ölçüsü17,87 Kb.
#164971
1   2   3
0507(2

Azıxantrop
Azıxantrop (türk. azıx, yun. άνθρωπος – Azıx adamı) — Azərbaycan arxeoloqu Məmmədəli Hüseynov tərəfindən 1968-ci ildə Azıx mağarasında alt çənə sümüyü kəşf edilmiş hominidlər fəsiləsinə aid növ. Azıxantropun çənəsi bir tərəfdən pitekantroplara, xüsusilə Mauer adamının çənəsinə, digər tərəfdən bir çox cəhətlərinə görə Fransanın cənubunda olan Kondel-Araqo düşərgəsinin qədim Aşel mədəniyyətinə aid təbəqəsindən tapılmış pre-neandertal tipli insanlara daha yaxındır. Lakin son zamanlar aparılmış tədqiqatlardan sonra, bəzi alimlər neandertal tipli insanları müasir insanların əcdadı hesab etmirlər. Azıxantropun çənə sümüyü Azərbaycan Tarix Muzeyində saxlanılır.
Tarixi
1968-ci ilin iyununda M.M.Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Azıx düşərgəsinin V təbəqəsinin IV horizontunda apardığı arxeoloji qazıntılar zamanı bir neçə daş məmulatı ilə birlikdə ibtidai insana məxsus çənə aşkar olunmuşdur. Çənə sümüyü qalın, dişləri isə xırdadır. Azıxantropun qalıqlarının paleoantropoloji tədqiqatı zamanı D.V.Hacıyev onların 18–22 yaşlı qadına məxsus olduğunu müəyyənləşdirmişdir. Antropoloji xüsusiyyətlərinə görə sinantrop və Heydelberq adamına uyğun gəlir; eyni zamanda Neandertal adamına da yaxındır. Azıxantrop ilk paleoantropa keçid mərhələsidir. Təqribən 350–400 min il əvvəl yaşamış Azıxantrop dünyanın ən qədim insan qalıqlarından hesab olunur. Azıxantrop sümüyünün tapıldığı Aşöl təbəqəsindən çoxlu daş alət və heyvan sümükləri də əldə edilmişdir. Bəzi tapıntılar əsasında Azıxantropun saymağı bildiyi və dini təsəvvürlərinin olduğu ehtimal edilir. Azıxantropun qalıqları Azərbaycanın qədim insanların formalaşdığı ərazilərdən biri olduğunu sübut edir. Çoxtəbəqəli Azıx paleolit düşərgəsinin orta Aşel mədəniyyətinə aid təbəqəsindən tapılmış ibtidai insana məxsus olan çənə üzərində professor D.V.Hacıyev uzun müddət elmi tədqiqat işləri aparmışdır. M.M.Hüseynov tərəfindən tapılmış çənə Azıx paleolit düşərgəsinin elmi əhəmiyyətini və şöhrətini daha da artırmış və dünyanın müxtəlif ölkələrin arxeoloq, paleontoloq, paleoantropoloq və digər mütəxəssislər Bakıya gələrək, Azıx düşərgəsindən tapılmış maddi mədəniyyət qalıqları ilə yaxından tanış olmağa başlamışlar.

Yüklə 17,87 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin