Plan giriş Maliyyə xarakterli məlumatların tənzimlənməsndə qanunvericilik aktlarının rolu. Bəyənnamənin forması və təqdim edilmə qaydaları. Maliyyə xarakterli məlumatları qəbul edən orqanların məsuliyyəti


Bəyənnamənin forması və təqdim edilmə qaydaları



Yüklə 32,6 Kb.
səhifə2/4
tarix21.05.2023
ölçüsü32,6 Kb.
#118898
növüQaydalar
1   2   3   4
Dövlət qulluğu etikası

2. Bəyənnamənin forması və təqdim edilmə qaydaları.
Bu Qaydalar «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində nəzərdə tutulmuş maliyyə xarakterli məlumatların təqdim edilmə formasını, maliyyə xarakterli məlumatları təqdim edən vəzifəli şəxsləri, bu məlumatları qəbul edən orqanları və həmin məlumatların yoxlanılması qaydalarını müəyyən edir.
Aşağıda göstərilən vəzifəli şəxslər maliyyə xarakterli məlumatları Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına (bundan sonra «Komissiya» adlandırılacaq) təqdim edirlər:
Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin Sədri və onun müavinləri, Azərbaycan Respublikasının Baş naziri və onun müavinləri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikası Milli Məclisinin Aparatının, Azərbaycan Respublikası Hesablama Palatasının Aparatının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparatının, Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatının, Məhkəmə-Hüquq Şurasının Aparatının, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatının rəhbərləri, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri, onların müavinləri və onlara bərabər tutulan şəxslər, «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 11.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati vəzifələri tutan şəxslər, 11.1.3-cü maddəsində nəzərdə tutulmuş 2-ci kateqoriya dövlət orqanlarının rəhbərlərinin müavinlərinin vəzifələrini və bölmə rəhbərlərinin vəzifələrini tutan şəxslər, habelə 11.1.4-cü maddəsində nəzərdə tutulmuş 5-ci kateqoriya dövlət orqanlarının aparatları rəhbərlərinin vəzifələrini tutan şəxslər və onlara bərabər tutulan vəzifəli şəxslər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri və onun müavinləri, Naxçıvan Muxtar Respublikasının Baş naziri və onun müavinləri, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və onların müavinləri, yerli icra hakimiyyətlərinin başçıları, Azərbaycan Respublikası məhkəmələrinin hakimləri, Azərbaycan Respublikasının Baş prokuroru və onun müavinləri, şəhər, rayon və hərbi prokurorları, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman), Azərbaycan Respublikasının Mərkəzi Bankının, Hesablama Palatasının, Mərkəzi Seçki Komissiyasının sədrləri və onların müavinləri, Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin direktoru və onun müavini, Milli Televiziya və Radio Şurasının sədri, İctimai Televiziya və Radio Yayımları şirkətinin baş direktoru və onun müavinləri, Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfirləri, beynəlxalq təşkilatlardakı daimi nümayəndələri, baş konsulları, dövlət ali təhsil müəssisələrinin rəhbərləri, dövlətin nəzarət səhm zərfinə sahib olduğu təsərrüfat subyektlərinin rəhbərləri, habelə Komissiya tərəfindən müəyyən edilən dövlət idarə, müəssisə, təşkilatlarının və mərkəzi icra hakimiyyəti orqanlarının ərazi və ixtisaslaşdırılmış qurumlarının rəhbərləri.
Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Azərbaycan Respublikası Hesablama Palatasının üzvləri maliyyə xarakterli məlumatları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən müəyyən edilmiş quruma təqdim edirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları maliyyə xarakterli məlumatları Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən müəyyən edilmiş quruma təqdim edirlər.
Yerli özünüidarə orqanlarına seçilmiş şəxslər maliyyə xarakterli məlumatları müvafiq icra hakimiyyəti orqanına, yerli özünüidarə orqanlarında təşkilati sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər isə yerli özünüidarə orqanına təqdim edirlər.
Digər vəzifəli şəxslər maliyyə xarakterli məlumatları qulluq etdikləri dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilmiş maliyyə (mühasibat) qurumuna təqdim edirlər.
Maliyyə xarakterli məlumatlar bəyannamə formasında təqdim edilir. Bəyannamənin forması və təqdim edilmə qaydaları Komissiyanın təklifləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Vəzifəli şəxslər bəyannaməni yazılı formada tərtib edirlər və bəyannamədə göstərilən məlumatların həqiqiliyinə və tamlığına görə şəxsi məsuliyyət daşıyırlar. Bəyannamə vəzifəli şəxslər tərəfindən təqdim edildikdən sonra geri götürülə bilməz.
Maliyyə xarakterli məlumatları qəbul edən orqanlar vəzifəli şəxslərə bəyannamənin qəbul edilməsi barədə sənəd təqdim edirlər.
Bəyannamədə «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində nəzərdə tutulan məlumatlar göstərilir.
«Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində göstərilən məlumatlara vəzifəli şəxslərin ailə üzvlərinin (əri və ya arvadı və onunla birgə yaşayan valideynləri və uşaqları) əmlakı, maliyyə və əmlak xarakterli öhdəlikləri haqqında məlumatlar da daxildir.
Vəzifəli şəxslər bəyannaməni təqdim etdikdən sonra əldə etdikləri və sonradan özgəninkiləşdirdikləri bəyan edilməli olan əmlak barədə məlumatları növbəti ildə təqdim ediləcək bəyannaməyə əlavə edirlər.

Yüklə 32,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin