Plan: İspaniyada turizmin müasir vəziyyəti və inkişaf xüsusiyyətləri



Yüklə 41,29 Kb.
Pdf görüntüsü
səhifə3/5
tarix16.12.2023
ölçüsü41,29 Kb.
#181510
1   2   3   4   5
BTC-movzu7

Kordova turizm bölgəsi. 
Bu bölgənin ən böyük şəhəri olan Kordova İspaniyanın ən qədim şəhərlərindən 
biridir. Burada olan çoxsaylı tarixi-memarlıq abidələri arasında e.ə. I əsrdə tikilmiş Qvadalkvivir çayı 
üzərindəki qədim Roma körpüsü, ərəb dəyirmanları 
və 
sarayları xüsusilə seçilirlər. XIII əsrdə xristian 
məbədinə çevrilmiş məşhur məscid, qədim memarlığın gözəl incilərindəndir. 786-cı ildə ərəb əmirinin göstərişi 
ilə tikilən və şəhərin mərkəzində yerləşən bu məscid, həmin dövrdə öz gözəlliyinə görə dünyanın bütün 
məscidlərindən seçilməli idi. Məscidin mərmərdən, yəşəm daşından və qranitdən hazırlanmış 850 ədəd sütun, 
iki mərtəbəli, nal şəkilli tağları öz üzərində saxlayır. Dörd min bürünc ve mis çıraq, məscidin möhtəşəm 
salonunu işıqlandırır. Məscidin qübbələri naxışla gözəl işlənmiş və rənglənmiş sidr ağacından hazırlanmışdır. 
Məscidin sahəsi 22 min kv. metrdir. O, Məkkə şəhərindək Müqəddəs Kəbədən sonra ikinci böyük məscid 
hesab olunur. Şəhərdə orta əsrlərin ispan memarlıq abidələri arasında San-Migel və San-Lorenso kilsələri (XIII 
esr) də seçilirlər. 
Aralıq dənizi turizm bölgəsi. 
Bu bölgənin kurort şəhərləri ölkənin Aralıq dənizi sahillərində Fransa 
sərhədindən Barselona şəhərinə qədər olan bölgə daha məşhurdur. Bu mənzərəli, sahillərin qayalıqlardan ibarət 
ərazisi "Kosta Brava" (Qayalıq Sahil) adlanır. Bu ərazidə Rosas, La-Eskala, Palamos, San-Feliu-de-Qişols, 
Lyoret -de-Mar, Blanes, Aroens-de-Mar, Mataro, Badalona kurortları daha çox tanınır. Barselonadan 
Tarraqona qədər olan sahil zolağının relyefi daha müxtəlifdir. Qayalıq sahillər müəyyən yerlərdə geniş 
çimərliklərlə əvəz olunur. Sahilin bu hissəsi "Kosta Dorada" (Qızıl Sahil) adlanır. Bu ərazidə yerləşən 
kurortlardan Sitjes, Vilyanuevau-Jeltru və Taraqqona xüsusilə seçilir. Əsası e.ə. 138-ci ildə qoyulmuş, 
sakinlərinin sayına görə İspaniyanın üçüncü şəhəri olan Valensiya "Kosta del-Asaar" rayonunda yerləşir. 
Şəhərdə qədim qala divarlarının, qüllələrinin qalıqları və digər tikililər qorunub saxlanılmışdır. Sonrakı 
dövrlərə aid olan tikililər arasında XIII əsr Kafedral kilsə (qədim Roma məbədi -Diananın yerində tikilmişdir) 
xüsusilə seçilir. 

Yüklə 41,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin