Plan marketinq nədir?


Ticarət marketinqi və sənaye marketinqi



Yüklə 278,02 Kb.
səhifə3/4
tarix21.01.2023
ölçüsü278,02 Kb.
#80037
1   2   3   4
Ticarət marketinqi və sənaye marketinqi (Business marketing and industrial marketing) – Ticarət marketinqi, fərdlərin və ya təşkilatların (ticarət müəssisələri, hökumətlər və qurumlar daxil olmaqla) marketinq təcrübəsidir.Sənaye marketinqi (və ya işdən biznesə marketinq) malların və xidmətlərin bir işdən digərinə marketinqidir.

  • Kənd təsərrüfatı marketinq (Agricultural marketing) – Kənd təsərrüfatı marketinqi kənd təsərrüfatı məhsulunun təsərrüfatdan istehlakçıya daşınması ilə əlaqəli xidmətləri əhatə edir.



    Marketinqin fəaliyyəti nədən ibarətdir?
    Düşünün ki, bazara yeni bir məhsul və ya yeni bir xidmət çıxarırsınız bunun üçün atacağınız ilkin addımlar nələr olacaq?
    Gəlin bir neçəsini sayaq.

    • Bazar araşdırması edəksiniz;

    • Bu sahədə rəqibləriniz kimdir onlara baxacaqsınız;

    • Məhsul və ya xidmətinizi bazara necə çıxaracağınız haqqında bir planlama edəcəksiniz;

    • Məhsul və ya xidmətinizin brendinqi işlərini görəcəksiniz;

    • Hansı təqdimat və reklam kanallarından istifadə etməli olduğunuzu müəyyən edəcəksiniz və s.

    Deməli, gəldiyimiz nəticə budur ki, marketinq sizin məhsul və ya xidmətinizi hansı bazara və necə çıxaracağınızdan tutmuş onun satışa hazırlanmasını, satış və reklam kanallarını, irəliləmə vasitələrini, nəticələrin monitorinqini, bazara uyğun təkliflərin hazırlanmasını, təkminləşdirilməsini, müştərilərin cəlb edilməsini və onların əldə saxlanılmasını, müştəri bazasının yaradılmasını və bu kimi digər etapları müəyyən edir.

    Reklam və kommunikasiya isə bu etaplardan sadəcə sonuncusudur. Bütün bu prosesslər məhsulun satışı üçündür ancaq satış məhsul hazır olduqdan sonra başlayır. Marketinq işləri isə məhsulun hələ hazır olmadığı zamandan başlayır. Marketinqin biznesinizə qatdığı dəyər istehsal etdiyiniz məhsulun tez bir zamanda satılması üçün görülən işlərdən ibarət deyil. O sizin məhsulunuzun uzun zaman satılmasına və yaddaşlarda qalmasına çalışır. Buradan həm də belə bir nəticəyə gəlmək olar ki, sadəcə məhsulu satmaq önəmli deyil, həmçinin istehlakçının ehtiyacını hiss etmək, onlarla qarşılıqlı münasibət qura bilmək lazımdır.


    Bütün bu planlama və təqdimata hazırlıq yolunun sonunda isə reklam və kommunikasiya durur. Marketinq şöbəsi müəyyən edir ki, məhsul və onun haqqında məlumatlar, müştərilərə olunan təkliflər hansı reklam kanalları üzərindən aparılacaq. Bu zaman da işə ənənəvi marketinq və günümüzdə aktuallıq qazanan rəqəmsal marketinq strategiyaları girir. Bu strategiyalara əsasən müəyyən edilir ki, siz müştərilərin qarşısına hansı üsullarla və haradan çıxacaqsınız.
    Nəticədə, bütün bu tələbatlar və strategiyalar zövqü, istəkləri, düşüncə və seçimləri tez-tez dəyişən istehlakçıya uyğunlaşa bilmək üçündür. Bu da marketinqin qarşısında duran əsas məsələdir.

    Yüklə 278,02 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin