Tərbiyəedici təlim tədris materialının tərbiyəedici imlanlarını, nail olunacaq tərbiy məqsədlərini müəyyənləşdirir. bu təlim şagirdlərdə ümumbəşəri dəyərlər əsasında tərbiyə edir, onlarda məqsuliuuəylilik, müstəqillik, diqqətlilik kimi həyatilik kimi həyati əhəmiyyəti olan keyfiyyətləri formalaşdırır, şagirdləri əməkdşlıq etməyə ruhlandırır. Təlim və onun keyfiyyətini idarə etmək mühüm tətbiqi problem kimi pedaqoji psixologiyanın qarşısında durur. Təlimin forma və metodlarından istifadəni, təlim prosesində şagirdlərin inkişafının psixoloji xüsusiyyətlərini öyrənmək bu sahədə müəllimi zəruri bilikləri mənimsəməyə yönəltmək deməkdir.
2. Təlim insanın əsas fəaliyyət növlərindən biridir. Məktəb yaşı dövründə təlim aparıcı fəaliyyətə çevrilir. Onun üçün şagirdlər müəyyən məlumatları, hərəkətləri mənimsəyirlər. Təlim prosesində aşağıdakı məqsədlərə nailolma baş verir:
1/ Hər hansı bir fəaliyyət növünün müvəffəqiyyətlə təşkil edilməsi üçün lazım olan gerçəkliyin zəruri xassələri haqqında məlumatların mənimsənilməsi;
2/ Həmin fəaliyyət növlərini təşkil edən yol və əməliyyatları düzgün seçmək və onlara nəzarət etmək üçün məlumatlardan istifadə qaydalarını mənimsəmək;
3/ Qarşıda duran məsələnin həllində yol və əməliyyatları düzgün seçmək və onlara nəzarət etmək üçün məlumatlardan istifadə qaydalarını mənimsəmək.
I halda biliklərin, II halda vərdişlərin, III halda isə bacarıqların yaranması baş verir.
Deməli, təlim o zaman mümkündür ki, bilik, bacarıq və vərdişə yiyələnmək üçün insanın fəaliyyəti şüurlu məqsədlərlə idarə olunsun.Həqiqi mənimsəmə idrak proseslərinin həlli ilə bağlı olan fəal prosesdir. Bu mənimsəmə prosesində əldə edilən biliklər müəyyən sistem təşkil edir və təcrübətə tətbiq oluna bilər.
Təlim şagirdlərin biliklər sistemini mənimsəmələrinə və həmin bilikləri təcrübəyə tətbiq etmək üçün lazım olan vərdiş və bacarıqlara yiyələnmələrinə yönəlmiş məqsədəuyğun idrak fəaliyyətidir. Təlim məqsədəyönəlmiş prosesdir.
Dostları ilə paylaş: |