Plan: Pedaqoji psixologiyanın mövzusu və vəzifələri 2


Fərqləndirici diqqət modeli («Lokator»)



Yüklə 135,86 Kb.
səhifə45/86
tarix17.04.2022
ölçüsü135,86 Kb.
#55630
1   ...   41   42   43   44   45   46   47   48   ...   86
Ped.ps.TSPX.-45s.mühazirə.doc.

3.Fərqləndirici diqqət modeli («Lokator»). Bu cür müəllimlər şagirdlərə seçici münasibət bəsləyirlər. Onlar bütün sinfə deyil, məsələn, yalnız talantlı və yaxud zəif şagirdlərə diqqət yetirirlər. Bu cür ünsiyyət modelinin yaranmasının səbəblərindən biri dərs dediyi şagirdlərin təliminin fərdiləşdirilməsi ilə frontal yanaşmanı əlaqələndirə bilməməsi ola bilər. Nəticədə – müəllim-şagird kollektivi sistemində qarşılıqlı təsir aktı pozulur.

4.Hiporefleks modeli («Tetra quşu»). Bu cür müəllimlər ünsiyyət zamanı sanki özlərinə qapılırlar. Özlərini dinləməyə meyllidirlər. Onların nitqi ən çox monoloji xarakter daşıyır. Danışarkən o, yalnız özü-özünü eşidir, dinləyicilərə heç cür reaksiya, fikir vermir. Birgə iş zamanı da özünə qapılmış olur. Nəticədə – öyrədən və öyrənənlər arasında qarşılıqlı təsir praktik olaraq mövcud olmur. Müəllim və şagirdlər (tələbələr) arasında psixoloji vakuum sahəsi yaranır. Ünsiyyət prosesinin tərəfləri bir-birindən təcrid olunurlar.


Yüklə 135,86 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin