Plan: Psixologiyanın predmeti və praktik xüsusiyyətləri


Beyində hifz olunanların qısa müddətdən sonra yenidən yada salınması xeyli çətin



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə11/25
tarix07.06.2020
ölçüsü2,3 Mb.
#31819
1   ...   7   8   9   10   11   12   13   14   ...   25

Beyində hifz olunanların qısa müddətdən sonra yenidən yada salınması xeyli çətin 
baş verir, əsasən, 2-4 gündən sonra daha aydın və əhatəli yada salınır. 
Yadasalmada  hadisələrin  hansı  konteksdə  baş  verdiyi  mühüm  əhəmiyyət  kəsb 

edir.  Məsələn,  köhnə  əşyalar,  kitablar,  ev,  uşaqlığın  keçdiyi  yerlər  və  onlarla  bağlı 
olanlar  daha  güclü  təsir  edir.  Bu  mənada  Zeyqarnik  effekti  maraq  kəsb  edir.Təbii 
sonluğu  olmayan  vəziyyətləri,  tamamlanmayan  hərəkətləri  insanlar  daha  yaxşı  yadda 
saxlayır.  Əgər  biz  yeməyi,  içməyi  sona  çatdıra  bilmir,  arzu  etdiyinə  çata  bilməyə  az 
qalmış, amma çatmadıqda bu daha uzun müddət yadda saxlanılır, nəinki asanlıqla əldə 
edilən.  Hafizənin  bu  xüsusiyyəti  onunla  bağlıdır  ki,  tamamlanmamış  hərəkətlər  mənfi 
emosiyaların  mənbəyi  olduğundan  müsbət  emosiyalara  nisbətən  daha  güclü  təsirə 
malikdir.Məhz  buna  görə  də  adamlar  uğursuz  sevgini,  bədbəxt  hadisələri,  xəstəliyi, 
əzablarını, həyəcanlarını daha dəqiq və aydın yadda saxlayırlar. 
Tanımaya  gəldikdə  o,  hər  hansı  bir  obyekti  yenidən  qavrama  zamanı  yada 
salmaqdan ibarətdir. Tanıma olmasaydı biz cisimləri artıq bizə tanış olan kimi deyil, yeni 
cisim kimi qavrayardıq.  
Unutma.Hafizə 
ilə 
bağlı  çətinliklər  yadasalmadan  daha  çox  xatırlama  ilə 
əlaqədardır.Müasir  psixologiyanın  bir  çox  tədqiqatları  sübut  edir  ki,  sağlam  beyində 
informasiyalar uzun müddət hifz olunsa da onların çox hissəsi istifadə olunmamış qalır. 
Praktiki olaraq böyük əksəriyyəti «əlçatmaz» olur, «unudulur», amma deyirlər ki, onlar 
bunu  bilirdi,  oxumuşdu,  eşitmişdi  və  s.  Psixoloqlar  bunu  unutma  adlandırırlar.  Yəni 
psixikada  olan  informasiyalar  dəqiqliyini,  aydınlığını  itirir  və  ya  azalır.Q.Ebbinhauzun 
təcrübəsi bu baxımdan maraqlıdır. O, sübut edir ki, öyrənilən materialın 40 faizi yarım 
saat sonra, 66 faizi bir gündən sonra, 75 faizi üç gündən sonra, 79 faizi bir aydan sonra 
unudulur.  Əlbəttə,  burada  fərdi  xüsusiyyətlər,  materialın  mənalılığı,  əhəmiyyətliliyi  də 
böyük rol oynayır. 
Göründüyü kimi, unutmada başlıca yeri vaxt tutur.Lakin psixika üçün paradoksal 
hallar  da  xasdır.  Məsələn,  yaşlı  adamlar  indicə,  az  müddət  əvvəl  eşitdiklərini  asanlıqla 
unutduqları  halda,  uzaq  keçmişdə  baş  verənləri  çox  da  çətinlik  çəkmədən  və  aydın 
xatırlayırlar. Bu fonomen «Ribo qanunu» adlanır.Unutmanın ikinci mühüm amili adətən 
mövcud  informasiyadan  aktiv  istifadə  olunmasıdır.  O  şeylər  daha  tez  unudulur  ki,  ona 
az tələbat olur və ya ehtiyac olmur. Yaşlı adamlarda verbal hafizə daha tez unutqanlıqla 
əvəz  olunur.Uşaqlığın təəssüratı, xatirələri, hərəkət vərdişləri (velosiped  sürmək, gitara 
çalmaq, üzgüçülük, futbol oynamaq və s.) hafizədə daha davamlı, bəzən on illərlə heç də 
çox  iradi  səy  göstərmədən  yada  salınır.  Belə  faktlar  da  məlumdur  ki,  üç  il  həbsxanada 
«oturmuş» adam nəinki qalstuk bağlamağı, hətta ayaqqabı bağlamağı belə unudur.  
Unutma eyni zamanda, psixikanın özünümüdafiə mexanizmidir. Unutma şüur və  
şüuraltı  sahələri  sarsıntı  və  pozulmalardan  qoruyur.  İnsana  xüsusilə  kəskin  təsir  etmiş 
hadisələrin  uzun  müddət  həmin  şiddətlə  davam  etməsinə  təbii  ki,  orqanizm  davam 
gətirməz.Vaxt  keçdikcə  onun  təsiri  azalır,  tədricən  unudulur.Ümumiyyətlə,  o  şeylər 
"unudulur" ki, psixoloji tarazlığı pozur, davamlı neqativ gərginlik yaradır. 
Hafizə insanın daha asan pozulan qabiliyyətlərindəndir.Onun çoxsaylı pozuntuları 
geniş yayılmışdır.Baxmayaraq ki, insanların çoxu onun pozulduğunu hətta bilmirlər  və 
yaxud  da  çox  sonralar  bilirlər.Hafizənin  pozulması  insanın  fərdi  xüsusiyyətləri  ilə  də 
bağlıdır.Onların təhlili hafizənin bir daha psixoloji fonomen olduğunu təsdiq edir. 
 

5.Hafizənin növləri və tipləri 
 
Yadda saxlanılan materialların növlərinə görə müvafiq olaraq hafizənin aşağıdakı 
dörd  növü  müəyyənləşdirilmişdir.Müxtəlif  hərəkətlərin  və  onların  yadda  saxlanılması, 
hifz  olunması  hərəkət  hafizəsi  adlanır.Maşın  sürmək,  musiqi  alətlərində  ifa  etmək, 
kompyuterdə  yazmaq  və  s.  Hərəki  hafizə  peşə  fəaliyyətini  icra  etmək  üçün 
vacibdir.Sonra  gerçəkliyin  cisim  və  hadisələrinin  keçmişdə  qavramış  olduğumuz 
surətlərinin yadda saxlanılması, hifz edilməsi və yada salınmasından ibarət surət hafizəsi 
formalaşır.  Surət  hafizəsində  hansı  analizatorun  daha  aktiv  iştirak  etməsindən  asılı 
olaraq  onun  beş  növünü:  görmə,  eşitmə,  toxunma,  iy  bilmə  və  dadı  ayırırlar.  İnsan 
psixikası üçün görmə və eşitmə hafizəsi daha əhəmiyyətli rol oynayır. 
Praktiki 
olaraq 
hərəkət 
hafizəsi 
ilə 
eyni 
vaxtda 
emosional 
hafizə 
formalaşır.Emosional hafizə yaranmış hisslərin, şəxsi emosional vəziyyətin və affektlərin 
yada  salınmasıdır.Həyətdən  qəflətən  çıxan  itdən  qorxan  şəxs  uzun  müddət  oradan 
keçərkən  həmin  hissləri  təkrar  yaşayır.  Hafizənin  ən  yüksək,  ali  növü  verbal  (sözlü-
məntiqli və ya semantik) hafizə hesab olunur. Onun köməyilə insanın intellektual bazası 
yaranır  və  fikri  fəaliyyətinin  (oxumaq,  yazmaq,  hesablamaq  və  s.)  böyük  əksəriyyəti 
həyata keçirilir. 
Verbal  hafizə  təfəkkürün  xüsusi  formasının  məhsulu  kimi  özündə  ana  dilinin 
qrammatik  qaydalarının  əsasını,  təhlili  və  dərk  olunmasını  ehtiva  edir.Yəni  materialın 
mənasının yadda saxlanılması və yada salınması təfəkkür prosesi ilə bağlıdır. 
Yaddasaxlama  və  yadasalmanın  iradi  proseslərinin  dərəcələrinə  görə  hafizənin 
qeyri-ixtiyari  (bəzən  özü  də  istəmədən  nəyisə  xatırlayır)  və  ixtiyari  hafizələrə 
ayırırlar.İxtiyari  hafizədə  insan  sanki  qarşısına  məqsəd  qoyur.«Yada  sal».Lakin  iradi 
səy  həmişə  uğurla  tamamlanmır  və  maraqlıdır  ki,  insan  həmişə  unudacağından 
qorxduğu şeyi unudur. 
Genetik hafizənin mexanizminin bir çox sahələri hələ də sirr olaraq qalır.İnsanın 
hərəkət  və  psixi  reaksiyasının  tənzim  olunmasında  irsi  amillərin  rolu,  çoxalma  və 
özünümühafizə instinktinin bu prosesdə yeri tamamilə elmi həllini tapmamışdır. 
Müxtəlif  növ  məlumatların  yadda  saxlanılması  qabiliyyəti  insanın  hansı  -  sol  və 
sağ  yarımkürələrinin  dominant  olmasından  asılıdır.Birinci  halda  verbal  hafizənin 
(sxemlər, məntiqi sübut, terminlər və s.), ikinci halda isə görmə və hərəkət hafizələrinin 
mexanizmləri daha səmərəlidir. 
Hafizə  yadda  saxlanan  informasiyalar  dinamikliyinə  görə  fərqlənir  və  sanki 
psixikada müstəqil «yaşayır». O, bəzən qeyri-ixtiyari olaraq fəallaşır, digər hallarda heç 
bir  səbəb  olmadan  yox  olur.  Dinamikanın  məlum  olan  belə  silsilələri  reminisensiya 
adlanır. 
Yadda saxlama müddətindən asılı olaraq hafizənin qısamüddətli və uzunmüddətli 
növləri  də  vardır.Qısamüddətli  hafizə  qısamüddətli  yaddasaxlamaya  əsaslanır.Uzun-
müddətli  hafizəyə  gəldikdə  isə  bu  zaman  öyrənilən  material  uzun  müddət,  bəzən  bütün 
həyat boyu beyində hifz olunan və istənilən vaxt yada salına bilir. 
Uzunmüddətli  hafizə  ilə  bağlı  toplanmış  materiallar,  keçirilən  təcrübələr  göstərir 

ki,  onun  həcmi  və  müddəti  demək  olar  hüdudsuzdur.İndi  baş  vermiş  və  uzaq  keçmişdə 
olmuş  hadisələrin  hafizədə  hifz  olunması  baxımından  fərqli  cəhətləri  çoxdur.Birincinin 
xatırlanması asan, ikincininki isə xeyli çətin və nisbətən uzun vaxt tələb edən prosesdir. 
Qısamüddətli  hafizə  ilə  uzunmüddətli  hafizənin  fərqi  təxminən  belədir:  «Əvvəlki 
sözünüz  necə  oldu?»  –  qısamüddətli  hafizə.  «Keçən  həftənin  bazar  günü  naharda  nə 
yemişdiniz?» – uzunmüddətli hafizə. Yeni materialın uzunmüddətli hafizəyə daxil olması 
və  sonra  yada  salınması  xeyli  iradi  səy  tələb  edir.Psixikamızın  operativ  və  analitik 
mərkəzi  özünün  informasiya  mərkəzinə  qismən  nəzarət  edir.Məhz  bu  səbəbdən  hifz 
olunan  informasiyaların  içərisindən  lazım  olanını  həminki  anda  seçmək  xeyli 
çətindir.Eyni  zamanda,  bir  sıra  mürəkkəb  əməliyyatlar,  məsələn,  qrammatik 
qaydalardan  istifadə  olunması,  mətnin  oxunması  uzunmüddətli  hafizənin  nəticəsində 
asan və praktik olaraq avtomatlaşdırılmış şəkildə icra olunur. 
Beyində hifz olunanların qısa müddətdən sonra yenidən yada salınması xeyli çətin 
baş verir, əsasən, 2-4 gündən sonra daha aydın və əhatəli yada salınır. 
Nəhayət  hafizənin  operativ  növü  də  vardır.Adətən,  insan  müəyyən  məsələni  həll 
edərkən  ona  lazım  olan  məlumatları  xatırlayır  və  ondan  istifadə  edir.Əməliyyat 
qurtardıqdan  sonra  həmin  məlumat  yenidən  beyində  hifz  olunur.  Bu  proses  operativ 
hafizə ilə əlaqədardır. 
Hafizənin tipləri.İnsanlar öz hafizələrinin bir sıra xüsusiyyətləri ilə bir-birlərindən 
fərqlənirlər.Bu  cür  fərdi  fərqlər  hafizənin  tiplərində  özünü  daha  aydın  göstərir.Adətən 
psixologiyada əyani obrazlı, sözlü-mücərrəd və aralıq hafizə tipləri qeyd olunur. 
Hafizənin 
əyani-obrazlı  tipi  müxtəlif    təəssüratı  yadda  saxlamaqda 
analizatorlardan hansının daha çox məhsuldar olmasında özünü göstərir.  
Görmə  tipinə  malik  olan  adamlar  ən  çox  gördüklərini,  eşitmə  tipinə    malik  olan 
adamlar  eşitdiklərini,  hərəki  tipə  mənsub  olanlar  isə  bilavasitə  əməliyyat  apardıqları, 
hərəki  analizatorların  iştirak  etdiyi  materialları  daha  yaxşı  yadda  saxlayıb  yada  sala 
bilirlər.  Həyatı  faktlardan  göründüyü  kimi  bu  tiplərə  təmiz  halda  çox  az  rast  gəlmək 
mümkündür.  Həyatda  ən  çox  qarışıq  tipə:  görmə-eşitmə,  görmə-hərəki,  eşitmə-hərəki 
tiplərə  rast  gəlmək  mümkündür.  Məhz  buna  görə  də  təlim  prosesində  hafizənin 
tipologiyasının  nəzərə  alınması  zəruridir.Təlim  fəaliyyəti  elə  təşkil  edilməlidir  ki,  ayrı-
ayrı  tiplərə  mənsub  olan  şagirdlərin  hamısının  mənimsəməsi  üçün  səmərəli  şərait 
yaranmış olsun. 
 
 
Mövzu 11. Təfəkkür və təxəyül 
Qısa icmal: 
1.Təfəkkür haqqında anlayış 
2.Təfəkkürün formaları 
3.Təfəkkürün nitqlə qarşılıqlı əlaqəsi 
4.Təfəkkürün növləri və fərdi xüsusiyyətləri 
5.Təxəyyül haqqında anlayış 
6.Təxəyyülün növləri  

 
1.   Təfəkkür haqqında anlayış 
 
Təfəkkürün  təbiəti.  Real  aləmin  dərk  edilməsi  duyğu  və  qavrayışla  başlasa  da,  onlarla 
bitmir və idrak prosesləri təfəkkür prosesi ilə davam edir. Duyğu və qavrayışdan alınan 
məlumatlar  hissi  idrakın  səviyyələri  kimi  təfəkkürün  dərketmə  sərhədlərinin 
genişləndirilməsində  həm  prosessual,  həm  də  informasiya  dayaqları  rolunu  oynayır. 
Təfəkkür  proseslərinin  gücündə  idrak  prosesi  həm  dərinləşir,  həm  də  genişlənir. 
Təfəkkür  duyğu  və  qavrayışın  köməyi  ilə  əldə  edilmiş  biliklərin  ayrı-ayrı  hissələrini 
müqayisə  edir,  qarşılaşdırır,  fərqləndirir,  münasibətləri  ayırd  edir,  yeni  bilikləri  kəşf 
edir  və  hissi  idrakdan  verilən  şeylərin  əlamətlərini  mücərrədləşdirir,  qarşılıqlı  əlaqələri 
aydınlaşdırır və gerçəkliyin mahiyyətinə vararaq onu dərk edir. Təfəkkür reallığı onun 
münasibət və əlaqələrində onun çoxobrazlı vasitəli tərəfləri ilə birlikdə əks etdirir. 
Təfəkkürün  əsas  məqsədi  cisim  və  hadisələr  arasından  münasibət  və  əlaqələrin 
açılmasına yönəlib.  Varlığın  dərinliklərinin kəşfi,  onun dərki təfəkkürün xüsusi yolunu 
müəyyən  edir.  Təfəkkür  təkcə  münasibət  və  əlaqələri  deyil,  həmçinin  əlamət  və 
mahiyyəti də əks etdirir. Qavrayışda verilən gerçəkliyin cisim və əlamətlərinin qarşılıqlı 
münasibətləri,  birləşmələri,  əlaqələrindən  çıxış  edərək  təfəkkür  reallığı  dərk  etdirir. 
Qavrayış  vasitəsi  ilə  təfəkkür  proseslərinə  ötürülən  cisim  və  hadisələrin,  onların 
əlamətlərinin  bəzilərinin  təkcə,  digərlərinin  mühüm  olmayan  əlamətləri,  onların  xarici 
əlamətləri  birləşsələr  də  əlaqəli  deyillər.  Təfəkkür  prosesləri  zamanı  hadisələrin 
mahiyyəti, xarakteri, əlamətləri arasında əlaqələrin yaranması nəzərdə tutulur. 
Mühüm  və  ikinci  dərəcəli  əlamətlər,  təsadüfi  və  zəruri  əlaqələr,  sadə  təsadüfi  və  real 
oxşarlıqlar  qavrayışda  üzvlənməmiş,  ayrılmamış  şəkildə  olur.  Təfəkkürün  məqsədi 
ondan  ibarətdir  ki,  mühüm,  əsas,  zəruri  əlaqələri,  ikinci  dərəcəli,  formal  əlaqələrdən, 
təsadüfi uyğunluqlarını situasiyalara görə ayırsın. 
Zəruri olanı, mahiyyət əlaqələrini, təsadüfdən zərurətə keçidi ayıran təfəkkür prosesləri 
təkcədən  ümumiyə  keçir.  Təsadüfi,  xüsusi  hallara  əsaslanan,  zaman  və  məkanla 
hüdudlanan  hadisələr  təkcə  xarakter  daşıyır.  Lakin  mahiyyətcə  əlaqəli  olan  çoxlu 
dəyişmələrdə  zəruri  olan  elementlərin  köməyi  ilə  təfəkkür  əlaqələri  açır  və  ona  görə  də 
ümumiləşdirir. Hissi idrak səviyyəsində şeylərin mahiyyətini müəyyən etmək, onun daxili 
quruluşunu  dərk  etmək  mümkün  deyil.  Elementar  hissəcikləri  görmə  qavrayışı  ilə 
müəyyən  etmək  çətindir.  İnsan  beynində,  təbii  və  sosial  dünyanın  hadisələri  bilvasitə 
inikas üçün əlçatmazdır. 
Hissi  idrakın  sərhədlərini  keçmək  üçün  insan  təfəkkürünə  müraciət  olunur.  Təfəkkür 
dərk  etmə  səviyyəsinin  keyfiyyətcə  yeni  və  daha  yüksək    mərhələsidir.  Təfəkkürdə  belə 
hadisələr  üçün  işarələrdən,  nitqdən  istifadə  edirlər.  Söz  mücərrədləşdirmə  alətidir  və 
şeylərin  mahiyyətini  müəyyən  etməyə  imkan  verir.  Söz  şeylərin  əsas  əlamətlərinin 
ümumiləşmiş inikası üçün vasitədir. 
Hər  hansı  təfəkkür  ümumiləşdirmədə  icra  olunur.  Təfəkkür  –  fikrin  hərəkətidir  ki, 
əlaqələrin açılmasına xidmət edir, təkcədən ümumiyə, ümumidən təkcəyə və oradan da 
xüsusiyə  doğru  gedir.  Təfəkkür  əlaqə,  münasibətlərin  vasitəli  kəşfinə  əsaslanır  və  real 
aləmin ümumiləşmiş dərkidir.  
Təfəkkür  –  insanın  psixi,  idraki  fəaliyyətinin  ən  yüksək  pilləsi  olub,  gerçəkliyin  onun 
mühüm  əlaqə  və  münasibətlərini  keçmiş  təcrübə  və  ümumiləşmiş  nitq  vasitəsi  ilə  əks 
etdirir.  Ona  görə  də  təfəkkürü  cisim  və  hadisələr  arasındakı  qanunauyğun  əlaqə  və 
münasibətlərin ümumiləşmiş və vasitəli inikasından ibarət olan idrak prosesi adlandırırlar. 
İnsanın  biliyi  və  keçmiş  təcrübəsi  hissi  idrakla  və  hafizə  ilə  qarşılıqlı  əlaqəyə  girərək 

onları dəyişdirir. L.S.Vıqotski bu prosesi hafizə və qavrayışın intellektuallaşması prosesi 
adlandırırdı.  Qavrayış  idraki  nöqteyi-nəzərdən  kateqoriya  və  düşünmə  xüsusiyyəti, 
hafizə isə sözlü – məntiqi xarakteri daşıyır. 
 Təfəkkür  prosesində  insan  özündə  olan  bilikləri  praktik  təcrübə  yolu  ilə  uyğunlaşdırır 
və bu insana imkan verir ki, o mahiyyətin daha dərin qatlarına varid ola bilsin.                              
Təfəkkürün psixi proses kimi ümumi xarakteristikası. 
Praktik  fəaliyyət  gerçəkliyin  dərk  edilməsinin  həqiqət  ölçüsü  kimi  çıxış  edir.Təfəkkür 
vasitəsi  ilə  insan  dünyanı  dərk  edir,  ona  təsir  edərək  dəyişdirir.Təfəkkür  insanın  əmək 
fəaliyyətindən  doğmuşdur  və  məqsədə  çatmaq  yolunda,  müvəffəqiyyət  qazanmada 
qarşıya çıxan maneələri aradan qaldırmağın yollarını arayır. 
Psixologiya  təfəkkürü  konkret  subyektin  real  psixi  fəaliyyəti  kimi,  təfəkkürün  necə 
inkişaf etməsini, necə yaranmasını, onun strukturunu, digər fəaliyyət növləri ilə qarşılıqlı 
əlaqələrini  öyrənir.Təfəkkürün  təbiətini  açan  A.N.Leontyev  qeyd  edirdi  ki,  təfəkkürün 
quruluşu  praktik  fəaliyyətin  quruluşuna  yaxınlığı  ilə  prinsipial  xarakter 
daşıyır.Təfəkkürün  motivi  tez-tez  fəaliyyətin  motivi  ilə  üst-üstə  düşür.Fikri  fəaliyyət 
praktik  fəaliyyətdən  fərqli  olaraq  özünün  spesifik  xüsusiyyətinə  malikdir.  O  daxilidir, 
qısaldılmışdır və avtomatlaşmışdır. 
Təfəkkür  insanın  təlim,  əmək,oyun  fəaliyyətində  və  tinkişafında,    şəxsiyyətə 
çevrilməsində xüsusi rol oynayır. Peşə fəaliyyətində əsas məzmun komponentini təfəkkür 
təşkil  edir  və  o    Bu  iş  tamamilə  pedaqoji  fəaliyyətə  də  aid  edilir.  Müəllimin  peşəkarlığı 
alınan biliklərin kəmiyyəti ilə deyil, həmçinin  biliklərin pedaqoji situasiyalarda tətbiqinə 
və təhlilinə yönəlib. 
Təfəkkür  xüsusi  psixi  proses  kimi  bir  sıra  spesifik  xarakter  və  əlamətlərə  malikdir.  İlk 
belə  əlamət  gerçəkliyin  ümumiləşmiş  inikasıdır,  təfəkkür  real  dünyanın  əşya  və 
hadisələrinin  ümumiləşmiş  inikasıdır.  İkinci  az  əhəmiyyətli  olmayan  təfəkkür  əlaməti 
real aləmin vasitəli inikasıdır. Vasitəli inikasın mahiyyəti odur ki, şeylərin və hadisələrin 
xüsusiyyətləri  haqqında  hökm  vermək  üçün  vasitəli  informasiyanın  təhlil  yolu  ilə  əldə 
edilməsidir. 
Təfəkkürün  xarakterik  xüsusiyyətlərindən  biri  də  onun  nitqlə  əlaqədə,  vəhdətdə 
olmasıdır.İnsan  daima  sözlər  əsasında  fikirləşir.Həm  nitqin,  həm  də  təfəkkürün  əsasını 
ikinci siqnal sistemi təşkil edir. 
Nəhayət,  təfəkkürün  mühüm  xarakterik  xüsusiyyətlərindən  biri  də  geniş  əhatəyə  malik 
olmasıdır.Duyğu,  qavrayış  və  təsəvvürlərin  əhatə  edə  bilmədiyini  təfəkkür  əhatə  edə 
bilir. 
 
2.Təfəkkürün formaları 
Təfəkkürün üç forması vardır: məfhumlar, hökmlər, əqli nəticə. 
Məfhum (anlayış) – cisim və hadisələrin mühüm, əsas əlamətlərə görə əks etdirilməsindən 
ibarət  təfəkkür  formasıdır.Məsələn,  «mübtəda»  məfhumuna  cümlədə  kimin  və  ya  nəyin 
haqqında  danışıldığını  bildirmək  əsas  əlamət  kimi  daxildir.Məhz  həmin  əlamət 
mübtədanı digər cümlə üzvlərindən fərqləndirir. 
Məfhumlar xüsusi,  ümumi, konkret və mücərrəd ola bilir. Xüsusi məfhumlar tək, xüsusi 

bir  cismə  və  ya  hadisəyəaid  olur.  Məsələn,  «Günəş»,  «Bakı»  məfhumları  xüsusi 
məfhumlardır.  Bu  cür  məfhumların  altında  biz  yalnız  bir  əşyanı  və  ya  hadisəni  başa 
düşürük. 
Ümumi  məfhumlar  bir  qrup  cisim  və  ya  hadisəyə  xasolan  mühüm  əlaməti  əks 
etdirir.Məsələn, «tələbə» məfhumu ümumi məfhumdur.Həmin məfhum altında gələcəyin 
mütəxəssisi kimi hazırlanan insanları başa düşürük. 
Konkret  məfhumlar  bilavasitə  qavranıla  bilən,  arxasında  əşya  təsəvvür  olunan 
məfhumlardır.Məsələn,  «ev»,  «ağac»  məfhumları  konkret  məfhumlardır.Mücərrəd  
məfhumlar  isə  bilavasitə  qavranıla  bilməyən  və  arxasında  əşya  təsəvvür  olunmayan 
məfhumlardır, məsələn «sevinc», xoşbəxtlik» və s. 
Məfhumlar  çoxlu  qarşılıqlı  keçidlərlə  təsəvvürlərlə  bağlıdır  və  eyni  zamanda  ondan 
əhəmiyyətli  dərəcədə  fərqlənir.Onlar  psixoloji  ədəbiyyatlarda  eyniləşdirilsələr  də, 
gerçəkliyi inikas etdirmək xüsusiyyətlərinə görə biri digərindən fərqlənir. 
Təsəvvürlər    obrazlı  –  əyanidir,  bilvasitə  verilmiş  informasiyaları  qavrayışda  inikas 
etdirir. Real təfəkkür proseslərində təsəvvür və anlayışlar bəzi vahidliklə verilir.Əyani – 
obraz  təsəvvürlər  təfəkkür  proseslərində  daha  çox  sxematikləşir  və  ümumiləşir.Bu 
sxematikləşmə  təsəvvür  əlamətlərinin  birləşməsinə  uyğun gəlmir.Təsəvvür  obrazlarında 
predmetin  əyani  əlamətləri  ön  planda  özünü  göstərir.Buna  baxmayaraq  anlayış  və 
təsəvvürlər qarşılıqlı əlaqəlidir və biri digərinə keçir. 
Təsəvvürlərin məzmun obrazlarının zəruri olaraq dəyişmələri fikri proseslərə qoşularaq, 
sxematikləşmiş  və  daha  çox  ümumiləşmiş  tam  bir  pilləvari  iyerarxiya  yaradır  və 
anlayışlara  keçir.Təsəvvürlərin  özlərinin  anlayışa  keçmək  meyillidir.Belə  ki,  təkcədə 
ümumi, hadisədə mahiyyət, obrazda – anlayış əks olunur. 
Digər  tərəfdən  anlayışlar  təfəkkürünün  insan  şüurundakı  axarı  həmişə  təsəvvürlərlə 
bağlıdır,  amma  anlayışlar  təfəkkürünün  axarı  təsəvvürlərə  müvafiq  gəlmir,  çünki  belə 
təfəkkür  ona  aid  olan  təsəvvürlərlə  əlaqədardır.Təsəvvürlər  təfəkkür  proseslərində 
həddən  artıq  parçalanmış,  fraqmentar  halda  daxil  edilir.Təsəvvürlər,  əyani  obrazlar 
adətən,  təkcə,  anlayış  isə  ümumi  ifadə  olunur.Məfhum  (anlayış)  və  təsəvvürlər 
gerçəkliyin müxtəlif qarşılıqlı əlaqələri olan tərəflərini inikas etdirir. 
Məfhum və təsəvvürlər çətinliklər zamanı xüsusilə aşkar bir yerdə iştirak edir. Çətinliklə 
üzləşən insan fikirləşərkən  tez-tez təsəvvürlərə müraciət edir, fikri əşyalarla birləşdirir, 
fikri  müşayət  edən  əyani  material  fikri  proseslərə  cəlb  edilir.  Əyanilik  prinsipi  təlim 
prosesində  sadəcə  didaktik  priyom  deyil,  o,  həm  də  fikri  proseslərin  təbiətinin  psixoloji 
əsasıdır.Məfhumlar  (anlayışlar)  keyfiyyətcə  təsəvvürlərdən  fərqlidir,  təsəvvürlər 
obrazlarla  fərdi  şüurda  yaranır,  anlayışlar  sözlərlə  vasitəli  yaranır  və  tarixi  inkişafın 
məhsuludur. 
Hökmlər  -  fikri  proseslərin  baş  verdiyi  əsas  akt  və  ya  formadır.Fikirləşmək  hər  şeydən 
əvvəl hökm verməkdir. Hər hansı fikri proses hökmlərdə ifadə olunur. Hökmlər insanın 
Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin