Plastik cərrahiyyə ixtisası üzrə nümunəvi test sualları
12. 02. 13 – cü il tarixində əlavə edilmişdir.
Plastik cərrahiyyədə ilk anlayışlar
1) Aşağıdakılardan hansının tək ,yanında heç bir toxuma olmadan ”free flep”(sərbəst dilim) olaraq köçürülməsi (transferi) mümkün deyil?
A) epidermis
B) fassiya
C) piylik
D) dəri
E) eninəzolaqlı əzələ
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
2) Donor sahələrindən tam qalınlıqda dəri qrefti almaq istədikdə ən axırıncı hansı seçilməlidir?
A) üst göz qapağı
B) alt göz qapağı
C) qasığın ön səthi
D) qulaq seyvanının ön hissəsi
E) budun yan səthi
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
3) Bilateral karpal tunel sindromlu xəstə son zamanlar çəkisinin artdığını, baş ağrılarının və əldə yanğı hissinin olmasını bildirir. Bu halda aşağıdakılardan hansı ən böyük ehtimalla yanaşı gedən xəstəlik ola bilər?
A) Düpüytren kontrakturkası
B) Amiloidoz
C) Akromeqaliya
D) Şəkərli diabet
E) Sfinqomieliya
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
Dostları ilə paylaş: |