45) Silikon implantlarda ən çox müşahidə olunan yerli ağırlaşma hansıdır?
A) allergik xəstəliklərin əmələ gəlməsi
B) autoimmun xəstəliklərin əmələ gəlməsi
C) kapsulyar kontrakturanın əmələ gəlməsi
D) implantın düşməsi
E) xərçəng əmələ gəlməsi
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
46) Sindaktiliyanın bərpasında aşağıdakılardan hansının istifadə olunması xəstə üçün zərərli ola bilər?
A) 6 aylıq uşaqda baş barmağın qonşuluğundakı sindaktiliyanın bərpa edilməsi
B) bir əldə olan iki qonşu sindaktiliyanın eyni seansda əməliyyat edilməsi
C) bilateral sindaktiliyanın eyni zamanda bərpası
D) toxuma genişləndiricilərin tətbiqi
E) 2 yaşında uşaqda orta barmağın yanındakı sindaktiliyanın bərpası
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
47) “Tətik barmaq “ deformasiyasında hansı pulley sisteminin uzununa kəsilməsi müalicə üçün yetərlidir?
A) A-1
B) A-2
C) A-4
D) A-5
E) A-3
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
Dostları ilə paylaş: |