276) Tüpürcək vəzi şişləri ən çox hansı nahiyələrdə rast gəlinir ?
A) Gözyaşı vəzi
B) Kiçik tüpürcək vəziləri
C) Sublingual vəz
D) Submandibulyar vəz
E) Parotis vəzi
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
277) Parotis vəzisində ən çox rast gəlinən şiş hansıdır?
A) Varthin şişi
B) Skvamoz hüceyrəli karsinoma
C) Pleomorfik adenoma
D) Bazal hüceyrəli karsinoma
E) Monomorfik adenoma
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
278) Ən çox rast gəlinən dəri xərçəngi hansıdır?
A) Bəd xassəli melanoma
B) Bouven xəstəliyi
C) Keratoakantoma
D) Bazal hüceyrəli karsinoma
E) Skvamoz hüceyrəli karsinoma
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
279) Aşağıdakılardan hansı səhvdir?
A) Eritroplagiya rezeksiya olunmalıdır
B) Eritroplagiya ən bəd xassəli prekanserogen törəmələrdəndir
C) Leykoplagiyanın təxminən 10%-nin xərçəngə keçmə riski var
D) Leykoplagiya xroniki zədələnmələr nəticəsində yaranır
E) Ağız aftaları prekanseroz prosesdir
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
280) Çənə rekonstruksiyasında aşağıdakı sərbəst fleplərdən hansı istifadə oluna bilər?
A) TRAM
B) Sərbəst fibula
C) İnguinal flep
D) Latissimus dorsi
E) Pektoralis mayor əzələ dəri flepi
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
Dostları ilə paylaş: |