Plastik cərrahiyyə ixtisası üzrə nümunəvi test sualları Plastik cərrahiyyədə ilk anlayışlar



Yüklə 350 Kb.
səhifə1/6
tarix06.02.2017
ölçüsü350 Kb.
#7822
  1   2   3   4   5   6
Plastik cərrahiyyə ixtisası üzrə nümunəvi test sualları


Plastik cərrahiyyədə ilk anlayışlar

1) Aşağıdakılardan hansının tək ,yanında heç bir toxuma olmadan ”free flep”(sərbəst dilim) olaraq köçürülməsi (transferi) mümkün deyil?
A) epidermis

B) fassiya

C) piylik

D) dəri


E) eninəzolaqlı əzələ
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
2) Donor sahələrindən tam qalınlıqda dəri qrefti almaq istədikdə ən axırıncı hansı seçilməlidir?
A) üst göz qapağı

B) alt göz qapağı

C) qasığın ön səthi

D) qulaq seyvanının ön hissəsi

E) budun yan səthi
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
3) Bilateral karpal tunel sindromlu xəstə son zamanlar çəkisinin artdığını, baş ağrılarının və əldə yanğı hissinin olmasını bildirir. Bu halda aşağıdakılardan hansı ən böyük ehtimalla yanaşı gedən xəstəlik ola bilər?
A) Düpüytren kontrakturkası

B) Amiloidoz

C) Akromeqaliya

D) Şəkərli diabet

E) Sfinqomieliya
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
4) Düpüytren kontrakturası ilə bağlı hansı səhvdir?
A) Əldə bükücü kontraktura yaradır

B) Fiziki işin təsirindən yaranır

C) Müalicəsində palmar fassiyanın rezeksiya edilməsi məsləhətdir

D) Vətərlərin patoloji dəyişiklikləri ilə əlaqədardır

E) Xərçəngə çevrilmir
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
5) Damaq yarığı olan xəstədə anatomik olaraq hansı əzələ daha çox dəyişikliyə uğrayır?
A) M.tensor veli palatini

B) M.levator palatini

C) M.orbicularis oris

D) M.palatoglossus

E) M.uvula
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
6) Sağlam şəxsdə cərrahi yarada epitelizasiyanı aşağıdakılardan hansı sürətləndirir?
A) yaranın cərrahi işlənməsi

B) epitelizasiya sürətləndirilə bilməz

C) ”epidermal growth factor ”( epidermal böyümə faktoru )

D) ”epidermal growth factor”( epidermal böyümə faktoru ) + gümüş sulfadiazin

E) hiperbarik oksigenasiya
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
7) Dərinin ən qalın nahiyəsinin qalınlığı nə qədərdir?
A) 2 sm

B) 1mm


C) 4 mm

D) 6 mm


E) 3 sm
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
8) Aşağıdakı ifadələrdən hansı doğrudur?
A) II dərəcəli yanıqlarda suluq olmur

B) Suluq olan yanıq sahələri mütləq II dərəcəlidir

C) III dərəcəli yanıqlarda xəstədə ağrı hissi olmur

D) Yanıq yarasında demarkasiya xətti inkişaf etmir

E) Yanıq yarası dinamiki xüsusiyyətlərə malik deyil
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
9) Damar sünnəti ( vascular circumcision ) nədir?
A) tromblaşmış damarın rezeksiyası

B) anevrizma əmələ gəlmiş damarın proksimal hissəsinin rezeksiyası

C) anevrizma əmələ gəlmiş damarın distal hissəsinin rezeksiyası

D) adventisiyaektomiya

E) endotelektomiya
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
10) Elektrik yanıqlarında ən təhlükəli gecikmiş ağırlaşma hansıdır ?
A) hemoqlobinuriya

B) eritremiya

C) proteinuriya

D) mioqlobinuriya

E) qlükozuriya
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
11) Yaş sement yanığı hansı tip yanıqlara aiddir ?
A) şüa yanığı

B) qələvi yanığı

C) elektrik yanığı

D) fosfor yanığı

E) turşu yanığı
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
12) Yanıq zamanı ölümə səbəb olan əsas iki faktor hansılardır?
A) xəstənin yaşı və xəstənin çəkisi

B) yanığın sahəsi və xəstənin çəkisi

C) yanığın sahəsi və xəstənin yaşı

D) yanığın dərinliyi və xəstənin çəkisi

E) xəstənin yaşı və yanığın dərinliyi
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
13) Yanığı olan xəstədə aşağıdakılardan hansının təcili olaraq yerinə yetirilməsi vacib deyil?
A) Yaraya kortikosteroidlərin tətbiqi

B) Ağrıkəsici vurmaq

C) Eskaratomiya etmək

D) Steril sarğı qoymaq

E) Fizioloji məhlul köçürtmək
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
14) Daun sindromlu uşaqlarda daha çox hansı plastik əməliyyatlar icra edilir?
A) sindaktiliyanın bərpası

B) mental progeniyanın düzəldilməsi

C) damaq yarığının bərpası

D) qulaq rekostruksiyası

E) dilin kiçildilməsi
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
15) Endokrinopatiyası olmayan, hipospadiyalı xəstə ilə bağlı aşağıdakılardan hansı doğrudur?
A) Fetal dövrdə müvəqqəti androgen çatışmazlığı( keçici endokrinopatiya ) olmuşdur

B) Autosom resessiv yolla keçir

C) Autosom dominant yolla keçir

D) Sonsuzluğa səbəb olmadığı üçün əməliyyata ehtiyac yoxdur

E) Səbəbi hormonlara cavab verən reseptorların çox olmasıdır
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
16) Xroniki radiasiya yarasının müalicəsi üçün aşağıdakılardan hansı seçilməlidir?
A) dəri əzələ flebi

B) eksizya və bərpa

C) dəri qrefti

D) fassiya dəri flebi

E) sərbəst ayaqlı dəri flebi
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
17) Əldə orta barmaqda neçə pulley sistemi var?
A) 3

B) 18


C) 8

D) 10


E) 5
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
18) Hansı halda birincili vətər bərpası əks göstəriş deyil ?
A) vətər kəsiyinin yanıq yarası ilə birlikdə olması

B) yaranın infeksiyalaşması

C) böyük və dərin vətər kəsiyinin eyni zamanda rast gəlinməsi

D) vətər kəsiyinin yumşaq toxuma defekti ilə birlikdə olması

E) yaranın I cərrahi işlənməsi
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
19) Dəri qrefti götürüldükdən sonra, normada yara sahəsi hansı rəng ardıcıllığı ilə ( dərhal sonra, 3gün sonra və 10 gün sonra ) sağalır?
A) çəhrayı-qara-ağ

B) ağ-çəhrayı-bənövşəyi

C) qara-qırmızı-çəhrayı

D) ağ-bənövşəyi-çəhrayı

E) çəhrayı-bənövşəyi-ağ
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
20) Valideynləri 12 aylıq uşaqda alın nahiyyəsində anadangəlmə kiçik bir nöqtə şəklində qırmızı ləkənin olduğunu, uşaq böyüdükcə ləkənin böyüdüyünü qeyd edirlər. Son zamanlar ləkənin eyni ölçüdə qaldığını bildirirlər. Təxmin olunan diaqnoz hansıdır?
A) piogen granuloma

B) anadangəlmə böyük xal ( Giqant nevus )

C) hemangioma

D) vaskulyar malformasiya

E) Lipoma
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
21) V barmağı ( çeçələ barmaq ) amputasiya olmuş xəstədə replantasiya aparılmazsa ,əlin hansı funksiyası pozula bilər ?
A) Yumruq sıxa bilməz

B) Əldə tempratur hissiyyatı pozular

C) Çanta tuta bilməz

D) Açar tutma funksiyası pozular

E) Əldə taktil hissiyatı pozular
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
22) Hansı vəziyyətdə metabolik proseslər sürətlənir?
A) politravma

B) koma


C) sepsis

D) ciddi yanıq

E) aclıq
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
23) Aşağıdakılardan hansı inkşaf etməkdə olan kompartman sindromunun ən düzgün xəbər edicisidir”?
A) aktiv hərəkətdə çox şiddətli ağrının olmasına baxmayaraq passiv hərəkətdə ağrının azalması

B) distal nəbzin olmaması

C) aktiv və passiv hərəkətlərdə ağrının olmaması

D) aktiv hərəkətdə güclü ağrının olması və passiv hərəkətdə ağrının şiddətlənməsi

E) aktiv hərəkətdə ağrının olmaması, passiv hərəkətdə ağrının olması
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
24) Aşağıdakı zədələnmələrdən hansı Volkmanın işemik kontrakturası ilə nəticələnə bilər ?
A) Arxa sümükarası arteriyanın kəsilməsi

B) Bazu kələfinin kəsilməsi

C) Bazu arteriyanın kəsilməsi

D) Dirsək arteriyanın kəsilməsi

E) Mil arteriyanın kəsilməsi
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
25) Skelet əzələlərində neçə vaskulyarizasiya tipi mövcuddur?
A) 2

B) 7


C) 6

D) 3


E) 5
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
26) Gluteus maksimus( Böyük sağrı əzələsi ) Mathes-Nahai təsnifatına görə hansı tip əzələ qrupuna aiddir ?
A) tip-5

B) tip-3


C) tip-7

D) tip-2


E) tip-1
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
27) Yaşlı kişilərdə “free” flebə göstəriş olduqda, aşağıdakılardan hansını seçmək daha düzgün olar?
A) a.dorsalis pedis ayaqcıqlı “free” flebi

B) sternokleidomastoid əzələ dəri “free” flebi

C) latissimus dorsi əzələ “ free “ flebi

D) peroneal arteriya ayaqcığı “free” flebi

E) radial ön qol “free” flebi
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
28) Hansı flebin “free” fleb olaraq köçürülməsinə qərar verildikdə mütləq donor nahiyyənin arterioqrafiyası çəkilməlidir?
A) M.Serratus anterior flebi

B) TRAM fleb

C) M.Latissimus dorsi flebi

D) “deep” inferior epiqastral arteriya ayaqcıqlı fleb

E) Groin flep
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
29) Dorrance flebi əməliyyatının iki flebli “push-back” əməliyyatından fərqi nədir ?
A) Dorrance flebi iki flepli “push-back”-ın digər adıdır

B) flebin at nalı şəklində bitişik olması

C) fleblərin əzələ-dəri flebi olması

D) Flebin iki arteriya ilə qidalanması

E) flebləri tərkibində sensorial kompanent olması
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
30) Beş yaşdan əvvəl meydana çıxan çənə oynağı ankilozları ilə yanaşı hansı deformasiyanın rast gəlinmə ehtimalı yüksəkdir?
A) mikrogeniya

B) Progeniya

C) mikrostomiya

D) makrognatiya

E) mikrognatiya
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
31) Kraniostenoz və sindaktiliyanın bir yerdə rast gəlinməsi hansı sindrom üçün səciyyəvidir?
A) Apert

B) Pierre Robin

C) Poland

D) Gorlin –Goltz

E) Daun
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
32) Lateral kalkaneal fleb, lateral arteriya və vena safena parvadan (kiçik dərialtı vena) başqa hansı anatomik strukturu əhatə edir ?
A) v. safena magna

B) tendo flexor hallucis longus

C) a.dorsalis pedis

D) n.suralis

E) n.plantaris medialis
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
33) RİVA nədir?
A) lazerin bir növü

B) regional anesteziyanın bir üsulu

C) dermobraziya

D) rigid intravenoz anastamoz üsulu

E) ümumi anesteziyanın bir üsulu
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
34) Üz-çənə zədələnmələrinin hansı formasında açıq reduksiya və daxili fiksasiya lazım deyil?
A) Əng sınıqqları

B) Alveolyar sınıqlar

C) Çənə sınıqları

D) Burun sümüyü sınıqları

E) Burun-xəlbir sınıqları
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
35) “Anterior open bite”(açıq dişləm) deformasiyası hansı sınıqları ağırlaşması olaraq meydana çıxa bilər?
A) Mandibulanın bilateral subkondilus sınıqları

B) Burun sümükləri sınıqları

C) Çənənin bilateral tac çıxıntısının sınıqları

D) Çənənin parasimfiz sırıqları

E) Almacıq sınıqları
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
36) Aşağıdakılardan hansı mandibulanın izolyasiya edilmiş subkondilus sınıqları üçün xarakterikdir?
A) qulaqdan qanaxma

B) çənədə ağrı

C) burun qanaxması

D) okluziya qüsuru

E) qulaqdan likvoreya
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
37) Baş-boyun nahiyyəsində yerləşən hansı dəri xərçənginin müalicəsi zamanı radikal boyun disseksiyasının aparılmasına ehtiyac yoxdur?
A) dermatofibrosarkoma protuberans

B) melanoma

C) bazal hüceyrəli karsinoma

D) skvamoz hüceyrəli karsinoma

E) merkel hüceyrəli karsinoma
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
38) Skvamoz hüceyrəli karsinoma ( S.H.K) növlərinin hansında metastazların meydana çıxma ehtimalı ən azdır?
A) yanıq çapığı nəticəsində yaranan s.h.k

B) günəş şüasının və travmanın təsiri ilə inkişaf edən s.h.k.

C) şüa dermatiti nəticəsində yaranan s.h.k

D) immun çatışmazlıq nəticəsində yaranan s.h.k

E) residiv nəticəsində yaranan s.h.k
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
39) Nüfuz etmə ehtimalı yüksək olan və makroskopik olaraq kelloid ilə səhv salınan dəri şişi hansıdır?
A) bazal hüceyrəli karsinoma

B) dermatofibrosarkoma protuberans

C) merkel hüceyrəli karsinoma

D) melanoma

E) skvamoz hüceyrəli karsinoma
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
40) Hansı periferik sinirin zədələnməsi nəticəsində əlin IV və V barmaqlarinda hissiyyat itər və açar tutma funksiyası pozular?
A) orta sinir

B) dirsək siniri

C) mil siniri

D) dirsək ,mil

E) dirsək ,orta
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
41) Yuxarı ətrafın dərisi hansı şaxələrlə qidalanır?
A) xüsusi dəri arteriyaları ilə

B) əzələ-dəri şaxələr ilə

C) xüsusi dəri sistemi və əzələ dəri sistem ilə

D) fassiya -dəri şaxələri ilə

E) fassiya ,əzələ-dəri şaxələri ilə
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
42) Burun ucu nahiyyəsinin qalın və enli olması kimi bir estetik problemdə , əsas olaraq hansı struktura cərrahi müdaxilə lazımdır?
A) kolumella

B) burun sümükləri

C) burun çəpəri

D) yuxari yan qığırdaq

E) aşağı yan qığırdaq
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
43) ”L-damı” nədir ?
A) rinoplastikada lateral osteotomiyalarda əmələ gələn dam-tavan deformasiyası

B) lipoektomiyalarda dərinin altında saxlanılan piy təbəqəsi

C) süd vəzisi rekonstruksiyasında istifadə olunan əzələ flebi

D) lazer müalicəsində ən yuxarı doza həddi

E) septoplastikada burun çəpərinin qorunma forması
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
44) Palmaris longus və plantaris əzələ vətərlərinin anadangəlmə olmadığı yerlərdə ən böyük ehtimalla hansı vətər donorundan istifadə etmək mümkündür ?
A) m.digitorum superfacialis

B) tensor fascia lata

C) m.gracilis

D) m.sartorius

E) m.digitorum profundus
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
45) Silikon implantlarda ən çox müşahidə olunan yerli ağırlaşma hansıdır?
A) allergik xəstəliklərin əmələ gəlməsi

B) autoimmun xəstəliklərin əmələ gəlməsi

C) kapsulyar kontrakturanın əmələ gəlməsi

D) implantın düşməsi

E) xərçəng əmələ gəlməsi
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
46) Sindaktiliyanın bərpasında aşağıdakılardan hansının istifadə olunması xəstə üçün zərərli ola bilər?
A) 6 aylıq uşaqda baş barmağın qonşuluğundakı sindaktiliyanın bərpa edilməsi

B) bir əldə olan iki qonşu sindaktiliyanın eyni seansda əməliyyat edilməsi

C) bilateral sindaktiliyanın eyni zamanda bərpası

D) toxuma genişləndiricilərin tətbiqi

E) 2 yaşında uşaqda orta barmağın yanındakı sindaktiliyanın bərpası
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
47) “Tətik barmaq “ deformasiyasında hansı pulley sisteminin uzununa kəsilməsi müalicə üçün yetərlidir?
A) A-1

B) A-2


C) A-4

D) A-5


E) A-3
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
48) Hansı barmaqlarda ”Ray “ amputasiyası icra edilir ?
A) 1-2

B) 1-3


C) 2-3

D) 1-5


E) 2-5
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
49) Aşağıdakı defektlərdən hansı üçün müalicə metodu dəri qreftidir?
A) əlin üstündə “paratenon”-un sağlam olduğu defektlər

B) boyun nahiyyəsi defektləri

C) süd vəzisi defektləri

D) Ovucun defektləri

E) topuq defektlər
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
50) Aşağıdakılardan hansında “nonabsorbel” ( sorulmayan) saplardan istifadə etmək olmaz ?
A) əzələ

B) vətər


C) fassiya

D) dəri


E) dərialtı
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
51) Təkrari çıxıqlara hansı sinir məruz qalır?
A) dirsək siniri

B) bayır dəri-əzələ siniri

C) içəri dəri-əzələ siniri

D) mil siniri

E) orta sinir
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
52) Sanderland təsnifatına görə hansı tip sinir zədələnmələrində intranevral nevromanın inkişaf etmə ehtimalı var?
A) tip-II

B) tip-V


C) tip- I

D) tip-III

E) tip-IV
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
53) Aşağıdakı donor sahələrindən hansı sümük qrefti kimi istifadə oluna bilər?
A) kürək

B) əl falanqaları

C) ayaq falanqaları

D) dirsək

E) qamış
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
54) Sinir toxumasında aksonoplazmanın hərəkətinə və sinirin gərilmələrinə qarşı elastiklik yaradan təbəqə hansıdır ?
A) perinevrum

B) epinevrum

C) dendrit

D) akson


E) endonevrum
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
55) Sinir bərpasında sinir qrefti hansı məqsədlə istifadə edilir ?
A) aksonal hərəkət üçün ötürücü (boru ) funksiyası yerinə yetirir

B) sinirə infeksiyanın düşməsinin qarşısını alır

C) sinirin sağalmasında retraksiyanın qarşısını alır

D) sinir dəri impulslarının ötürülməsini dərhal başlamasını təmin edir

E) sinir defektini aradan qaldırır
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
56) Lateral supramalleolyar fleb hansı arteriyadan gələn perforant ( deşici ) şaxələrlə qidalanır ?
A) ön qamış arteriyası

B) bud arteriyası

C) incik arteriyası

D) dizaltı arteriya

E) arxa qamış arteriya
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
57) Yanıq yarasının müalicəsində istifadə edilən ,geniş nahiyələrə tətbiq etdikdə ,isə hiponatremiyaya səbəb olan yerli antibakterial maddə hansıdır?
A) penisillin

B) gentamisin

C) gümüş nitrat

D) gümüş sulfadiazin

E) povidon-yod
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
58) Yara sağaldıqdan sonra yaranın dartılma müqavimətinin ən yüksək faizi neçəyə bərabərdir ?
A) 100

B) 60


C) 80

D) 93


E) 75
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
59) Cərrahi mikroskopla işləyərkən böyütmə nisbətinin 10 olması zamanı , 1 mm ölçülü damar neçə mm qəbul edilir?
A) 2mm

B) 10mm


C) 5mm

D) 3mm


E) 1mm
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
60) Əl cərrahiyyəsi praktikasında sinir ilə vətəri bir birindən makroskopik olaraq ayırmaq çətin olduqda hansı əlamət istiqamət verici ola bilər?
A) vətər rənginin daha sarımtıl ağ olması

B) sinirin vena ilə birlikdə olması

C) epinevrum üzərində boylama ( longitidunal ) damarın olması

D) vətər üzərində boylama qidalandırıcı (nutrisyonal) damarın olması

E) perinevrum üzərində boylama (longtidunal) damarın olması
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
61) Mikrocərrahiyyədə ilk iki tikiş arasındakı məsafəni(uc-uca anastomozda) ,hansı bucaqla ifadə etmək olar?
A) 90 °

B) 180 °


C) 60 °

D) 45 °


E) 120 °
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
62) Flebin yaşaması ( qopmaması ) üçün tez-tez istifadə olunan dekstran-40 mayesinin günlük dozası nə qədərdir və neçə gün verilməlidir ?
A) 500 ml , 5 gün

B) 10 ml/kq ,3 gün

C) 2ml/ kq ,5 gün

D) 15 ml/kq, 7 gün

E) 20 ml/ kq ,7 gün
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
63) Sinir patologiyaları arasında hansı strukturun zədələnməsi şüa terapiyasının ağırlaşması olaraq ən çox rast gəlinir və kliniki əhəmiyyət daşıyır ?
A) bazu kələfi

B) gözaltı sinir

C) bud siniri

D) orta sinir

E) qamış siniri
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
64) Sümük uzatma texnikasında ( “distraction osteogenesis” ) gündəlik dartma ölçüsü hansı sərhədlər daxilində olmalıdır?
A) 1-1.5 sm

B) 2-5 mm

C) 2-4 mm

D) 0,5-1.5 mm

E) 1.5-2.5 sm
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
65) Baş dərisini (Skalpı) qidalandıran bütün damarların bağlanması halında kəllə sümüklərdə hansı qidalanma problemləri meydana çıxar?
A) qismən və ya ani nekroz yaranar

B) bir müddətdən sonra avaskulyar nekroz əmələ gələr

C) hissəvi nekrozlar əmələ gələr

D) əgər bayır tabula nəmli saxlanılsa heç bir problem olmaz

E) kəllə sümükləri a.meningea mediana ilə qidalandığı üçün heç bir problem yaranmaz
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
66) Çənə nahiyyəsində ağrı,səs və hərəkət məhdudluğundan şikayət edən xəstələrin çənə oynağı nahiyyəsinin düz rentgenoqrafiyalarının neçə faizində normal rentgen görüntüsü əldə edilə bilər ?
A) 20 %-də

B) 85% -də

C) 40 %

D) 30 %-də



E) 50 %-də
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
67) Sefaloqramma nədir?
A) Dərin venaların rentgenoqrafiyası

B) Ortoqnatik cərrahiyyədə rentgenoloji metod

C) Kəllənin rentgenoqrafiyası

D) Çənə oynağı rentgenoqrafiyasına verilən xüsusi ad

E) Burun ətrafı ciblərin rentgenoqrafiyası
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
68) Aşağıdakılardan hansı barmaq böyüməsi-makrodaktiliya hesab edilir ?
A) limfahemangioma ilə birlikdə olan barmaq böyüməsi

B) Klippel-Weber-Trenaunay sindromu

C) neyrofibromatoz ilə birlikdə olan barmaq böyüməsi

D) anadangəlmə statik və proqressiv barmaq böyüməsi

E) hemangioma ilə birlikdə olan barmaq böyüməsi
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
69) Z-plastika metoduna aid olanlardan hansı yanlışdır?
A) qollar arasındakı bucaq böyüdükcə transpozisiya çətinləşir

B) z hərfinin 3 qolu da bir-birinə bərabər olmalıdır

C) ən çox 60°-li bucaq istifadə olunur

D) qollar arasındakı bucaq kiçildikcə fleplərin yaşamaq qabiliyyəti azalır

E) əsasən çapıq kontrakturalarında istifadə olunur
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
70) 33 yaşlı qadın 1 aydır ki ayaq dabanında əmələ gələn, travma ilə əlaqəsi olmayan, sağalmayan yara şikayəti ilə poliklinkaya müraciət edib. İlkin diaqnoz aşağıdakılardan hansı ola bilər ?
A) yastı hüceyrəli karsinoma

B) dermatofibrosarkoma protuberans

C) skvamoz hüceyrəli karsinoma

D) bazal hüceyrəli karsinoma

E) melanoma
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
71) Palmar (ovuc) nahiyyədə toxuma genişləndirici hansı toxuma nahiyyəsinə qoyulur ?
A) palmar fassiyanın altına qoyulmalıdır

B) palmar fassiya üzərinə qoyulmalıdır

C) palmar nahiyəyə toxuma genişləndirici qoyulmur

D) dəri altına qoyulmalıdır

E) Palmar nahiyədə istənilən nahiyəyə toxuma genişləndirici qoymaq olar
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010


Yüklə 350 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin