Pnevmokoklar birləşdirici toxumanın əsas maddəsini parçalaya bilən aqressiya fermentləri - hialuronidaza və neyraminidaza sintez edir Bu fermentlər infeksiyanın yayılmasını təmin edir , lakin invazivlikdə onların rolu kapsulaya nisbətən kifayət qədər zəifdir . Pnevmokoklar selikli qişalarda parazitlik edən digər bakteriyalar kimi spesifik IgA proteaza fermentinə malikdirlər . Bu ferment bakteriyaların selikli qişalara adheziyasını zəiflədən sekretor immunoqlobulinləri parçalamaqla adheziya prosesini gücləndirir . Pnevmokokların sintez etdiyi hemolizinlər və leykosidinlər toksik substansiyalara aid edilə bilər . Onların örətdiyi iltihabi prosesin asas əlamətlərindən biri onun krupoz xarakterli olmasıdır.

Bu , damar divarı endotelinin zədələnməsi ilə əlaqədardır : endotelin zədələnməsi qanın plazmasının , hətta eritrositlərin damar daxilindən çıxmasına , bununla da iltihabın fibrinoz - hemorragik xarakterli olmasına səbəb olur .