Poladın kimyəvi-termiki emalı



Yüklə 35,68 Kb.
səhifə2/5
tarix24.12.2023
ölçüsü35,68 Kb.
#193374
1   2   3   4   5
48-68 pld

Birinci qrup. Bura ilkin emallar nəticəsində qeyri- müvazinət halında (döyənəklik, qeyri- bircinslik, elastik deformasiyanın bərabər paylanmaması) olan metalı qızdırmaqla onu müvazinət vəziyyətinə gətirmə prosesləri aiddir. Qızdırma metalı müvazinət halına salan prosesləri sürətləndiri. Belə əməliyyatlara yumşaltma deyilir, iki növü vardır.
İkinci qrup. Əgər qızdırma zamanı ərintidə faza çevrilməsi baş veribsə, belə ərintini soyutduqda əks çevrilmənin tamamlığı soyuma sürətindən asılı olacaqdır. Nəzəri olaraq təsəvvür etmək olar ki, sürətlə soyuma nəticəsində əks çevrilmə baş verməyib və otaq temperaturunda ərintinin halı onun yüksək temperaturda olan halını göstərir. Belə əməliyyata tablama deyilir.
Üçüncü qrup. Tablanmış ərintinin halı dayanıqlı deyildir. Belə ərintidə hətta temperaturun təsiri olmadan da gedə bilən proseslər onun halını müvazinət vəziy-yətinə yaxınlaşdıra bilər. Ərintinin qızdırılması atomların hərəkətini sürətləndirdiyin-dən, tablanmış metal daha çox müvazinət vəziyyətinə yaxınlaşır. Tablanmış metalı faza çevrilməsi temperaturdan aşağı temperatura qədər qızdırma tabəksiltmə adlanır.
Dördüncü qrup. Metallar müxtəlif elementləri özlərində həll etmə qabiliyyətinə malikdirlər. Yüksək temperaturda metalları əhatə edən maddələrin fəal atomları onların səthinə diffuziya edib, tərkibi və strukturu dəyişilmiş təbəqə əmələ gətirir. Belə prosesə kimyəvi –termiki emal deyilir.
Beşinci qrup. Hal-hazırda vahid texnoloji prosesdə birləşən deformasiya və struktur çevrilməsi əməliyyatı geniş yayılmışdır. Burada mexaniki deformasiya ilə termiki emalın birləşmiş əməliyyatı nəzərdə tutulur. Belə prosesə termomexaniki emal (TME) deyilir.
Beləliklə, termiki emalın əsas növləri aşağıdakılardır:
Yumşaltma – ilkin emallar nəticəsində qeyri- müvazinət halında olan metalı qızdırmaqla onun strukturunun müvazinət vəziyyətinə gətirən termiki emal prosesinə deyilir.
Tablama –metalı faza çevrilməsi tem-dan yuxarı tem-ra qədər qızdıraraq, yüksək sürətlə soyutma nəticəsində qeyri- mevazinətdə olan strukturun alınması üçün tətbiq olunan termiki emal prosesinə deyilir.
Tabəksiltmə - tablanmış metalı faza çevrilməsi tem-dan aşağı temperatura qədər qızdırmaqla daha davamlı struktur almaq üçün tətbiq olunan termiki emal əməliy-yatına deyilir.

Yüklə 35,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin