Perlitin austenitə çevrilməsini izah etmək üçün çevrilmə diaqramından istifadə edilir. Bu diaqram müxtəlif tem-da çevrilmə haqqında təsəvvür yaradır. Diaqram qurmaq üçün polad nümunələri Ası – dən yuxarı, müəyyən t – dək sürətlə qızdırılır və orada bir müddət izotermiki saxlamaqla perlitin anstenitə çevrilməsinin başlanğıc və son vaxtını təyin edirlər. Alınan nöqtələri sistemində qeyd etdikdən sonra kristallaşmanın başlanğıc və son nöqtələrinə uyğun olaraq əyri xətlərlə birləşdirdikdə, perlitin anstenitə çevrilmə diaqramı alınır (şəkil 2). Çevrilmənin başlanğıcını göstərən 1 əyrisindən solda müəyyən müddət çevrilmə olunur, perlit anstenitə çevrilmək üçün hazırlanır. Bu dövrə inunbasiya dövri deyilir. Həmin əyrinin sağında isə ferrit və sementitin sərhəddində anstenit özəkləri yaranır. 2 əyrisi perlitin anstenitə çevrilməsinin sonunu göstərir. Anstenit yarandıqdan sonra o, bircinsli olmur və strukturda müəyyən qədər sementit qalır. Bu sementitin anstenitdə həll olması və eynicinsli anstenitin yaranması prosesi 2 əyrisindən sağda baş verir.
Şəkil 2. Evtektoid tərkibli poladda perlitin anstenitə çevrilməsi diaqramı
Şəkildən göründüyü kimi, izotermiki qızdırma t – ru artdıqca perlitin anstenitə çevrilməsi qısa müddətdə gedir.
Poladı müxtəlif sürətlərlə qızdırdıqda (fasiləsiz) perlitin anstenitə çevrilməsi deyil, müəyyən temperatur intervalında gedir. Poladın azdırılma [temperaturu] sürəti artdıqca ( ) perlitin anstenitə çevrilməsi daha yüksək t – da və daha az müddətdə sona çatır. Əgər qızdırma aşağı sürətlə olarsa, oxu çevrilmə əyrilərini aşağı t –da və nöqtələrində kəsər. Qızdırma sürəti artdıqca, oxları çevrilmə əyrisini nisbətən yuxarı t –da, uyğun olaraq və nöqtələrində kəsəcək. Qızdırma sürətinin perlitin anstenitə çevrilməsi üçün böyük təcrübi əhəmiyyəti vardır. Qızdırma sürəti artdıqca anstenit dənəsinin ölçüsü kiçilir. Belə ki, qızdırma sürəti