Politologiyanın kateqoriyaları,metodları və funksiyaları


Siyasi sistemlərin təsnifatı



Yüklə 38,78 Kb.
səhifə18/20
tarix02.06.2022
ölçüsü38,78 Kb.
#60432
1   ...   12   13   14   15   16   17   18   19   20
Politologiyanın cavabları

Siyasi sistemlərin təsnifatı
Elmi ədəbiyyatda siyasi sistemlərin müxtəlif əlamət lərə görə təsnifatı nəzərdən keçirilir. Politoloqlar adətən dövlətə qədərki və dövlət təşkilatına əsaslanan siyasi sis temlərin olduğunu qəbul edirlər. Müasir siyasi sistemlər yalnız dövlət hakimiyyəti altında olan cəmiyyətlərə məx susdur. Politoloqların fikrincə hazırda dünyada dövlətquruluşuna əsaslanan yüzlərcə siyasi sistem mövcuddur. Siyasi sistemlərin klassik təsnifatı ilk dəfə 1956-ci ildə Q.Almond tərəfindən irəli sürülmüşdür. O siyasi sis temləri siyasi mədəniyyətə və siyasi ənənələrə görə nəzərdən keçirmiş və onları 4 kateqoriyaya bölmüşdür: • ingilis-amerikan tipli siyasi sistemlər;•kontinental Avropa siyasi sistemləri; • sənayeyəqədərki və qismən sənaye dövrünün si yasi sistemləri;• totalitar siyasi sistemlər.İngilis-amerikan siyasi sistemini rasionallığa, və təndaşların və siyasi elitanın qarşılıqlı dözüm və loyal münasibətlərinə əsaslanan siyasi mədəniyyət səciyyələndi rir. Bu sistem sabitdir, səmərəlidir və özünütənzimləmək qabiliyyətinə malikdir. Hakimiyyətin aydı müşahidə edi lən bölgüsü ingilis-amerikan siyasi sistemini xarakterizə edən əsas cəhətlərdən biridir. ABŞ və İngiltərənin dövlət quruluşunda və idarəçilik formasında fərqli cəhətlərin ol masına baxmayaraq Q.Almond onları siyasi mədəniyyət lərinin oxşarlığı baxımından təsnifləşdirmişdir. Kontinental Avropa siyasi sistemində köhnə vəyeni siyasi mədəniyyət qarşılıqlı təsir şəraitində fəaliyyət göstərir. Bu sistem əsasən Fransa, Almaniya və İtaliyada mövcuddur. Bəzi Avropa ölkələri adətən ingilis-amerikan və kontinental Avropa siyasi sistemləri arasında mövqe tuturlar. Sənayeyəqədərki və qismən sənaye dövrünün siyasi sistemləri isə qarışıq siyasi mədəniyyətə malikdir. Belə siyasi sistemlər kəskin ziddiyyətlərlə və zorakılıq üsulları ilə fərqlənir. Bu sistemlər qeyri-ənənəvi (Afrika dövlətlə ri), populist (Asiya və Latın Amerikası) va avtoritar (bir) sıra dövlətlər) sistemlərə bölünür.Totalitar siyasi sistemdə isə hakimiyyət ciddi su rətdə bürokratiyanın əlində cəmlənir. Cəmiyyət həyatının bütün sferaları total nəzarət altında olur. Cəza orqanları yüksək fəallıq nümayiş etdirir. Vətəndaşların siyasi fəal lığı isə dövlət tərəfindən maqsədyönlü şəkildə təşkil edilir və hətta bəzən məcburi xarakter daşıyır.Fransız politoloqu J.Blondel isə Q.Almonddan fərqli olaraq siyasi sistemlərin təsnifatını idarəetmənin məzmununa görə vermiş və beş tipə bölmüşdür: qərarların qəbulunda liberalizmə əsaslanan liberal-demokratik sistem; • sosial bəraberliyin üstünlük təşkil etdiyi və onun təmin edilməsində liberal vasitələrin inkar edildiyi kommunist sistemi;• sosial-iqtisadi sərvətlərin qeyri-bərabər bölündüyü və oliqarxiya tərəfindən idarə olunan ənənəvi siyasi sistemlər; • inkişaf etməkdə olan ölkələrdə qərarlaşan avtori tar idaraetma sistemi;müxtəlif vasitələrin hesabına sosial-iqtisadi bəra bərliyi qoruyub saxlamağa çalışan avtoritar mühafizəkar sistemlər.

Yüklə 38,78 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin