Politologiyanın kateqoriyaları,metodları və funksiyaları


Politologiya siyasət haqqında elmdir



Yüklə 38,78 Kb.
səhifə2/20
tarix02.06.2022
ölçüsü38,78 Kb.
#60432
1   2   3   4   5   6   7   8   9   ...   20
Politologiyanın cavabları

Politologiya siyasət haqqında elmdir
Politologiyanın bir tədris fənni kimi meydana gəlməsi Frensis Leyberin adı ilə bağlıdır.Politologiyanın elm qismində təşəkkül tapması XIX əsrin ikinci yarısına təsadüf etsə də,lakin onun güclü inkişafı XX əsrdə özünü göstərməyə başladı.Respublikamızda isə politologiyanın elm sahəsi və tədris fənni kimi tarixi XX əsrin 90-cı illərinin əvvəllərinə təsadüf edir.Politologiya termini geniş və dar mənada işlədilir.Geniş mənada politologiya siyasət haqqında bütün bilikləri əhatə edən elm sahəsi kimi nəzərdən keçirilir.Politologiya yunanca <
> və <> sözlərindən ibarət olub,siyasət haqqında elm deməkdir.Dar mənada isə politologiya siyasəti,siyasi prosesləri,təsisatları,bir sözlə siyasi elmin obyektini və predmetini təşkil edən problemləri öyrənən elm sahəsi kimi nəzərdən keçirilir.Politologiya bütövlükdə siyasi biliklərin məcmusundan ibarət olub siyasi təsisatları,siyasi hadisə və prosesləri,siyasi reallığı öyrənən elm sahəsi hesab olunur.Politologiya nəzəri və tətbiqi sahələrə bölünür.Nəzəri politologiya siyasi hadisələri idraki cəhətdən öyrənir.Tətbiqi politologiya isə siyasi hadisələrin dəyişdirilməsi səbəblərini öyrənir.
Totalitar siyasi rejimlərin xarakterik xüsusiyyətləri
Totalitarizm nəzəriyyəsində siyasi rejimi səciyyələndirən əsas xüsusiyyətlər kimi bunlar göstərilir;
-Totalitarizm elə bir rejimdir ki,orada vahid kütləvi partiya vardır və bütün hakimiyyət ona tabedir. –Partiyanın özü demokratik yolla deyil,liderin ətrafında təşkil olunmuşdur. –Cəmiyyətdə ümumməcburi ideologiya hakimdir.-Hakimiyyətin məhdud qrup tərəfindən ələ alınması. –Vətəndaşların hüquq və azadlıqlarının qadağanlığı. –Şəxsiyyətin kollektivdə boğulması. –İctimai həyatın bütün sferalarının total nəzarət altında olması. Totalitarizm cəmiyyətin və fərdin bütün həyatını dövlətin rasional nəzarəti altına qoymaq cəhdlərinin nəticəsi olaraq meydana gəlmişdir.Totalitarizm özünəməxsus sosial və iqtisadi münasibətlər yaradır.O müəyyən sinfin,sosial qrupun,milətin üstünlüyünü bəyan edir.Siyasi praktikada totalitarizmin ilk tarixi forması kommunizm olmuşdur.Sovet siyasi rejimi totalitarizmin ən xarakterik,onun bütün əlamətlərini və xüsusiyyətlərini tam əks etdirən forması hesab olunur.Sovet totalitarizminin xarakterik xüsusiyyətlərini özündə əks etdirən rejimlərdən biri də XX-əsrin 50 ci illərində meydana gəlmiş,MAOU rejimi hesab olunur.Bu ideya-siyasi cərəyanın əsasını Mao Tsze-dunun fikir və müddəaları təşkil edir. Totalitarizmin sosial və dövlət həyatının bütün sahələrində ciddi şəkildə riayət edilən,mühafizə edilən və zahirən sarsılmaz vahid prinsiplər sistemi kimi təzahür edib.

Yüklə 38,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin