Politologiyanın kateqoriyaları,metodları və funksiyaları


Beynəlxalq münasibətlər nəzəriyyələri



Yüklə 38,78 Kb.
səhifə5/20
tarix02.06.2022
ölçüsü38,78 Kb.
#60432
1   2   3   4   5   6   7   8   9   ...   20
Politologiyanın cavabları

Beynəlxalq münasibətlər nəzəriyyələri
Müasir dövrdə dövlətlərarası münasibətlərin nəzəri və praktik dəyişikliyini öyrənən çoxlu sayda elmi tədqiqat mərkəzləri yaradılmışdır.Bu mərkəzlərin başlıca məqsədi dövlətarası münasibətlərin ayrı-ayrı məqamlarını əks etdirən və onun nəzəri şərhinə həsr olunmuş çoxlu nəzəriyyələrin yaradılması və bu istiqamətdə aparılan tədqiqatlar hesab olunur.Beynəlxalq münasibətlər praktikasında müəyyən iz buraxmış nəzəriyyələrə bunları aid etmək olar: beynəlxalq münasibətlərdə siyasi realizm nəzəriyyəsi(H.Morgentau),müharibə və sülh nəzəriyyəsi(R.Aron),beynəlxalq tarazlıq nəzəriyyəsi(C.Liski),əlaqələr nəzəriyyəsi (Y.Haltung),qloballaşma nəzəriyyəsi(R.Robertson),milli mənafelər nəzəriyyəsi (L.Kaplan) və s.
Beynəlxalq tarazlıq (ekvilibrium)nəzəriyyəsi beynəlxalq münasibətlərin sabitləşməsi və dəyişkənliyi şərtlərinin öyrənilməsi məqsədilə yaradılmışdır.Onun müəllifi Corc Liski hesab olunur.
Əlaqələr nəzəriyyəsinin müəllifi Y.Haltungdur.Əlaqələr nəzəriyyəsi beynəlxalq münasibətləri sistem şəklində çıxış edən kollektivləri tədqiq etməklə öyrənməyə üstünlük verir.Beynəlxalq kollektivləri dövlətlər,regionlar və bütünlükdə dünya təşkil edir.
Qloballaşma nəzəriyyəsi. Bu nəzəriyyə ilk dəfə R.Robertson (ABŞ) tərəfindən irəli sürülmüşdür.Bu nəzəriyyəyə görə beynəlxalq münasibətlər qloballaşma prosesində əsaslı dəyişikliyə uğrayır.İqtisadi inteqrasiya dövlətləri bir-birinə yaxınlaşdırır,vahid maraqlar,mənafelər və təhlükəsizlik baxımları meydana gəlir.
Beynəlxalq münasibətlərin tarixi formaları
Şərti olaraq beynəlxalq münasibətlərin aşağıdakı tarixi formalarını(mərhələrini) gösdərmək mümkündür:
1)Beynəlxalq münasibətlərin ilkin forması(16-18ci əsrlər)
2)Sənaye dövrünün beynəlxalq münasibətləri(19-20ci əsrin 1-ci yarısı) 3)Müasir beynəlxalq münasibətlər.
Beynəlxalq münasibətlərin ilkin formasını səciyyələndirən başlıca əlamətlər bunlardır:

  1. Siyasi ağalıq etmək məqsədi daşıyan fasiləsiz müharibələr nəticəsində tez-tez siyasi rejimlər süqut edir,yeni dövlətlər meydana gəlirdi və bu beynəlxalq münasibətlərin qeyri-sabit təbiətini şərtləndirirdi 2)Beynəlxalq münasibətlərin hüquqi əsaslarının olmaması.Dövlətlər arasında münasibətlər,qarşılıqlı əlaqələr,hər hansı hüquqi tənzimləmədən kənar amillərə(ideoloji,dini və s.)arxalanırdı 3)beynəlxalq münasibətlərin iştirakçıları(akorları)kəmiyyət etibarilə məhdud xarakter daşıyırdı 4)beynəlxalq münasibətlər dövlətlərin ictimai həyatının yalnız bəzi sahələrini əhatə edirdi.Əsasən əlaqələr hərbi-siyasi xarakter daşıyırdı.

  2. Sənaye dövrünün beynəlxalq münasibətlərini müəyyənləşdirən mühüm cəhətlər bunlardır:

1) beynəlxalq münasibətlərin iştirakçılarının(aktorların)sayının artması 2)beynəlxalq münasibətlərinin rolunun artması,miqyasının genişlənməsi,mürəkkəb məzmun kəsb etməsi hüquq normalarının meydana çıxması ilə müşayiət olunur 3)dövlətlərin milli mənafeləri ilə beynəlxalq həyatın elan olunmuş norma və prinsipləri arasında ziddiyyətlərin meydana çıxması 4)beynəlxalq münasibətlərin subyektləri keyfiyyətində dövlətlərlə yanaşı,beynəlxalq təşkilatlar və cəmiyyətlər də çıxış etməyə başlayır.Məsələn,Millətlər Birliyi,Qırmızı Xaç cəmiyyəti kimi təşkilatlar yaradılır 5)Dövlətlər arasında əlaqə və münasibətlərin sahəsi genişlənir.
Müasir dövrün beynəlxalq münasibətləri bir sıra yeni səciyyəvi cəhətləri özündə birləşdirir:
1)beynəlxalq münasibətlərdə iştirakçıların bərabər portnyorluq ideyası ön plana keçir2)beynəlxalq həyat hadisələrini idarə edən ümümdünya və regional mərkəzləri yaranır.Beynəlxalq təşkilatların rolu artır 3)müasir beynəlxalq münasibətlər habelə əlaqələrin xarakterinin sabitlik dərəcəsinin yüksəlməsi,miqyasları və intensivlik səviyyəsinin sürətli artımı ilə səciyyələnir 4)terrorizmə qarşı mübarizədə səylər birləşdirilir

Yüklə 38,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin