Politologiyanın kateqoriyaları,metodları və funksiyaları



Yüklə 38,78 Kb.
səhifə9/20
tarix02.06.2022
ölçüsü38,78 Kb.
#60432
1   ...   5   6   7   8   9   10   11   12   ...   20
Politologiyanın cavabları

Demokratiya anlayışı

Muasir qərb demokratiyası öz rəngarıngliti ilə fərqlənir. Muxtəlif dövurlərdə və ayrı-ayrı reallıqlar şəraitində formalaşmış demokratiya ənənələri bir sıra nəəzəriyyə və doktrinalarda öz ifadəsini tapmışdır. İ.Şumpeterin demokratiya nəzəriyyəsi mahiyyət etibarı ilə muasir demokratiya konsepsiyalarının əsasını qoymuşdur.İ.Şumpeter göstərirdi ki, demokratiyanin normal fəaliyyət göstərməsi uçun dörd şərt tələb olunur.Pluralist nəzəriyyəyə görə demokratiya muxtəlif ictimai qruplara öz mənafeini ifadə etməyə və rəqabət mubarizəsində onların quvvələr nisbətini əks etdirən kompromis qərar qəbul etməyə imkan yaradan idarəçilik forması kimi qavranılır.Pluralist demokratiya nəzəriyyəsində əsas hərəkət verici siyasi quvvə rolunu maraq qrupu yerinə yetirir.Muasir demokratiya nəzəriyyələri içərisində demokratiyanin liberal nəzəriyyəsi xususi rol oynayır.Təbii huquq və azadlıqların əsaslandırılması,həmdə bu huquqların təminatı,hakimiyyət bölgusu nəzəriyyəsinnin işlənib hazırlanması ideyaları demokratiyanın liberal nəzəriyyəsinin əsasını təşkil edir.Muasir demokratiya nəzəriyyələri içərisində xususi yer tutan partisipar demokratiya nəzəriyyəsi həmdə iştirak nəzəriyyəsi adlanır.Bu nəzəriyyə insanın rasional varlıq olduğunu iddia etməklə onun duzgun və səmərəli qərarlar qəbul edə bilmək imkanına inamı ifadə edir və xalqın irrasional və kutlə psixologiasına malik toplu olması ideasını rədd edir.


Partiya sisteminin mahiyəti və təsnifatı.

Mahiyəti.


Partiyaların ilk tərifini verməyə çalışan ingilis alimi Byork (XIX əsrin əvvəlləri) olmuşdur. Onun fikrincə partiya ümumi prinsipləri rəhbər tutan və birgə səylərlə milli mənafeləri təmin etmək üçün birləşən qrupudur. R.Şvarsenberqə görə isə,siyasi partiya həm milli və eləcədə yerli səviyyədə mövcud olan, hakimiyyəti ələ almağa və yola salmağa istiqamətlənən və bu məksədlə geniş kütlələr tərəfindən müdafiə olunmağa cəhd edən, fasiləsiz fəaliyyət göstərən təşkilatdır. Siyasi partiyalar haqqında Azərbaycan Ruspublikası Qanununda isə göstərilir ki, siyasi partiya dedikdə ümumi siyasi ideaları və məksədləri olan, ölkənin siyasi həyatında iştirak edən vətəndaşların birlikləri nəzərdə tutulur. Deyilənləri yekunlaşdıraraq siyasi partiyaya belə tərif vermək olar. Partiya kütlələri siyasi cəhətdən sosiallaşdıran və ya siyasi proseslərə cəlb edən, hakimiyyəti ələ almaq, yaxud hakimiyyətin təşkilində iştirak etmək məqsədini qarşısına qoyan, ideoloji və digər prinsiplər zəminində formalaşan və mütəşəkkil fəaliyyət göstərən könüllü təşkilatdır.
Təsnifatı.
Partiyaların təsnifatı xeyli müxtəlif partiya təşkilatlarını sistemləşdirmək üçün istifadə olunan mücərrəd sistemdir. Konkret siyasi reallıqda partiya müxtəlif təşkilatların səciyyəvi xüsusiyətlərini özündə əks etdirə bilər. M.Dyuverjen partiyaları kafr və kütləvi partiyalara bölürdü. Burada söhbət, kadr partiyalarla kütləvi partiyalar arasında fərqin böyüklüyündən və üzvlərin sayından deyil, daha çox quruluş fərqinə görə bölgüdən gedir. Kütləvi partiyalarda üzvlərin seçkilərdə iştirakı və qələbəsi üçün küllü miqdarda pul vəsaitinin əldə edilməsi probleminə xüsusi diqqət yetirilir. Kadr partiyalar isə seçkiləri hazrlamaq, kampaniyanı təşkil üçün seçicilərin özlərini müəyyən mənada bir yerə toplamaq lazım gəlir.

Yüklə 38,78 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin