Politologiyanın kateqoriyaları,metodları və funksiyaları


Siyasi sistemin struktur ünsürləri və funksiyaları



Yüklə 38,78 Kb.
səhifə11/20
tarix02.06.2022
ölçüsü38,78 Kb.
#60432
1   ...   7   8   9   10   11   12   13   14   ...   20
Politologiyanın cavabları

Siyasi sistemin struktur ünsürləri və funksiyaları

Siyasi sistemin struktur ünsürləri ilə bağlı siyasi elm də müxtəlif fikirlər qərarlaşmışdır. Bir sıra tədqiqatçılarsiyasi sistemin strukturuna müxtəlif istiqamətli ünsürləri daxil etməyə çalışırlar. Hind politoloqu P.Şaranın fik rincə siyasi sistemin strukturunun başlıca ünsürünü ha kimiyyət, mənafelər, siyasət və siyasi mədəniyyət təşkil edir. D.İston isə siyasi sistemin struktur ünsürünü siyasə tin müxtəlif subyektlərinin (fərdlərin, qrupların və təşki latların) təşkil etdiyini və həmin subyektlərin qarşılıqlı əlaqəsindən ibarət olduğunu göstərir.Siyasi sistemin struktur ünsürləri ilə bağlı daha geniş yayılımş və siyasi elmdə dəstək qazanmış nöqteyi-nəzərlər bunlardır: təsisath struktur ünsürləri;


• normativ (tənzimləyici) struktur ünsürləri; funksional struktur ünsürləri;
• kommunikativ struktur ünsürləri; mədəni struktur ünsürləri.Təsisatlanmış sistemə dövlətin orqan və təsisatları, siyasi partiyalar və ictimai-siyasi hərəkatlar kimi struktur ünsürləri daxildir. Siyasi sistemin strukturunda hakim yer dövlət və onun orqan və təşkilatlarıdır. O bütün cəmiyyə tin təşkilati çərçivələrini təyin edir, hüquq normalarının köməyi ilə öz vətəndaşlarının davranışımı formalaşdırır, mülki təşkilatların fəallıq formalarını müəyyən edir. İcti mai-siyasi təşkilatlar isə mənafeyinin ifadəçisi olduqları qruplarla dövlət arasında vasitəçi rolunu oynayırlar. Normativ (tənzimləyici) sistemə siyasi normalar, ənənələr, əxlaq, siyasi davranış etikası və s. kimi struktur ünsürləri daxildir. Konstitusiya və digər qanunvericilik sənədlərində əks olunan normalar siyasi sistemin fəaliyyətini tənzimləyir.Normativ dövlət sistemi normativ siyasi sistemlə bir gə çıxış edir. Lakin davranış yalnız normativ yolla tənzim olunmur. Siyasi proses iştirakçılarının davranışını ənənə lər, əxlaq, siyasi davranış etikası, habelə qeyri-formal normativ sistem (ictimai diskussiyalar və parlament dis kussiyalarını keçirməyin qəbul olunmuş qaydaları) və s. də tənzim edir.Funksional sistem - siyasi fəaliyyətin forma və isti qamətlərində, siyasi hakimiyyətin həyata keçirilməsi üsul və metodlarında, yəni tətbiq olunan siyasi rejimdə özünün ifadəsini tapır.Kommunikativ sistem siyasi sistem daxilində müxtə lif struktur ünsürlərinin qarşılıqlı əlaqəsinin və fəaliyyəti nin forma və prinsiplərini əhatə edir.Mədəni sistem (siyasi şüur, müvafiq siyasi mədə niyyət kimi struktur ünsürləri) cəmiyyətin tarixən aid ol duğu və yaratdığı, həmçinin inkişaf etdirdiyi mədəniyyət və onun insan şüuruna təsiri nəticəsində əhalinin siyasi idarəetmə qərarlarının qəbuluna reaksiyasını özündə bir ləşdirir, siyasi sistemin sabitliyini təmin edir.Siyasi sistemin strukturundan göründyü kimi o siya si hakimiyyət təsisatlarının fəaliyyət prinsiplərini, norma larını, bu fəaliyyətin yönümünü müəyyən edir.Siyasi sistemin əsası cəmiyyətin siyasi təşkilidir. Ha kimiyyətin təsisatlı quruluşu prinsipi onda öz əksini tapır. Siyasi sistem həm hakim qüvvələr, həm də müxalifət qüvvələri tərəfinden yaradılan dövlət və qeyri-dövlət təş kilatları və orqanlarının məcmusudur

Yüklə 38,78 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin