Politologiyanın kateqoriyaları,metodları və funksiyaları


Siyasi rejimlərin mahiyyəti və təsnifatı



Yüklə 38,78 Kb.
səhifə3/20
tarix02.06.2022
ölçüsü38,78 Kb.
#60432
1   2   3   4   5   6   7   8   9   ...   20
Politologiyanın cavabları

Siyasi rejimlərin mahiyyəti və təsnifatı
Siyasi rejim idarəetmə metodları və üsullarının məcmusudur.Siyasi rejim dövlətin sosial vəziyyətini səciyyələndirir.Siyasi rejim bütövlükdə siyasi sistemin mahiyyətini ifadə edir.Siyasi rejimlərin təsnifatı verilərkən M.Veberin ideal tip anlayışına istinad edilir.Bu onunla bağlıdır ki,siyasi rejim heç vaxt xalis formada olmur.İdeal tip anlayışı siyasi rejimləri bir-birindən fərqləndirməyə imkan verir.Təsnifata əsasən siyasi rejimlərin üç forması:Hakimiyyətin sosial bazasına görə- Demokratiya,aristokratiya,oliqarxiya. Sosial tərəqqiyə münasibətinə görə-inqilabçı,mütərəqqi,liberal.Siyasi fəaliyyət metodlarına görə-demokratiya,totalitar,avtoritar Fərqlənir.
Siyasi rejimlərin ilk təsnifatını qədim yunan tarixçisi Heredot vermişdir.Platon bu ideyanı zənginləşdirmiş,Aristotel isə daha da təkmilləşdirmişdir.Fransız politoloqu M.Dyuverje göstərir ki,siyasi rejimlərdə ki fərqlər tarixi və mədəni inkişafın nəticəsidir.Qeyd etmək lazımdır ki, hər bir tarixi dövrdə siyasi rejimlərin təsnifatı həmin dövrün reallıqlarına əsaslanır.Bu baxımdan yanaşdıqda, müasir dövrdə ən geniş yayılmış totalitar,avtoritar və demokratik rejimləri bir-birindən fərqləndirmək lazım gəlir.
Dövlətin əlamətləri,funksiyaları və formaları
Dövlətin mövcudluğunun tərkib elementini kütləvi siyasi hakimiyyət təşkil edir.Siyasi elmde dövlətin bir çox əlamətləri nəzərdən keçirilir.Bu əlamətlər bunlardır:
Xüsusi idarəetmə aparatının mövcudluğu-onu idarəetmə və məcburetmə vəzifəsini yerinə yetirən insanların xüsusi təbəqəsi həyata keçirir.
Dövlətin məcburetmə,güc tətbiq etmək hüququ-Dövlətin xüsusi güc orqanları vardır və qanunun nəzərdə tutduğu hallarda ondan istifadə edir.
Hüquq normalarının müəyyən edilməsi-Bütün dövlət orqanlarının fəaliyyəti hüquq normalarına əsaslanmalı və hüquqi prinsiplər çərçivəsində fəaliyyət göstərməlidir.
Ümumilik-Dövlət hakimiyyəti onun ərazisində yaşayan bütün insanlara aiddir. Və Vergilərin toplanması.
Dövlətin spesifikliyi və tarixi zəruriliyi onun yerinə yetirdiyi funksiyalarında üzə çıxır.Funksiyaların bölgüsünün əsasında dövlətin fəaliyyət sahəsi durur.Buna əsasən dövlətin funksiyalarını daxili və xarici istiqamətli funksiyalara ayırmaq olar. Daxili funksiya-bu funksiya əsasən ölkə daxilində dövlətin fəaliyyətinin əsas istiqaməti kimi onun daxili siyasətini şərtləndirir.
Xarici funksiya-Bu funksiya dövlətin xarici fəaliyyətində,onun digər dövlətlərlə və təşkilatlarla münasibətlərində təzahür edir. Dövlət forması dedikdə dövlət quruluşu,idarə forması və siyasi rejim nəzərdə tutulur.Ənənəvi olaraq dövlətin ərazi-siyasi quruluşuna görə iki əsas forması fərqləndirilir:Unitar və Federativ. Unitar dövlət vahid dövlət olub,müstəqil dövlət qurumlarından deyil,inzibati-ərazi vahidləri,vilayətlər,əyalətlər və bəzən də muxtar qurumlardan ibarət olur.Dövlətin ərazi-siyasi quruluşu sistemində federasiyalarında özünəməxsus yeri var.Federasiya mürəkkəb dövlətdir.onun tərkibində müstəqil subyektler var.

Yüklə 38,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin