Politologiyanın kateqoriyaları,metodları və funksiyaları


Dövlətin idarəçilik formaları



Yüklə 38,78 Kb.
səhifə4/20
tarix02.06.2022
ölçüsü38,78 Kb.
#60432
1   2   3   4   5   6   7   8   9   ...   20
Politologiyanın cavabları

Dövlətin idarəçilik formaları
İdarəetmə forması termini bir çox dovlətlərin əsas qanunlarında öz əksini tapmışdır. Bəzi konstutsiyalarda bu termin işlınməsədə idarəetmə formaları həmişə təspit olur.
Ənənəyə görə 2 əsas idarəetmə formasının təsnifatı nəzərdən keçirilir(monarxiya və respublika)
Monarxiya idarəetmə formasında dövlət basçısı öz vəzifəsini və xüsusi fəxri statusunu irsən və ömürlük qazanır və öz varisinə ötürür.
Mütləq monarxiya idarəetmə forması hazırda bir neçə ölkədə qalmaqdadır. ( səudiyyə ərəbistan,Oman, Qatar və.s) oman sultanlığında parlamentdə yoxdur,hökümət kral təfəfindən təşkil olunur.
Dualist monarxiyada konstutsiya və parlament mövcuddur. Parlamentin iştirakı olmadan qanunlar qəbul edilə bilməz. Lakin hokumet monarx tərəfindən təyin edilir. Və parlament qarşısında deyil monarx qarşısında fəaliyyət daşıyır.
Parlamentli monarxiyada isə bunlardan fərqli olaraq demokratik yolla qəbul edilmiş konstutsiya qüvvədədir və qanunvericilik hakimiyyəti seçkili parlamentə məxsusdur. Monarx hüquqi cəhətdən dovlət basçısı olsada lakin olkenin idarə olunmasında faktiki olaraq iştirak etmir. Hokumət yalnız parlament qarşısında məsuliyyət daşıyır.
Respublika idare etmə formasında dövlətin ali hakimiyyət orqanları və vəzifəli şəxsləri vətəndaşlar tərəfindən seçilir. Prezidentli respublika ilk dəfə ABŞ’da yaranmışdır. Prezidentli respublikada prezident və parlamemt seckiləri muxtəlif vaxtlarda keçirilir. Prezidentli respublikalarda nə baş nazir, nə də nazirlər parlament qarşısında deyil yalnız prezdent qarşısında məsuliyyət daşıyır.
Prezidentli respublikalarda prezdent vaxtından əvvəl parlamenti buraxmaq huququna malik deyil.
Prezidentli respublikadan ferqli olaraq parlamentli respublikada prezdentin seçilməsinin elə qaydası nəzərdə tutulurki o öz mandatını bilavasitə xalqdan almır. Parlament respublikasinda hokumet prezident qarşısında deyil, yalnız parlament qarşısında mesuliyyət daşıyır
Siyasi münaqişələr: mahiyyəti və həlli yolları

Münaqişə latınca toqquşma mənasını verir. Siyasi münaqişələrin başlıca səbəbləri sırasında hakimiyyət,maddi ehtiyyatlar(sərvətlər) və ictimai nüfüz xüsusi rol oynayır.Siyasi münaqişə hakimiyyət səlahiyyətləri və sərvət uğrunda mübarizə aparan 2 və daha çox tərəfin rəqabət xarakterli qarşılıqlı fəaliyyətidir.Siyasi münaqişə müxtəlif formalarda(millətlərarası etnik zəmində baş verən münaqişələr,dini münaqişələr,beynəlxalq münaqişələr və s.)təzahür edir.


Siyasi münaqişənin ən geniş yayılmış növlərindən biri beynəlxalq münaqişələrdir. Beynəlxalq münaqişə dedikdə iki və daha çox dövlət arasında nüfuz və sərvətlər uğrunda mübarizə nəzərdə tutulur. Hər bir münaqişənin 3 əsas fazası göstərilir: münaqişənin başlanması,inkşafı və sona çatması fazası.Münaqişənin fazaları arasında ən mürəkkəbi sonuncu fazadır.Adətən politoloqlar bu fazanın 2 əsas variantını(tərəflərin barışmasına nail olmaq;tərəflərin barışmazlığı) qeyd edirlər.Münaqişəli tərəflərin barışdırılmasının 2 əsas yolu vardır.
1.Güc tətbiq etməklə tərəflərdən birinin digərinin tələb və iddialarını qəbul etməyə məcbur edilməsi,yəni, tərəflərdən birinin digəri üzərində güc və vəsait üstünlüyünə malik olması, tərəflərdən birinin təcrid olunması,rəqib tərəfin qüvvələrinin məğlub edilməsi.2.Münaqişənin dinc yolla nizama salınması.Münaqişənin dinc yolla nizama salınmasının həlli vasitələrindən biri tərəflərin əvvəlki mövqelərdə qalaraq,bir-birinə qarşılıqlı güzəştə getməsidir.Barışdırma prosedurası diplomatik danışıqlardan onunla fərqlənir ki, münaqişəyə cəlb edilmiş tərəfləri barışdırmaq missiyasını üçüncü tərəf öz üzərinə götürməli olur.BMT-nin Nizamnaməsində beynəlxalq münaqişələrin 5 fazası göstərilmişdir:
1)beynəlxalq sülhə təhlükə yaratmayan mübahisə 2)davamı beynəlxalq sülhə təhlükə yarada biləcək mübahisə 3)sülhə təhlükə 4)sülhün pozulması 5)təcavüz aktı.
Dövlətlər arasında mübahisələrin və münaqişələrin həll etməsində ATƏT-in və Avropa Şurasının (AŞ)rolu da nəzərə çarpır.

Yüklə 38,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin