AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ
BAKI SLAVYAN UNİVERSİTETİ
Pedaqogika tarixi fənnindən sərbəst mövzu:
Quldarlıq dövründə təriyyə təhsil təlim
Fakültə: Azərbaycan Filologiyası
İxtisas: Azərbaycan dili və ədəbiyyat müəllimliyi
Qrup: AM-204
Müəllim: Cəfərova Səbinə
Tələbə: Məmmədova Güllü
Tərbiyə insan cəmiyyətinin yarandığı ilk dövrlərdən meydana gəlmiş, şəxsiyyətin formalaşması prosesi omuşdur. Sözün lüğəti mənası – bəsləyib yetişdirmə, qidalandırma, böyütmə, alışdırma, vərdişetdirmə deməkdir. Bu məna tərbiyə prosesinin mahiyyətini, bəsit şəkildə olsa da, düzgün əks etdirir. Həmin anlayışların hər birində iki tərəfin fəaliyyəti nəzərdə tutulur: kimsə kimi isə bəsləyib yetişdirir, qidalandırıb böyüdür, kimsə kimi isə müəyyən işə, fəaliyyətə, keyfiyyətə alışdırır, vərdiş etdirir. Tərbiyə işi insan cəmiyyətinin yarandığı ilk dövrlərdən meydana gəlmiş, şəxsiyyətin formalaşması, inkişafı, davranışı prosesidir və yaşlı nəslin əldə etdiyi bilik, bacarıq və təcrübənin məqsədyönlü, planlı, mütəşəkkil şəkildə gənc nəslə aşılanmasıdır.
Bu günə qədər insanın mənşəyi ilə bağlı bir çox nəzəriyyələr mövcuddur. Ənənəvi konsepsiyalar arasında təkamül-bioloji (Ş.Leturno,S.Simpson ,A.Espinas) və psixoloji (P.Monro) nəzəriyyə mühüm yer tutur.Təkamül-bioloji nəzəriyyənin nümayəndələri insanların ibtidai icma dövründəki tərbiyəvi fəaliyyəti ali heyvanların öz balalrına göstərdikləri instinktiv qayğıya bənzədir.Tərbiyənin şüurlu səciyyəsini inkar edir və onu qeyri-mütəşəkkil, kortəbii bir hadisə hesab edirlər. P.Monro tərbiyənin meydana çıxmasının yalnız uşaqların böyükləri şüursuz şəkildə təqlidində görürdü. O, bununla bağlı yazırdı: “İbtidai insan üçün yalnız yaşadığı zaman mövcuddur. Onun şüurnda keçmiş və gələcək anlayışları demək olarki yoxdur. Tərbiyə isə yalnız ətraf mühitlə uyğunlaşmaqdan ibarətdir.” İbtidai icma dövründə tərbiyə xüsusi fəaliyyət növü kimi meydana gəlmişdir.Həmin dövrdə uşağın tərbiyəsi onun bəslənməsindən və böyüdülməsindən, habele yaşlı nəslin təcrübəsinin böyüyən gənc nəslə verilməsindən ibarət idi. Getdikcə tərbiyə insanların fiziki, əqli, mənəvi, emosional baxımdam böyüməsi və inkişafı kimi meydana gəlirdi. İbtidai insanların tərbiyəsi kortəbii və sistemsiz səciyyə daşıyırdı. Bütün uşaqlar qrup və ya kollektiv şəkildə birgə tərbiyə olunurdular. Getdikcə tərbiyənin mütəşəkkil formalarının ünsürləri meydana gəldi. Tərbiyə işi 9 yaşdan başlayaraq 11 yaşadək davam edirdi. Uşaqlar yaşlıların ictimai həyat fəaliyyətində yaxından iştirak etməklə, hər gün onlarla ünsiyyətdə olmaqla tərbiyə olunur və onlardan öyrənirdilər.Bununla da, uşaqlar əmək fəaliyyətinə, kollektiv əməyə hazırlanırdılar.
Quldarlıq cəmiyyətində tərbiyə və məktəb - tarixi inkişaf prosesində ibtidai icma quruluşu quldarlıqla əvəz olundu. Quldarlıq quruluşu dövründə şərqdə böyük dövlətlər, şəhərlər və məktəblər əmələ gəldi. Belə ölkələrdən biri də Çindir. Çində ilk məktəblər b.e.ə. 3-cü minillikdə meydana gəlmişdir. Onlar syan (yaşlıların gəncləri öyrətdikləri yer) syuy (gənclərin silah işlətməyi öyrəndikləri yer) adlanır. Syuyda əvvəlcə hərbi iş, xüsusilə ox atmaq öyrədilirdi. Sonralar tədris müəsisəlrinin adını göstərmək üçün syue (öyrətmək, oxumaq) sözündən istifadə edirdilər. Çin yazı sistemi idoqrafik yazı sistemidir. Çin təlim- tərbiyəni nəzətri cəhətdən dərk etməyə təşəbbüs göstərən sivilizasiyalar sırasına daxildir. Burada əsas fəlsəfi məktəblər b.e.ə VI əsrdə formalaşmışdı. Onlara daosizm, buddizm, və konfusiilik aiddir. Qədim Çində həm ibtidai, həm də yuxarı dini səciyyəli məktəblər olmuşdur. Həmin məktəblərdə böyük yazıçıların və şairlərin əsərləri, əxlaq və fəlsəfə, bəzən də nücum (astranomiya) elmi öyrədilirdi. Bu məktəblərdə hakim uşaqlarına oxu-yazını mürəkkəb heroqliflər (yazı işarələri) vasitəsilə öyrədirdilər. Hindistan Cənubi Asiyada yerləşir. Qədim zamanlarda Hind çayının şərq hissəsi Hindistan adlanırdı. Halhazırda Pakıstan, Banqladeş, Nepal, Şri-Lanka və Hindistan Respublikası həmin ərazidə yerləşir) Qədim Hindistanın tarixi iki əsas dövrə bölünür: dravid-ari və buddizm. Burada b.e.ə. III minillikdə mövcüd olmuş mədəniyyəti protodravid və dravidlər yaratmışlar. Qədim Hindistanda “icma məktəbləri” əmələ gəlmiş və bir neçə min il yaşamışdır. Kəndlərdə isə kəndlilərin hesabına məktəblər açılmışdı. Qədim Hindistanda tarix iki əsas dövrə bölünür: dravidari və buddizm. Burada b.e.ə III minillikdə mövcud olmuş mədəniyyəti protodravit və dravidlər yaratmışlar. Məktəb mədəniyyəti Harappa şəhərində meydana gəlmişdir. Tədris məşğələləri keçmək üçün xüsusi bina yox idi. Təlim açıq havada keçirilirdi. Müəllimin evi- qurukula təlim almaq üçün ən münasib yer idi. Şagirdlər veda mətnləri dinləyir, əzbərləyir və təhlil edirdilər.Onlar palma yarpaqları üzərinə yazırdılar ki, bunlarıda az müddət saxlamaq mümkün idi.Ona görədə şifahı sözə daha çox üstünlük verilirdi. Tərbiyənin və məktəb təhsilinin inkişafında buddizmin mühüm rolu olmuşdur. Qədim Yunanıstan ərazisində bir çox xırda quldar dövlətlər olmuşdur. Bunlardan ikisi daha çox diqqəti cəlb edir. 1) Lakoniya dövləti - əsas şəhəri Sparta idi; 2) Attika dövləti - əsas şəhəri Afina idi. Bu dövlətlərin hər ikisində quldarlıq quruluşu olmasına baxmayaraq, müxtəlif iqtisadi, siyasi vəziyyətlərinə görə onlar Sparta və Afina tərbiyə sistemi yaratmışdılar
Dostları ilə paylaş: |