Öldürülməsi Qadağan Olunan Hər Bir Şeyin Yeyilməsi Də Qadağanır
İbn Abbas – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – qarışqanın, arının, şanapipik (hop-hop, hüd-hüd, şinəbub), hörümçək quşu (sərçə fəsiləsindən bir quş) öldürülməsini qadağan etmişdir”. Əhməd 1/332, Əbu Davud 5267, əl-Albani səhih. Əbu Hureyrə – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “(Ağac altında dincələn) Peyğəmbərlərdən birini bir qarışqa dişlədi və o, qarışqa yuvasının yandırılmasını əmr etdi. Allah Peyğəmbərə: “Bir qarışqanın səni dişləməsindən ötrü Allahı təsbih edən ümmətlərdən bir ümməti həlak etdin?” deyə vəhy etdi. Müslim 2241. Qadağndır öldürmək: Şanapipiyi, Hörmüçək quşu, Arı, Qarışqa, Quru və su qurbağasını.
İmam Beyhəqi – rahmətullahi aleyhi - deyir ki: “Bu hədis açıq-aydın dəlildir ki, öldürülməsi qadağan olunan heyvanların yeyilməsi qadağandır. Əgər bunların yeyilməsinə icazə verilsəydi Peyğəmbər – sallallahu aleyhi və səlləm – onların öldürülməsini qadağan etməzdi”. “Subus Salam” 4/107. AbdurRahman b. Osman rəvayət edir ki, bir Təbib Allahın Rəsulu – sallallahu aleyhi və səlləm – dən qurbağanı öldürərək ondan dərman hazırlanması barədə soruşduqda o: “Qurbağanı öldürməyi qadağan etdi”. Əhməd 15197, Darimi 1998. Abdullah b. Amr – radıyallahu anhu – deyir ki: “Qurbağaları öldürməyin. Çünki onların vaqqıltısı (qurultusu) Allahı mədh etmələridir”. Beyhəqi “Sunənul Kubra” 19166.
Dostları ilə paylaş: |