Положение мяса животных


“Biz (keçmişdən bəri) hər ümmət üçün bir şəriət müəyyən etdik ki, ona əməl edərlər...”



Yüklə 0,81 Mb.
səhifə75/75
tarix02.01.2022
ölçüsü0,81 Mb.
#1052
1   ...   67   68   69   70   71   72   73   74   75
“Biz (keçmişdən bəri) hər ümmət üçün bir şəriət müəyyən etdik ki, ona əməl edərlər...”. (əl-Həcc 67). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Kim bir qövmə oxşamağa çalışarsa o, da onlardandır”. Əbu Davud 4037, Əhməd 2/50, əl-Albani səhih. İbn Ömər – radıyallahu anhu – deyir ki: “Allahın düşmənlərindən onların bayramları zamanı uzaqlaşın”. Beyhəqi 18641. İbn Teymiyyə - rahmətullahi aleyhi – deyir ki: “Kafirlərə - onların bayramlarının hər hansısa birində oxşamaq (bənzəməyə) çalışmaq insanın onların yalançı əqidələri və adətləri ilə razılaşması deməkdir”. O, deyir: “Müsəlman bir kimsəyə kafirlərin bayramları zamanı onların o, günü istifadə edə biləcəklər hər hansı bir şeyi – yemək, paltar, ətir - satması qadağandır”. İqtida” 229. İbn Qeyyim - rahmətullahi aleyhi – deyir ki: “Alimlərin icması ilə kafirləri bayramları münasibətilə təbrik etmək qadağandır”. O, deyir: “Bu sanki bir kimsəni içki içməsi, zina etməsi, adam öldürməsi münasibətilə təbrik etmək kimi bir şeydir”. “Əhkəmu Əhli Zimmə” 1/441. Şeyx Useymin - rahmətullahi aleyhi – deyir ki: “Müsəlman bir kimsəyə qadağandır kafirlərin dəvətini qəbul edib orada iştirak etməyə. Bu onları bayramları münasibətilə təbrik etməkdən daha pisdir. Çünki bu onların bayramlarında iştirak etmək deməkdir”. “Məcmuu Fətava Va Rasail” 3/369.

18 Daimi Fətvalar Komitəsi nəsihət edir ki: “Açıq-aydın günah edən kimsələrlə dostluq münasibətləri saxlamamaq, onların dəvətlərini və sədəqələrini qəbul etməmək, bu da onlar üçün bir dərs və ibrət olsun deyə edilir”. Lakin haram qazanan bir kimsədən sədəqə almaq əslən qadağan deyildir. Haram yolla qazanan bir kimsədən hədiyyə və pul götürmək icazəlidir. Bu mülk sahibi üçün haramdır, digərləri üçün isə haram deyildir. İmam İbn Munzir – rahmətullahi aleyhi – deyir ki: “Qazancı haram yolla olan bir kəsdən götürmək (pul və s.) icazəlidir. Allah Yəhudilər haqqında buyurur: “Onlar yalana qulaq asanlar və haram yeyənlərdir...”. (əl-Maidə 42). Peyğəmbər – sallallahu aleyhi və səlləm – bunu bildiyi halda öz zirehini Yəhudidə girov qoymuş, Kitab Əhlindən cizyə almışdır. Halbuki onların gəlirlərinin çox hissəsini (mülklərini) donuz alverindən və haram işlərdən idi”. “Subus Salam” 2/213. Lakin kim haram olan qazancdan (mülkdən) sədəqə verərsə buna görə heç bir mükafat qazanmaz hətta o, müsəlman olsada belə. Əbu Hureyrə – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Şübhəsiz ki, Allah pakdır (və nöqsansızdır) və pak olanı da qəbul edir...”. Müslim 1015. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Kim haram yığıb və onu sədəqə olaraq paylayarsa buna görə heç bir mükafat qazanmayacaq və əksinə onun günahının yükünü daşıyacaqdır”. İbn Hibban 3216, Şueyb Arnaut, AbdulQadir Arnaut səhih. Lakin bir kimsə İslamı qəbul edərsə və onda haram yolla qazanmış mülk olarsa qoy ondan qurtulmasın. Çünki Peyğəmbər – sallallahu aleyhi və səlləm – in dövründə səhabələr İslamı qəbul etdikləri zaman Peyğəmbər – sallallahu aleyhi və səlləm – onlara haram olan mülkdən qurtulmalarını əmr etməmişdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Allahın qulu İslamı qəbul edərsə və onun İslamı gözəl olarsa o, zaman Allah onun öncədən etmiş bütün günahlarını bağışlayar”. Buxari 41.

19 Bəziləri də qeyd edirlər ki: “Tərkibində spirt olan istənilən bir şey qadağandır Peyğəmbər – sallallahu aleyhi və səlləm – in hədisinə əsasən: Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Çox miqdarda sərxoş edən şey, az miqdarda da qadağandır”. Əbu Davud 3681, Tirmizi 1865, İbn Məcə 3393. Həmçinin o, demək deyil ki: “Çox miqdarda olan sərxoş edici, bir şeyin tərkibində olarsa (konfet) bu cür şeyi yemək qadağandır”. Bu da hədisi səhf başa düşməkdir. Bu hədis onu izah edir ki: “Çox miqdarda sərxoş edən, az miqdarda da qadağandır”.


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin