Положение мяса животных



Yüklə 0,81 Mb.
səhifə71/75
tarix02.01.2022
ölçüsü0,81 Mb.
#1052
1   ...   67   68   69   70   71   72   73   74   75
Həmçinin: İstənilə heyvanın, hətta donuzun belə dərisi yalnız aşılandıqdan sonra təmiz hesab olunur. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “İstənilən dəri aşılandıqdan sonra təmiz olur”. Müslim 1/105, Əbu Davud 4123, Tirmizi 1728, Nəsəi 3/173. İmam Sənani rahmətullahi aleyhi - deyir ki: “Bu hədis açıq-aydın dəlildir ki, istənilən heyvanın dərisi aşılandıqdan sonra çöl və içəri tərəfdən təmizlənmiş olur. Buna da “İstənilən dəri” sözləri əyani sübutdur”. “Subus Salam” 1/42. Bu da dəri barəsində olan 7 rəydən ən doğrusudur. Bu rəydə həmçinin olmuşlar: Əli b. Abu Talib, İbn Məsud, Davud, Abu Yusuf, Sanani, Şovkani və Şeyx əl-Albani – Allah onlardan razı olsun -. Bəzi alimlər qeyd edirlər ki: Hədisdə söhbət yalnız əti yeyiləsi heyvanların dərisindən “İhab” gedir. Lakin bu sözlərin heç bir əsası yoxdur. Necə ki, bu haqda İmam Şovkani – rahmətullahi aleyhi - “Neylul Əvtar” da qeyd edir: “Hədisi bu cür anlamaq Nadr b. Şamilin dediklərinə də ziddir. İhab – aşılanmış dəridir. Bu da ən səhih olan rəydir. Dilçilər də öz kitablarında buna işarə etmişlər. əs-Səhih, Qamus, Nihayə və s. Əgər biz bu kitablar yönəlmiş olsaq İhab sözünün yalnız yeyilməsi icazə verilən heyvanların dərisi olmadığını görərik”. Bütün bu deyilənlərdən aydın olur ki, istənilən növ heyvanın dərisi aşılandıqdan sonra təmiz sayılır. Qadağa yalnız vəhşi köpək dişləri olan heyvanların dərilərindən istəfadə etməyə gəlib.


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin