Içməkdə Olan Qadağalar
Əbu Səid əl-Xudri – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – su qablarının ağzını əyərək onlardan su içməyi qadağan etmişdir”. Buxari 5625,5627, Müslim 2023. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Sizdən heç kimsə ayaq üstə su içməsin. Hər kim də unudaraq su içərsə dərhal qussun”. Müslim 2026. İbn Abbas – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – qabın içinə nəfəs verməyi və ya (yeyiləsi və içiləsi bir şeyin içinə) üfləməyi qadağan etmişdir”. Tirmizi 1888,1889. Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bir nəfərin ayaq üstə su içməsini qadağan etdi”. Qatadə – radıyallahu anhu – deyir ki, biz Ənəs – radıyallahu anhu – dan: “Bəs yemək?” deyə soruşduq. Ənəs: “Bu daha pisdir” dedi. Müslim 202415.
Dostları ilə paylaş: |