Heyvanları Mələz Etmək
İbn Ömər – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – atları və digər heyvanları mələz etməyi qadağan etmişdir (Mələz – hibrit, iki müxtəlif cinsli növün və ya sortun cütləşməsindən əmələ gələn heyvan və ya bitki)”. İmam Əhməd.
Heyvanları Döyüşdürmək
Mücahid – radıyallahu anhu - rəvayət edir ki, İbn Ömər – radıyallahu anhu – heyvanları döyüşdürməyi yaxşı işlərdən saymazdı”. Buxari “Ədəbul Mufrad” 1232. Əbu Məsud əl-Ənsari – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – itdən gələn gəliri (ticarətindən, döyüşdürməkdən), zinakarın qazancını və kahinlikdən gələn pulu götürməyi qadağan etmişdir”. Buxari 2237, Müslim 1567.
Xoruza Söymək
Zeyd b. Xalid əl-Cuheyni – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Xoruzu söyməyin. Çünki o, namaza oyadır”. Əbu Davud 5101.
Dostları ilə paylaş: |