Müxtəlif Həşəratlar və Meymun
İmam Şafii, Əhməd və s. alimlər bu ayəyə əsaslanaraq: “(O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram edər...”. (əl-Əraf 157). Qadağan ediblər yemək: Milçək, Ağcaqanad, Hörmüçək, Eşşəkarısı və s. Çəyirtkə istisnadır: Abdullah b. Auf – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə bərabər yeddi (altı) döyüşdə iştirak etdik, hamısında da çəyirtkə yemişdik”. Buxari 5495, Müslim 1952.
Hafiz b. AbdulBər – rahmətullahi aleyhi - deyir ki: “Meymunun satılmasının və yeyilməsinin qadağan edilməsi barəsində biz alimlər arasında heç bir fikir ayrılığı olduğunu bilmirəm”. “Şərhul Kəbir” 11/68.
Dostları ilə paylaş: |