Sol Əllə Yeyib İçməyin Qadağan Olunması
Səlim atasından rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Sizdən heç biriniz sol əli ilə yeməsin, sol əli ilə içməsin. Çünki şeytan sol əli ilə yeyər, sol əli ilə içər”. Nəfi əlavə edir ki: “Sol əli ilə alar, sol əli ilə verər”. Buxari “Ədəbul Mufrad” 1189. Aişə – radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – bütün işlərinə dəstəmaz aldıqda, saçını daradıqda, ayaqqabı geyindikdə, yeməkdə, içməkdə, paltar geyindikdə sağdan başlamağı xoşlayardı. Sol əlini də ayaq yolunda və xoş olmayan işlər üçün itifadə edərdi”. Buxari 168, Müslim 268, Əbu Davud 32. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Biriniz ayaqqabısını geyindikdə sağdan başlasın. Çıxardığı zaman da soldan başlasın. Beləliklə sağ ayaq ilk geyindirilən və son çıxardılan olsun”. Buxari 5856, Müslim 2097. Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə su ilə qatışdırılmış süd gətirdilər. Sağında bir bədəvi, solunda Əbu Bəkr – radıyallahu anhu – dayanmışdı. Allah Rəsulu içdikdən sonra südü bədəviyə verdi və: “Sağı təqib edin” deyə buyurdu. Buxari 5619, Müslim 2029. Səhl b. Sad – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə içiləsi bir şey gətirildi. Ondan içdi. Sağ tərəfində bir uşaq, sol tərəfində isə bir yaşlı (səhabə) oturdu. Peyğəmbər: “Suyu böyüklərə verməyimə icazə verərsənmi?” deyə buyurdu. Uşaq: “Vallahi xeyr!” dedi. Səndən gələn nəsibimi heç kimə vermərəm. Peyğəmbər – sallallahu aleyhi və səlləm – bardağı ona verdi (sağda olan insan isə İbn Abbas – radıyallahu anhu – idi)”. Buxari 5650, Müslim 2050.
Dostları ilə paylaş: |