Положение мяса животных



Yüklə 0,81 Mb.
səhifə38/75
tarix02.01.2022
ölçüsü0,81 Mb.
#1052
1   ...   34   35   36   37   38   39   40   41   ...   75
Sol Əldən İstifadə Yeri

Əbu Qatadə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Sizdən biriniz kiçik ayaq yoluna çıxdıqda övrətini sağ əli ilə tutmasın və sağ əliylə yuyunmasın. (Bir şey içərkən) qabın içinə doğru nəfəs alıb-verməsin”. Buxari 154, Müslim 267. Aişə – radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – sol əlini ayaq yolunda və xoş olmayan işlər üçün istifadə edərdi”. Buxari 168, Müslim 268.


Yeməkdə Olan Qadağalar

Sələmə b. Əkva – radıyallahu anhu – rəvayət edir ki, bir nəfər Peyğəmbər – sallallahu aleyhi və səlləm – in hüzurunda sol əliylə yeyirdi. Peyğəmbər: “Sağ əlinlə ye!” deyə buyurdu. Adam: “Bacarmıram” dedikdə Peyğəmbər: “Səni görüm heç bacarmayasan” deyə buyurdu. O, kimsə sağ əllə yeməməsinə yalnız təkəbbürlüyü mane oldu. Sələmə – radıyallahu anhu – deyir ki: “Həqiqətən də o, kimsə sağ əlini bir daha ağzına aparmadı”. Müslim 2021. Ömər b. Əbi Sələmə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “(Yeməyin əvvəlində) Bismilləh de, sağ əlinlə ye və önündən başla”. Buxari 5376, Müslim 2022. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – heç bir zaman heç bir yeməyi pisləməzdi. Ürəyi istədikdə yeyərdi, istəmədikdə yeməzdi”. Buxari 5409, Müslim 2064. Əbu Cuhəfə Vəhb b. Abdullah – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Mən yaslanaraq yemək yemirəm”. Buxari 5398. İbn Abbas – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Biriniz yemək yediyiniz zaman barmaqlarını yalamadıqca onları silməsin”. Buxari 5456, Müslim 2031. Kəb b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – üç barmağıyla yeyərkən gördüm. Yeməyini bitirdikdə barmaqlarını yaladı”. Müslim 2044. Cabir – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Birinizin loxması düşdüyü zaman dərhal onu qaldırsın. Ona yapışan (tozu) təmizləsin və yesin. Onu şeytana buraxmasın. Barçaqlarını yalamadıqca əlini dəsmalla silməsin. Çünki bərəkətin yeməyin hansı hissəsində olduğunu bilməz (Başqa rəvayətdə: Yemək qabını sünnətləməyi əmr etdi)”. Müslim 2033. İbn Abbas – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Dəvə içdiyi kimi bir nəfəsə içməyin. İki, üç nəfəsə için. İçdiyiniz zaman Bismilləh deyin. Qurtardığınız zaman Əlhəmdulilləh deyin (Başqa rəvayətdə: İçərkən üç dəfə nəfəs alıb, verərdi)”. Buxari 5631, Müslim 2028. Əbu Qatadə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Suya doğru nəfəs almağı qadağan etmişdir”. Buxari 5630, Müslim 267. İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Kafir yeddi bağırsağı doldurmaq üçün yeyər, mömin isə bir bağırsağı doldurmaq üçün yeyər”. Müslim 2060.



Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin