Şeyx İbn Baz – rahmətullahi aleyhi - deyir ki: “Kitab Əhli istisna olmaqla kafirlərin kəsdikləri heyvanların ətlərini yemək olmaz. Bunlar da istər atəşpərəst olsun, istərsə də bütpərəst. Onların hər biri kafirlərdir. Bu ətlərin bulyonu da haramdır, çünki Allah kafirlərin yeməklərini bizə haram etmişdir Kitab Əhlindən başqa. “Bu gün pak nemətlər sizə halal edilmişdir. Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə kitab əhlinə halaldır!...” (əl-Maidə 5). “İbn Abbas – radıyallahu anhu – nun dediyi kimi: “Yemək – onların kəsdikləri heyvanların ətləridir”.
O, ki qaldı meyvə və tərəvəzə bu kimi şeylərin istifadəsində heç bir problem yoxdur, çünki onlar qadağan olunmuş yeməklərin içərisinə daxil olmurlar. Müsəlmanların, həqiqi müsəlmanların, Allaha şərik qoşmayan, qəbirlərə ibadət etməyən, nə Peyğəmbəri, nə övliyanı heç kəsi köməyə çağırmayan müsəlmanların yeməkləri həm müsəlmanlara, həm də qeyrilərinə halaldır.
Qab-qacağa gəldikdə isə müsəlmanın ayrıca özlərinə məxsus qabları olmalıdır. Kafirlərin istifadə etdikləri, içərisində içki və yeməklərini saxladıqları qabları yox. Əgər müsəlmanlar bunu bacarmasalar bu zaman kafirlərin istifadə etdikləri qabları yumalı və sonra içərisinə yemək qoymalıdırlar. Əbu Sələbə əl-Xuşani – radıyallahu anhu - rəvayət edir ki, bir gün Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən: “Ya Rəsulallah! Biz Kitab Əhlinin hakimiyyəti altında olan torpaqlarda yaşayırıq. Onların qab-qacaqlarından yeməkdə istifadə edə bilərikmi?”. Peyğəmbər: “Kitab Əhlinə gəldikdə əgər başqa bir şey tapa bilərsinizsə onların qablarından istifadə etməyin. Əgər tapa bilməsəniz onların qablarını yuyub istifadə edin....”. Buxari 5478.
“Məcmuu Fətava Va Məqalət” 4/435.
9. Sual: Hörmətli Şeyx, Qeyri İslam dövlətlərində istifadə etdiyimiz ət, toyuq və balıq məhsulları barəsində şəriət hökmü nədir? Bildiyimiz kimi onlar şəriətə uyğun olmayaraq heyvanları kəsirlər. Biz sadəcə yeməkdən öncə Bismilləh deyib yesək kifayət edərmi?
Dostları ilə paylaş: |