Şeyx Saleh əl-Fovzan – hafizahullah – deyir ki: “Mal verənlərin və həmçinin ət məhsullarının üzərində olan Halal eiketlərinə bel bağlamaq (güvənmək) olmaz. Arxayın olma ki, bütün bu ət məhsulları şəriət normalarına əsasən kəsilib. Əgər diqqət etsəniz çox vaxt bazarlarda boğazı kəsilməmiş (başı yerində) toyuqlar görmək olar. Halbuki onların da üzərində Halaletiketləri var. Mən özüm Halal etiketini görmüşəm elə bir ət məhsulunun üzərində ki, ona ehtiyac yoxdur – Balıq. Bu da ona əyani sübutdur ki, Halal etiketi yalnız alıcını cəlb etmək, malı satmaq və yalan yolla mülk əldə etməkdir”.
“əl-Atima” 165-166.
8. Sual: Hörmətli Şeyx, Çin dövlətinə köçməzdən öncə eşitmişdim ki, müsəlman bir kimsəyə ateistlərin kəsdikləri heyvanların ətlərini yemək haramdır. Öxuduğum Universitetdə müsəlmanlara aid bir yeməkxana var. Orada bizə ət yeməkləri verirlər. Lakin mən arxayın deyiləm ki, bu İslam dininə uyğun olaraq kəsilib və mən bu cür ət məhsullarının yeyilməsində şübhə edirəm. Mənim dostlarım isə heç bir şübhə etməyərək bu ət məhsullarını yeyirlər. Onlar düzmü edirlər, yoxsa qadağan olunmuş əti yeyirlər? Həmçinin müsəlmanlarla, qeyri müsəlmanların qab-qacaqlarını da ayırmaq olmur. Bu məslədə mən nə edə bilərəm?