Şeyx İbn Baz – rahmətullahi aleyhi - deyir ki: “Siqaret çəkmək haramdır. Çünki onda bir çox zərərlər vardır və bütün növləri də haramdır. Hər bir müsəlman siqaret çəkməyi tərk etməlidir və siqaret çəkənlərlə birlikdə məclisdə oturmaq da qadağandır”.
“Macallatul Dauva” 1667.
18. Sual: Bir çox insanlar çiy ət yeyməyə aludə olublar. İstərdim bunun şəriətdə halal və haram olmaq hökmünü öyrənim.
Şeyx Munaccid – hafizahullah – deyir ki: “Bəzi alimlər qeyd edirlər ki, çiy əti yemək məkruhdur (bəyənilmir). Lakin səhih rəy çiy ətin halal olmasıdır, çünki əsli halal olmasıdır və onun yeyməkdə qadağan olunmasına heç bir dəlil yoxdur. Lakin bir şərt var ki, çiy ət yeyən kimsənin sağlamlığına pis təsir etməsin. Əgər pis təsir edərsə bu zaman yeyilməsi qadağan olur. Çünki bədənə zərərli olan hər bir şeyin haram olmasıdır. “Özünüz özünüzü təhlükəyə atmayın”.(əl-Bəqərə 195).
“Sual Va Cavab” 1924.
19. Sual:Hörmətli Şeyx, mən Yaponiya Universitetlərindən birində oxuyuram və bizim Universitetdə müxtəlif yığıncaqlar, forumlar keçirilir. Bütün bu məclislərdə içki də olur. Mən içki içməsəmdə belə bu cür yığıncaqlarda iştirak etməyimdə günah varmı?