Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası


(“Azərbaycan” qəzeti, 19 dekabr 2015-ci il, № 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №12, maddə 1570)



Yüklə 27,27 Kb.
səhifə10/12
tarix02.01.2022
ölçüsü27,27 Kb.
#44147
1   ...   4   5   6   7   8   9   10   11   12
Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin

(“Azərbaycan” qəzeti, 19 dekabr 2015-ci il, № 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №12, maddə 1570) ilə 3-cü hissə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

3. Test imtahanı

3.1. Test imtahanının keçirilməsinə 30 gün qalmış imtahana cəlb olunan hər bir şəxs bilavasitə, yaxud işlədiyi səhiyyə müəssisəsinin rəhbərliyi vasitəsilə məlumatlandırılır.

3.2. Test imtahanlarının qrafiki və imtahanlara cəlb olunan şəxslər barədə məlumat Nazirliyin internet saytı, nəşr orqanı, habelə ixtisaslaşdırılmış nəşrlər vasitəsilə yayılır.

3.3. Test imtahanına cəlb edilən hər bir səhiyyə mütəxəssisinə şəxsi eyniləşdirmə kodu verilir. Şəxsi eyniləşdirmə kodu rəqəmlə ifadə olunur və test imtahanı zamanı şəxsin anonimliyinin qorunmasına xidmət edir.

3.4. Test imtahanına cəlb edilən hər bir şəxsə imtahana buraxılış vərəqəsi verilir. Bu vərəqəyə test imtahanında iştirak edən şəxsin fotoşəkli yapışdırılır. Test imtahanına buraxılış vərəqəsində, habelə şəxsi eyniləşdirmə kodu, imtahan keçirilən ünvan, tarix, vaxt, auditoriyanın nömrəsi göstərilir. Test imtahanına buraxılış vərəqəsinə şəxsin adını, soyadını və şəxsiyyətini müəyyən edən digər məlumatların yazılmasına yol verilmir. Bu qaydanı pozmuş şəxs imtahandan kənarlaşdırılır.

3.5. Test imtahanına gələn şəxslər test imtahanına buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini özləri ilə gətirməlidirlər. Göstərilən sənədlərin biri olmadıqda, həmin şəxs imtahana buraxılmır.

3.6. Test imtahanının keçirilməsini təmin etmək məqsədi ilə Nazirlik imtahan rəhbərini və imtahan nəzarətçilərini təyin edir. İmtahan nəzarətçilərinin sayı hər auditoriya üzrə iki nəfərdən az olmamalıdır.

3.7. Test imtahanında yolverilməyən hərəkətlər, habelə imtahana gətirilməsi qadağan edilən əşyaların siyahısı Nazirlik tərəfindən müəyyən olunur və yaddaş kitabçasına daxil edilir.

3.8. Şəxs test imtahanının keçirilmə qaydalarını pozduqda, imtahanın rəhbəri və nəzarətçi tərəfindən bu barədə akt tərtib edilir və həmin şəxs imtahandan kənarlaşdırılır. Müvafiq pozuntular imtahan başa çatdıqdan sonra aşkar edilərsə, həmin şəxsin imtahan nəticələri Nazirlik tərəfindən ləğv edilir.

3.9. Test imtahanının sualları konfidensiallıq gözlənilməklə, Nazirlik tərəfindən üç mürəkkəblik dərəcəsi üzrə tərtib edilir. Hazırlanmış suallar toplusunda sualların sayı imtahanda istifadə ediləcək sualların sayından azı 10 dəfə çox olmalıdır. Test imtahanının suallar toplusu hər il 10-20 faiz yeniləşdirilir.

3.10. Test imtahanının suallar toplusu Sertifikasiya Şurası tərəfindən müəyyən olunmuş qaydada təsdiq edilir.

3.11. Nazirlik test imtahanının suallar toplusuna dair düzgün cavabların siyahısını tərtib edir və konfidensiallığın gözlənilməsi şərtilə xüsusi ayrılmış yerdə saxlanılmasını təmin edir.

3.12. Test imtahanı informasiya texnologiyaları və xüsusi optik cihazlar vasitəsilə oxunan və 100 sualdan ibarət olan sual vərəqəsi üzrə aparılır. Sual vərəqəsinə daxil edilən sualların mürəkkəblik üzrə proporsiyası Nazirlik tərəfindən müəyyən edilir.

3.13. Test imtahanının sualları bilavasitə imtahan başlamazdan əvvəl aşkar surətdə ümumi suallar toplusundan seçilir. Bunun üçün suallar toplusu olan zərf müşahidəçilərin iştirakı ilə açılır və kompüterə daxil edilir. Kompüter verilmiş proqrama uyğun olaraq ümumi sual bankından 100 sual seçir. Seçilmiş suallar yerindəcə, bu mümkün olmazsa, konfidensial saxlanılmaqla, qısa müddətdə müvafiq mətbəədə imtahanda iştirak edənlərin sayına uyğun olaraq çoxaldılır və imtahan verənlərə paylanılması üçün imtahan rəhbərinə verilir.

3.14. Suallar seçildikdən sonra imtahan rəhbəri nəzarətçi və müşahidəçi ilə birlikdə cavab kartı zərfinin möhürünü açır, cavab kartını imtahan verənlərə paylayır və onun doldurulması qaydalarını izah edir. Daha sonra suallar paylanılır.

3.15. Test imtahanı üç saat müddətində keçirilir. İmtahan zamanı fasilə verilmir.

3.16. Test imtahanının başlanma vaxtı suallar paylanılıb qurtardığı andan hesablanır. İmtahan bir neçə auditoriyada keçirildikdə, hər auditoriyada imtahanın başlanma vaxtı sual kitabçası paylanılıb qurtardığı andan hesablanır.

3.17. Cavab kartında düzgün cavabın yerləşdiyi hərfli dairə qara və ya tünd göy rəngdə yazan diyircəkli qələmlə doldurulmalıdır. Korlanmış cavab kartı dəyişdirilmir. Bir suala aid olan bir neçə dairə qaralanarsa, həmin cavab etibarsız sayılır və ümumi nəticəyə hesablanmır. Cavab kartı onu doldurmuş şəxs tərəfindən imzalanır.

3.18. Test imtahanının başa çatması barədə protokol tərtib edilir. Protokol nəzarətçilər və imtahan verən iki nəfər tərəfindən imzalanır. Protokol və cavab kartları zərfə qoyulur, möhürlənir, imtahan rəhbərinə verilir. İmtahan rəhbəri möhürlənmiş zərfi Nazirliyə təqdim edir.

3.19. Cavab kartlarının yoxlanılmasını Nazirlik təmin edir.

3.20. Cavab kartlarının yoxlanılması və balların hesablanması müvafiq mütəxəssislər cəlb edilməklə, avtomatlaşdırılmış rejimdə informasiya texnologiyaları vasitəsilə həyata keçirilir. Bunun üçün möhürlənmiş cavab kartları və imtahan suallarına düzgün cavabların siyahısı cəlb edilmiş mütəxəssislərə təqdim edilir.

3.21. Hər bir suala düzgün cavab bir balla qiymətləndirilir (cəmi 100 mümkün bal). Səhv cavablar və ya sualın cavabsız qoyulması sıfır bala bərabər tutulur.

3.22. Cavab kartlarının yoxlanılması başa çatdıqdan sonra test imtahanının nəticələri cavab kartları ilə birlikdə Nazirliyə təqdim edilir.

3.23. Nazirlik test imtahanının nəticələrini imtahan keçirilən tarixdən üç gün müddətində bəyan edir.

3.24. Test imtahanının yekununa görə 60 və ya daha çox bal toplamış şəxslər müsahibəyə buraxılırlar.

3.25. Test imtahanında iştirak etmiş hər bir şəxsə onun tələbi ilə imtahanın nəticəsi üzrə arayış verilir.

3.26. Test imtahanının nəticələrindən narazı qalan imtahan iştirakçısı bu barədə nəticənin ona elan olunduğu vaxtdan 5 gün müddətində mübahisəyə aydınlıq gətirilməsi üçün Nazirliyin Sertifikasiya Şurasına müraciət edə bilər. Məsələ ərizəçinin iştirakı ilə araşdırılır.

3.27. Cavab kartı düzgün qiymətləndirildikdə, ərizəçiyə Sertifikasiya Şurası tərəfindən əsaslandırılmış rəsmi cavab verilir. Balların düzgün hesablanmadığı aşkar edildikdə, yenidən hesablanma aparılır və Sertifikasiya Şurası müsahibəyə buraxılış məsələsini həll edir.

3.28. Nazirlik test imtahanı ilə bağlı aidiyyəti sənədlərin 1 (bir) il müddətində saxlanılmasını təmin edir.

 


Yüklə 27,27 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin