Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası



Yüklə 27,27 Kb.
səhifə4/12
tarix02.01.2022
ölçüsü27,27 Kb.
#44147
1   2   3   4   5   6   7   8   9   ...   12
Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin

3.14. Sertifikasiya imtahanı üç saat müddətində keçirilir. İmtahan zamanı fasilə verilmir.

3.15. Sertifikasiya imtahanının başlanma vaxtı suallar paylanılıb qurtardığı andan hesablanır. İmtahan bir neçə auditoriyada keçirildikdə hər auditoriyada imtahanın başlanma vaxtı həmin auditoriyada sual kitabçası paylanılıb qurtardığı andan hesablanır.

3.16. İmtahan suallarının test hissəsi üzrə cavab kartında düzgün cavabın yerləşdiyi hərfli dairə qara və ya tünd göy rəngdə yazan diyircəkli qələmlə doldurulmalıdır. Korlanmış cavab kartı dəyişdirilmir. Bir suala aid olan bir neçə dairə qaralanarsa, həmin cavab etibarsız sayılır və ümumi nəticəyə hesablanmır. İmtahan suallarının klinik tapşırıq hissəsi üzrə cavab kartında 5 klinik tapşırığın sualları ardıcıl olaraq qara və ya tünd göy rəngdə yazan diyircəkli qələmlə cavablandırılmalıdır. Cavab kartı onu doldurmuş şəxs tərəfindən imzalanır.

3.17. Sertifikasiya imtahanının başa çatması barədə protokol tərtib edilir. Protokol nəzarətçilər və imtahan verən iki nəfər tərəfindən imzalanır. Protokol və cavab kartları zərfə qoyulur, möhürlənir, imtahan rəhbərinə verilir. İmtahan rəhbəri möhürlənmiş zərfi Sertifikasiya Şurasına təqdim edir.

3.18. Sertifikasiya Şurası imtahan suallarının test hissəsi üzrə cavab kartlarının yoxlanılmasını informasiya texnologiyalarını tətbiq etməklə, klinik tapşırıq hissəsi üzrə cavabların qiymətləndirilməsini isə mütəxəssisləri cəlb etməklə təmin edir. Cavabların yoxlanılmasının bütün mərhələlərində imtahanda iştirak edən şəxsə dair məlumatların məxfiliyi təmin edilməlidir.

3.19. Test hissəsi üzrə hər bir suala düzgün cavab bir balla qiymətləndirilir (cəmi 60 (altmış) mümkün bal). Səhv cavablar və ya sualın cavabsız qoyulması sıfır bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir.

3.20. Klinik tapşırıq hissəsi üzrə hər bir tapşırıq mütəxəssis tərəfindən 0, 1, 2, 3, 4 və 5 baldan biri ilə qiymətləndirilir və sonra hər bir tapşırıq üzrə verilən ballar toplanılır (cəmi 25 (iyirmi beş) mümkün bal).

3.21. Qiymətləndirmənin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə informasiya texnologiyaları vasitəsilə həyata keçirilir.

3.22. Cavab kartlarının yoxlanılması başa çatdıqdan sonra imtahanın nəticələri cavab kartları ilə birlikdə Sertifikasiya Şurasına təqdim edilir.

3.23. Sertifikasiya Şurası imtahanın nəticələrini imtahan keçirilən tarixdən 3 (üç) gün müddətində bəyan edir.

3.24. İmtahan suallarının test hissəsi üzrə 40 (qırx) və ya daha çox, klinik tapşırıq hissəsi üzrə isə 16 və ya daha çox bal toplamış şəxslər sertifikasiyadan keçmiş hesab olunurlar.

3.25. Sertifikasiya imtahanında iştirak etmiş hər bir şəxsə onun tələbi ilə imtahanın nəticəsi üzrə arayış verilir.

3.26. Sertifikasiya imtahanının nəticələrindən narazı qalan imtahan iştirakçısı bu barədə nəticənin ona elan olunduğu vaxtdan 5 (beş) gün müddətində mübahisəyə aydınlıq gətirilməsi üçün Sertifikasiya Şurasına müraciət edə bilər. Məsələ ərizəçinin iştirakı ilə araşdırılır.

3.27. Cavab kartı düzgün qiymətləndirildikdə, ərizəçiyə Sertifikasiya Şurası tərəfindən əsaslandırılmış rəsmi cavab verilir. Balların düzgün hesablanmadığı aşkar edildikdə, yenidən hesablanma aparılır.

3.28. Sertifikasiya Şurası imtahanla bağlı sənədlərin 1 (bir) il müddətində saxlanılmasını təmin edir.

 

4. Müsahibə[6]



 

4.1. Müsahibələrin keçirilməsi məqsədi ilə Sertifikasiya Şurası müxtəlif tibb və əczaçılıq ixtisasları üzrə İxtisas komissiyalarını təşkil edir.

4.2. Sertifikasiyaya cəlb edilmiş şəxslər Nazirlik tərəfindən 7 gün əvvəl müsahibə barədə xəbərdar edilir və müsahibənin keçirildiyi yer, tarix və vaxt haqqında onlara məlumat verilir. Müsahibəyə gələn şəxs özü ilə şəxsiyyət vəsiqəsini gətirməlidir.

4.3. Müsahibədə sertifikasiyaya cəlb edilən səhiyyə mütəxəssisinin ixtisasına aid, habelə onun praktiki bilik səviyyəsini və peşə vərdişlərini müəyyən edən suallar verilir.

4.4. Müsahibə açıq, hər bir şəxslə fərdi qaydada, İxtisas komissiyasının üzvləri ilə söhbət formasında 30 dəqiqəyədək müddətdə aparılır. Müsahibənin şəffaflıq əsasında təşkili məqsədi ilə müsahibənin keçirilməsi zamanı səhiyyə mütəxəssisinin razılığı ilə audio-video çəkilişdən istifadə olunur. Müsahibənin nəticələri açıq elan olunur, protokollaşdırılır və komissiya tərəfindən qəbul edilən qərar bütün üzvlər tərəfindən imzalanır.

4.5. Müsahibədən sonra İxtisas komissiyasının üzvləri verilmiş cavabları müzakirə edir və ümumi rəy əsasında müsahibənin nəticələrini məqbul və ya qeyri-məqbul qiymətləndirirlər. Ümumi rəyə gəlmək mümkün olmadıqda, qiymətləndirmə səsvermə yolu ilə aparılır.

4.6. Cavabları məqbul qiymətləndirilmiş şəxs müsahibədən keçmiş hesab olunur.

4.7. Müsahibənin nəticələrinə dair İxtisas komissiyasının protokolu Sertifikasiya Şurasına təqdim edilir.

 

5. Sertifikasiya imtahanının nəticələri [7]



 

5.1. Sertifikasiya imtahanının nəticələri əsasında Sertifikasiya Şurası sertifikasiyaya cəlb olunmuş hər bir səhiyyə mütəxəssisi barədə müvafiq qərar qəbul edir.[8]

5.2. Sertifikasiyadan keçən şəxslərə sertifikasiya imtahanının bitdiyi gündən 5 (beş) iş günü müddətində sertifikasiya şəhadətnaməsi verilir, həmçinin şəhadətnamənin surəti onların təqdim etdikləri elektron poçt ünvanına göndərilir. Sertifikasiyadan keçmiş şəxslər 5 (beş) il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edirlər.[9]

5.3. Sertifikasiyadan keçməyən səhiyyə mütəxəssisləri praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmırlar.

 


Yüklə 27,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin