Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası


Səhiyyə mütəxəssislərinin sertifikasiyasının təşkili



Yüklə 27,27 Kb.
səhifə3/12
tarix02.01.2022
ölçüsü27,27 Kb.
#44147
1   2   3   4   5   6   7   8   9   ...   12
Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin

2. Səhiyyə mütəxəssislərinin sertifikasiyasının təşkili

 

2.1. Tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, səhiyyə müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiyası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra — Nazirlik) tərəfindən həyata keçirilir.



2.2. Səhiyyə mütəxəssislərinin sertifikasiyası prosesinin təşkili məqsədi ilə Nazirlik tərəfindən Səhiyyə Mütəxəssislərinin Sertifikasiyası Şurası (bundan sonra — Sertifikasiya Şurası) yaradılır və Əsasnaməsi təsdiq edilir.

2.3. Sertifikasiya Şurası 11 üzvdən ibarət tərkibdə fəaliyyət göstərir.

2.4. Sertifikasiya Şurasının tərkibi Səhiyyə Nazirliyi, sahə həmkarlar ittifaqı, habelə tibb və əczaçılıq sahəsində görkəmli alimlərdən və aparıcı mütəxəssislərdən formalaşır. Sertifikasiya Şurasının tərkibi Azərbaycan Respublikasının səhiyyə naziri tərəfindən təsdiq edilir.

2.5. Sertifikasiya Şurasının üzvləri ictimai əsaslarla fəaliyyət göstərirlər.

2.6. Sertifikasiya Şurasının sədri, sədr müavini və katibi Sertifikasiya Şurasının birinci iclasında sadə səs çoxluğu ilə seçilir.

2.7. Sertifikasiya Şurası:[1]



2.7.1. səhiyyə mütəxəssislərinin sertifikasiyasının aparılmasını təşkil edir;

2.7.2. sertifikasiya imtahanlarının suallar toplusunu təsdiq edir;

2.7.3. sertifikasiya işinə cəlb olunmuş mütəxəssislərin fəaliyyətinin əsaslarını və iş qaydasını müəyyən edir;

2.7.4. sertifikasiya imtahanlarının yekunu üzrə səhiyyə mütəxəssislərinə şəhadətnamə verilməsi məsələsini həll edir;

2.7.5. sertifikasiya imtahanının aparılması və nəticələri ilə bağlı ərizə və şikayətlərə baxır;

2.7.6. Şuranın iclaslarında baxılan məsələlər üzrə qərarlar qəbul edir, bu qərarların icrasına nəzarət edir.

2.8. Səhiyyə mütəxəssislərinin sertifikasiyası aşkarlıq və şəffaflıq şəraitində həyata keçirilir. Səhiyyə mütəxəssisləri test və klinik (təcrübi) tapşırıq hissələrindən ibarət suallar vasitəsilə sertifikasiya imtahanına cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərə (işçilərə) onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.[2]

2.9. Sertifikasiyaya cəlb ediləcək səhiyyə mütəxəssislərinin müəyyən edilməsi məqsədi ilə Nazirlik Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestrinin məlumatlarını öyrənir, sertifikasiyaya cəlb edilməli olan səhiyyə mütəxəssislərinin siyahısını müəyyən edir.

2.10. Səhiyyə mütəxəssisləri tərəfindən sertifikasiyadan keçmək üçün Nazirliyə aşağıda göstərilən sənədlər rəsmi qaydada təqdim edilir:

2.10.1. Nazirlik tərəfindən müəyyən edilmiş formada ərizə;

2.10.2. şəxsiyyət vəsiqəsi və onun surəti;

2.10.3. ali və ya orta tibb təhsili haqqında sənəd (diplom) və onun surəti;

2.10.4. əmək kitabçası və onun notarial qaydada və yaxud kadrlar şöbəsində təsdiq edilmiş surəti;

2.10.5. kadrlar uçotunun şəxsi vərəqəsi;

2.10.6. ixtisasartırma kurslarını keçməsi barədə sənəd və onun surəti;

2.10.7. sağlamlıq haqqında arayış;

2.10.8. 3x4 ölçüdə 2 ədəd fotoşəkil.

Surətləri ilə uzlaşdırıldıqdan sonra şəxsiyyət vəsiqəsi, ali və ya orta tibb təhsili haqqında sənəd (diplom), əmək kitabçası və ixtisasartırma kurslarını keçməsi barədə sənəd geri qaytarılır.

2.11. Nazirlik sənədlərin tamlığını, düzgünlüyünü və qanunvericiliklə müəyyən edilmiş şərtlərə uyğunluğunu yoxlayır və ərizələrin qəbulu jurnalında qeydiyyata alır.

2.12. Bu Qaydanın tələblərinə uyğun olmayan sənədlər qəbul edilmir və ərizəçiyə aşkar olunmuş çatışmazlıqlar barədə rəsmi qaydada cavab verilir. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sənədlər yenidən təqdim edilə bilər.

2.13. Təqdim edilmiş sənədlər bu Qaydanın tələblərinə uyğun olduqda, ərizəçi sertifikasiyaya cəlb edilən şəxslərin ümumi siyahısına daxil edilir və ona sənədlərin qəbul edilməsi haqqında arayış və yaddaş kitabçası verilir. Yaddaş kitabçasında sertifikasiya imtahanının prosedur qaydaları, habelə səhiyyə mütəxəssislərinin sertifikasiyası ilə bağlı digər zəruri məlumatlar əks etdirilir.

2.14. Sertifikasiya imtahanı Nazirlik tərəfindən müəyyən edilmiş tibb və əczaçılıq ixtisasları üzrə keçirilir.

2.15. Sertifikasiya imtahanları mərkəzləşdirilmiş qaydada Bakı şəhərində və ya regionlar üzrə keçirilə bilər.[3]

2.16. Tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, səhiyyə müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiyası ödənişsiz həyata keçirilir.

2.17. Səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin şəffaflığının təmin edilməsi məqsədi ilə Nazirlik beynəlxalq, habelə hökumət və qeyri-hökumət təşkilatlarını, kütləvi informasiya vasitələrini sertifikasiya imtahanlarınımüşahidə etməyə dəvət edə bilər. Dəvət olunmuş və ya sertifikasiya imtahanını müşahidə etmək təşəbbüsü ilə müraciət etmiş təşkilatlar və kütləvi informasiya vasitələri öz nümayəndələrinin siyahısını Nazirliyə sertifikasiya imtahanınaən geci 10 gün qalmış təqdim etməlidirlər.

2.18. Müşahidəçilərin sertifikasiya imtahanının gedişinə müdaxiləsi yolverilməzdir.[4]

 

3. Sertifikasiya imtahanı[5]



 

3.1. Sertifikasiya imtahanının keçirilməsinə 30 (otuz) gün qalmış imtahana cəlb olunan hər bir şəxs Sertifikasiya Şurasının internet səhifəsində bu barədə məlumat yerləşdirmək yolu ilə və imtahana cəlb olunan şəxslərin təqdim etdikləri mobil telefon nömrələrinə sms göndərməklə, yaxud elektron poçt ünvanlarına yazmaqla məlumatlandırılır.

3.2. Sertifikasiya imtahanına cəlb edilən hər bir səhiyyə mütəxəssisinə şəxsi eyniləşdirmə kodu verilir. Şəxsi eyniləşdirmə kodu rəqəmlə ifadə olunur və imtahan zamanı şəxsin anonimliyinin qorunmasına xidmət edir.

3.3. Sertifikasiya imtahanına cəlb edilən hər bir şəxsə imtahana buraxılış vərəqəsi və yaddaş kitabçası verilir. İmtahana buraxılış vərəqəsinə imtahanda iştirak edən şəxsin fotoşəkli yapışdırılır və orada şəxsi eyniləşdirmə kodu, imtahan keçirilən ünvan, tarix, vaxt, auditoriyanın nömrəsi göstərilir. İmtahana buraxılış vərəqəsinə şəxsin adının, soyadının və şəxsiyyətini müəyyən edən digər məlumatların yazılmasına yol verilmir. Bu qaydanı pozmuş şəxs imtahandan kənarlaşdırılır.

3.4. Sertifikasiya imtahanına gələn şəxslər imtahana buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini özləri ilə gətirməlidirlər. Göstərilən sənədlərin biri olmadıqda, həmin şəxs imtahana buraxılmır.

3.5. Sertifikasiya imtahanının keçirilməsini təmin etmək məqsədi ilə Sertifikasiya Şurası imtahan rəhbərini və imtahan nəzarətçilərini təyin edir. İmtahan nəzarətçilərinin sayı hər auditoriya üzrə iki nəfərdən az olmamalıdır.

3.6. Sertifikasiya imtahanında yol verilməyən hərəkətlər, habelə imtahana gətirilməsi qadağan edilən əşyaların siyahısı Sertifikasiya Şurası tərəfindən müəyyən olunur və yaddaş kitabçasına daxil edilir.

3.7. Şəxs sertifikasiya imtahanının keçirilmə qaydalarını pozduqda imtahanın rəhbəri və nəzarətçi tərəfindən bu barədə akt tərtib edilir və həmin şəxs imtahandan kənarlaşdırılır. Müvafiq pozuntular imtahan başa çatdıqdan sonra aşkar edilərsə, həmin şəxsin imtahan nəticələri Sertifikasiya Şurası tərəfindən ləğv edilir.

3.8. Sertifikasiya imtahanının sualları iki hissəyə (test və klinik tapşırıq) bölünür və məxfilik gözlənilməklə, Sertifikasiya Şurası tərəfindən üç mürəkkəblik dərəcəsi üzrə tərtib edilir. Hazırlanmış suallar toplusunda sualların sayı imtahanda istifadə ediləcək sualların sayından azı 10 (on) dəfə çox olmalıdır. Suallar toplusu hər il 10-20 faiz yeniləşdirilir.

3.9. Sertifikasiya Şurası imtahan suallarının test hissəsinə dair düzgün cavabların siyahısını tərtib edir və məxfiliyin gözlənilməsi şərtilə xüsusi ayrılmış yerdə saxlanılmasını təmin edir.

3.10. İmtahan suallarının test hissəsi informasiya texnologiyaları və xüsusi optik cihazlar vasitəsilə oxunan və 60 (altmış) sualdan ibarət olan sual vərəqəsində qeyd olunur. Sual vərəqəsinə daxil edilən sualların mürəkkəblik üzrə proporsiyası Sertifikasiya Şurası tərəfindən müəyyən edilir.

3.11. İmtahan suallarının klinik tapşırıq hissəsi sertifikasiyaya cəlb edilən səhiyyə mütəxəssisinin ixtisasına aid, habelə onun praktiki bilik səviyyəsini və peşə vərdişlərini müəyyən edən 5 (beş) klinik tapşırıqdan ibarət olur və sual vərəqəsində qeyd olunur. Klinik tapşırıq hissəsi üzrə sualların məzmunu test imtahanında verilən sualların məzmunundan fərqlənməlidir.

3.12. Sertifikasiya imtahanının sualları bilavasitə imtahan başlamazdan əvvəl aşkarlıq şəraitində ümumi suallar toplusundan seçilir və 2 (iki) müxtəlif variantda hazırlanır. Bunun üçün suallar toplusu olan zərf müşahidəçilərin iştirakı ilə açılır və kompüterə daxil edilir. Kompüter verilmiş proqrama uyğun olaraq ümumi sual bankından 2 (iki) müxtəlif variantda 60 (altmış) test sualını və 5 (beş) klinik tapşırıq sualını seçir. Seçilmiş suallar sual kitabçası şəklində mətbəə üsulu ilə imtahanda iştirak edənlərin sayına uyğun olaraq çoxaldılır və imtahan verənlərə paylanılması üçün imtahan rəhbərinə verilir.

3.13. İmtahan rəhbəri nəzarətçi və müşahidəçi ilə birlikdə cavab kartları zərfinin möhürünü açır, şəxsi eyniləşdirmə kodu ilə şifrələnmiş cavab kartlarını sual kitabçalarına uyğun olaraq ayırır. Cavab kartları imtahan verənlərə paylanılır və onların doldurulması qaydaları izah edilir. Daha sonra sual kitabçaları paylanılır.


Yüklə 27,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin