Press-reliZ 06 Oktyabr 2011-ci IL Bakı, Azərbaycan


BAŞ REDAKTORUN HƏBS MÜDDƏTİ UZADILIB



Yüklə 56 Kb.
səhifə4/5
tarix02.01.2022
ölçüsü56 Kb.
#1862
1   2   3   4   5
BAŞ REDAKTORUN HƏBS MÜDDƏTİ UZADILIB
Oktyabrın 5-də Səbail rayon Məhkəməsinin qapalı keçirilən məhkəmə prosesində islamazeri.az internet qəzetinin baş redaktoru  Ramin Bayramovun barəsində seçilmiş həbs qətimkan tədbirinin daha 2 ay uzadılmasına qərar verilib. Bu barədə “İslamazeri.az” saytının məlumat yayıb.
Xatırladaq ki, avqustun 11-də  ruhani Abgül Süleymanov,  jurnalist islamazeri.az internet qəzetinin baş redaktoru  Ramin Bayramov və Azərbaycan İslam Partiyasının (AİP) funksioneri Arif Qəniyev saxlanılıblar. MTN və Baş Prokurorluğun avqustun 12-də yaydığı məlumatda bu şəxslərin  Azərbaycana qarşı düşmənçilik fəaliyyətində şübhəli bilindiyi qeyd olunur. Məlumatda qeyd edilir ki,  R.Bayramova məxsus qarajdan 1 ədəd “Baykal” tipli tapança, bu silaha aid səsboğucu, 8 ədəd patron, 2 ədəd “F-1”  əl qumbarası, 2 ədəd bu qumbaralar üçün alışdırıcı və 13 qram həşiş tapılıb. Məlumata görə,  A.Qəniyevin isə  üzərindən 19 qram həşiş və ona məxsus maşından 1 ədəd “Makarov” tipli tapança, 5 ədəd “PM” patronu aşkarlandığı deyilir. MTN və Baş Prokurorluğun sözü gedən məlumatında A.Süleymanovun da üzərindən  23,7 qram həşiş aşkar edilərək götürüldüyünü bildirir.


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin