«Çöküntü-məhlul» sistemində heterogen tarazlıq Maddənin suda həll olması. Çöküntünün əmələ gəlməsi. Həll olma hasili, ion hasili, həllolma və qarşılıqlı əlaqələri. Həll olmanın hesablanması. Həllolmanın sıra qaydası və əhəmiyyəti. Fərdi çökdürmə üsulu. Tam çökmə şəraiti və hesablanması. Müxtəlif amillərin tam çökməyə təsiri: a) çökdürücü reaktivin artığı, b) eyni adlı ion, c) duz effekti, ç) temperatur, d) həlledicinin təbiəti, e) çökdürücü reaktivin ionlaşma dərəcəsi, ə) pH, f) kompleksəmələgətirici reaktivlər və s.
Oksidləşmə-reduksiya reaksiyaları və kimyəvi analizdə əhəmiyyəti Oksidləşmə-reduksiya reaksiyaları. Oksidləşmə-reduksiya cütü. Nernst düsturu. Standart və elektrod potensialı. Oksidləşmə-reduksiya reaksiyalarının tarazlıq sabiti, reaksiyanın istiqamət və tamlığına təsiri. Müxtəlif amillərin oksidləşmə-reduksiya reaksiyalarının gedişinə və sistemin oksidləşmə potensialına təsiri: a) pH, b) temperatur, c) katalizator, ç) ion qüvvəsi, d) qatılıq, e) həlledicinin təbiəti, ə) kənar reaksiya- lar (çökdürmə, kompleksəmələgəlmə, ekstraksiya və s.) Vacib oksidləşdirici və reduksiyaedici maddələr. Oksidləşmə-reduksiya reaksiyaların kimyəvi analizdə tətbiqi.
Kompleksəmələgəlmə və kimyəvi analizdə əhəmiyyəti Kompleks birləşmələr haqqında anlayış. Kompleks birləşmələrin növləri, onların həll olması, davamlığı, rəngi. Davamlıq və davamsızlıq sabiti, onların növləri, kimyəvi analizdə əhəmiyyəti. Kompleks birləşmələrin parçalanma şəraiti. Kompleksəmələgəlməyə təsir edən amillər: pH, reaktivin qatılığı və s. Kompleks birləşmələrin kimyəvi analizdə əhəmiyyəti və tətbiqi. Üzvi reaktivlərlə kompleks birləşmələr. Üzvi reaktivlərdə funksional analitik, analitik-fəal, xromofor qruplar. Çuqayevin tsikl qaydası. Üzvi reaktivlərlə əmələ gələn kompleks birləşmələrin növləri. Daxili kompleks birləşmələr (xelatlar), ion assosiatları və onların davamlığı. Vacib üzvi reaktivlər: 1-nitroza-2-naftol, 8-oksi-xinolin, diasetildioksim, ditizon, alizarin, rodizonat, difenilkarbazon, difenil-karbazid, kupron, kupferon, maqnezon və s. Üzvi reaktivlərin kimyəvi analizdə tətbiqi.