Müqayisə Operatorları
Müqayisə operatorları iki ədəd tipinə malik dəyişənin qiymətini müqayisə etməyə imkan verir. Əgər müqayisə ifadəsi bir münasibət kimi doğrudursa, bu operatorun nəticəsi true, əks halda false olur. C# - da müqayisə operatorları aşağıdakılardır:
Operator Mənası
== Bərabərdir
!= Fərqlidir (bərabər deyil)
> Böyükdür
< Kiçikir
>= Böyükdür və ya bərabərdir
<= Kiçikdir və ya bərabərdir
== operatoru iki dəyişənin qiymətinin bir-birinə bərabər olmasını yoxlaylır. Əgər qiymətlər bərabərdirsə, münasibətin nəticəsi true olur, əks halda false olur. != operatoru == operatorundan fərqli olaraq bir dəyişənin qiyməti digərinin qiymətinə bərabər deyilsə true qaytarır, əks halda false. Beləliklə == operatorunun true olduğu münasibətlərdə != operatoru false qiymətə malik olur və tərsinə. > operatoru əgər soldakı dəyişənin qiyməti sağdakının qiymətindən böyükdürsə və sadəcə böyükdürsə true qaytarır. Bərabərlik halı true nəticəyə kifayıt deyil. < operatoru da bu işin tərsini yerinə yetirir. >= operatoru əgər soldakının qiyməti sağdakının qiymətindən kiçik deyilsə true qiyməti qaytarır. Yəni operandların qiymətlərinin bir-birlərinə bərabər olması, true nəticəyə səbəb olur. <= operatoru da bu işin tərsini yerinə yetirir. Beləliklə, >= və <= operatorlarının iştirak etdiyi ifadənin nəticəsi o zaman true olur ki, operandların qiyməti bir-birlərinə bərabər olsun. Aşağıdakı nümunəyə baxaq:
using System; class Soft
{
public static void Main()
{
if (5 > 5) Console.WriteLine("5 > 5 -- true"); else Console.WriteLine("5 > 5 -- false");
if (5 >= 5) Console.WriteLine("5 >= 5 -- true");
else Console.WriteLine("5 >= 5 -- false");
if (5 == 5) Console.WriteLine("5 == 5 -- true");
if (5 != 5) Console.WriteLine("5 != 5 -- true"); Console.ReadKey();
}
}
Proqramın nəticəsi, aşağıdakı kimi olur:
Məsələn,
if (5 > 5) Console.WriteLine("5 > 5 -- true");
sətrində 5 > 5 səhv olduğu üçün if ifadəsinin şərti ödənmir və ona aid sətir icra olunmur. Digərləri də müvafiq qayda ilə.
Dostları ilə paylaş: |