Proqramlaşdırma



Yüklə 1,02 Mb.
səhifə14/34
tarix11.06.2022
ölçüsü1,02 Mb.
#61216
1   ...   10   11   12   13   14   15   16   17   ...   34
c-sharp proqramlasdirma diline girish aze

İdentifikatorlar


İdentifiktor proqram yazarkən, bir sinfin üzvlərinə və dəyişənlərə verdiyimiz addır.
İdentifikator, proqramdakı obyektlərin kimliyidir. Məsələn Int a = 50;
Ifadəsinə ―a‖ bir identifikatordur. Yəni, o bir dıyişənin adıdır. Aşağıdakı kiçik proqrama
baxaq:
using System; class Soft
{
public static void Main()
{
int a = 50; char l = 'L';
Console.ReadKey();
}
}

Bu proqramda 6 ədəd identifikator var. Gəlin birlikdə sayaq:



  1. Sinfimizin adı: ―Soft‖

  2. Başlanğıc metodun adı: ―Main‖

  3. Tam dəyişənin adı: ―a‖

  4. char dəyişənin adı: ―l

  5. System kitabxanasındakı sinfin adı: ―Console‖

  6. Console sinfindəki metodun adı: ―ReadKey‖

Bəzi İpucları və Qaydalar


Bəlkə də bunu yazmaq gecdir, amma sistematik gedişatı pozmamaq üçün indiyə saxladım. Unutmamaq lazımdır ki, C# - da hər bir dəyişən istifadə olunmamışdan əvvəl təyin olunmalıdır. Bir dəyişən təyin etməmiş onu istifadə emək olmaz. Bir dəyişəni istifadə etməzdən əvvəl onun hökmən bir qiyməti olmalıdır. Yoxsa ―Use of unassigned local variable ‗ad‘‖ xətasını alacağıq. Eyni bir əhatə dairəsində eyni adlı iki dəyişən ola bilməz. Dəyişənlərə ad verərkən aşağıdakı qaydaları gözləmək, daha professional kod yazılışına uyğundur:

  1. İki dəyişənin adı bir-birindən sadəcə böyül-kiçik hərf fərqi ilə fərqlənməsin. Bu əslində səhv deyil (C# dilinin CaseSensitive dəstəkli olduğunu yadınıza salın). Sadəcə qarışıqlığa səbəb olur. Məsələn

Int a; Int A; kimi...

  1. Bir dəyişənin adı rəqəmlə başlaya bilməz, amma hərflə başlayıb ortada rəqəmlər iştirak edə bilər. Məsələn:

Int 5 – Səhv Int 52a – səhv Int a5 – düz Int T4L – düz

  1. Bir dəyişənin adında ―%, $, #, &‖ kimi xüsusi simvollar ümumiyyətlə iştikar edə

bilməz.

  1. Bir dəyişənin adı C# - ın açar sözləri ilə üst-üstə düşə bilməz. Məsələn Int if = 5;

If C# - da şərt ifadəsini xarakterizə edir. Əgər hökmən identifikatorunuz bir xüsusi sözlə üst-üstə düşməlidirsə onda identifikatordan əvvəl ―@‖ simvolunu əlavə etmək kifayətdir. Məsələn
Int @if = 5; Console.WriteLine(@if);

  1. Bir dəyişənin adında xüsusi simvollardan ancaq alt-tire (_) yazılmağına icazə verilir. Bu da əgər dəyişənin adı iki sözlə ifadə olunubsa bu sozləri bir-birlərindən ayırmaq üçün nəzərdə tutulub. Məsələn

Int kitab_sayı;

  1. Bir dəyişən iki sözdən ibarətdirsə, onda birinci və ikinci sözlərin baş hərflərini böyük hərəflə, qalanlarını kiçik hərflə yazmaq daha gözəl görünüşə səbəb olacaq. Bu deklorativ qayda ―Hungarian note‖ qaydasına uyğundur. C# - ın özü bu qaydadan istifadə edir.

Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin