411) Siblinq rəqabətinin pozuntusu nədir?
A) Uşağın digərlərinin əsas hüquqlarını və ya öz yaşına uyğun ən vacib sosial norma və ya qaydaları pozan təkrar olunan və dayanıqlı davranışı
B) Uşağın təcrid olunması, rədd edilməsi və ya sayılmaması ilə təzahür olunan onun öz həmyaşıdları ilə münasibətlərinin pis olması
C) Erkən və ya orta uşaq yaşlarında diqqəti cəlb etməyə yönəlmiş və diferensiallaşmamış dostyana davranış
D) Kiçik qardaş və ya bacıya qarşı anormal ifadə olunmuş neqativ hisslər
E) Müxtəlif sosial vəziyyətlərdə təzahür edən ciddi təzadlı və ya ambivalent emosional reaksiyalar
Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г
412) 7 yaşlı uşaq sinifdə qərar tuta bilmir, tez-tez qələm və dəftərlərini itirir, diqqətini ev tapşırığının yerinə yetirilməsində cəmləşdirə bilmir, tez-tez sinif yoldaşlarının və müəllimlərin sözünü kəsir. Daha çox ehtimal edilən diaqnoz hansıdır?
A) İctimailəşməmiş davranış pozuntusu
B) Diqqət çatışmazlığının hiperaktiv pozuntusu
C) Uşaq yaşlarında ictimai təşviş pozuntusu
D) Məktəb vərdişlərinin qarışıq pozuntusu
E) İctimailəşmiş davranış pozuntusu
Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г
413) 12 yaşlı uşaqda yaşıdlarına qarşı tez-tez zorakılıq müşahidə edilir, o, tez-tez yalan danışır, evdən qaçır. Evdən icazəsiz götürdüyü pulları məsuliyyətsiz şəkildə sərf edir, müəllim və böyüklərə qarşı özünü həyasızcasına aparır. Daha çox ehtimal edilən diaqnozu göstərin:
A) Müxalifçi-ədəbsizlik pozuntusu
B) Ailədaxili şəraitlə məhdudlaşan davranış pozuntusu
C) İctimailəşmiş davranış pozuntusu
D) İctimailəşməmiş davranış pozuntusu
E) Şəxsiyyətin dissosial pozuntusu
Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г
Dostları ilə paylaş: |