501) Yüksək qiymətli ideyalar üçün xarakterik olanı hansıdır?
A) Psixoz əlaməti olduğu şübhəsizdir
B) Həmişə antipsixotik preparatların köməyi ilə aradan qaldırılır
C) İnandıraraq asanlıqla aradan qaldırmaq olur
D) Nəticə etibarilə mənasız və ya yanlışdır
E) Sadalananların hamısı doğrudur
Ədəbiyyat: Жариков Н.М., Тюльпин Ю.Т. Психиатрия. Москва. Издательство «Медицина» 2000 г.
502) Əgər pasiyent mürəkkəb məntiqi ifadələrdən, əsl mahiyyətini bilmədən qəribə abstrakt məfhum və terminlərdən çox istifadə edirsə, belə təfəkkür pozğunluğu necə adlanır?
A) Mentizm
B) Təfəkkür qırıqlığı
C) Təfəkkürün müfəssəlliyi
D) Rezonyorluq (boşboğazlıq)
E) Autistik təfəkkür
Ədəbiyyat: Жариков Н.М., Тюльпин Ю.Т. Психиатрия. Москва. Издательство «Медицина» 2000 г.
503) Xəstə gərəksiz təfsilatlılığa meyillidir, onun nitqi mənasız dəqiqləşdirmələr və təsadüfi faktlarla zəngindir. Buna baxmayaraq, yenə də həmin söhbətin üzərinə qayıdır və son fikrə mürəkkəb, qarışıq yolla gəlib çıxır. Söhbət hansı təfəkkür pozuntusundan gedir?
A) Autistik təfəkkür
B) Rezonyorluq
C) Mentizm
D) Təfəkkürün patoloji müfəssəlliyi
E) Təfəkkürün qırıqlığı
Ədəbiyyat: Жариков Н.М., Тюльпин Ю.Т. Психиатрия. Москва. Издательство «Медицина» 2000 г.
Dostları ilə paylaş: |