515) Aşağıdakı pozuntulardan hansı yaddaş pozulmasına aid deyil?
A) Psevdoreminissensiya
B) Mentizm
C) Anteroqrad amneziya
D) Konfabulyasiya
E) Retroqrad amneziya
Ədəbiyyat: Жариков Н.М., Тюльпин Ю.Т. Психиатрия. Москва. Издательство «Медицина» 2000 г.
516) Konfabulyasiyanın tərifi aşağıdakılardan hansıdır?
A) Yenidən əldə olunmuş biliklərin uzun müddət qorunub saxlanması bacarığının kəskin aşağı düşməsi və ya tamamilə itirilməsi
B) Yaddaşın itirilmiş hissələrinin reallıqda, lakin başqa vaxt baş vermiş hadisələrlə əvəz olunması
C) Yaddaş boşluqlarının xəstə tərəfindən ağlına gələn fantastik ifadələrlə doldurulması
D) Xəstəliyin yaranmasına qədər baş vermiş hadisələr haqda xatirələrin itirilməsi
E) Xəstəliyin kəskin ifadə olunmuş vəziyyətlərindəki hadisələrin yaddaşdan silinib getməsi
Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
Dostları ilə paylaş: |