562) Bunlardan psixoendokrin sindrom strukturu pozulmalarına aid olmayanı hansıdır?
A) Obsessiyalar və kompulsiyalar
B) Bütün cavablar doğrudur
C) Meyillərin dəyişilmələri
D) Psixi aktivliyin aşağı olması
E) Affektiv pozuntular
Ədəbiyyat: Жариков Н.М., Тюльпин Ю.Т. Психиатрия. Москва. Издательство «Медицина» 2000 г.
563) Somatik və ya infeksion xəstəliklər zamanı yaranan psixotik pozuntular necə adlanır?
A) Endogen psixozlar
B) Şizofreniyayabənzər psixozlar
C) Reaktiv psixozlar
D) Simptomatik psixozlar
E) Geriyə inkişaf psixozları
Ədəbiyyat: İsmayılov N.V., İsmayılov F.N. Tibbi psixologiya və psixoterapiya, 2-ci nəşr, Bakı, 2008
564) Hipotireozdan (miksedema) əziyyət cəkən xəstələr üçün hansı psixi simptomlar xarakterikdir?
A) Apatiya və tormozlanma
B) Oyanma
C) Psevdohallüsinasiyalar və sayıqlama
D) Obsessiyalar və kompulsiyalar
E) Gülünc davranış (təlxəklik)
Ədəbiyyat: İsmayılov N.V., İsmayılov F.N. Tibbi psixologiya və psixoterapiya, 2-ci nəşr, Bakı, 2008
565) Hipertireozdan (tireotoksikioz) əziyyət çəkən xəstələr üçün hansı psixi simptomlar xarakterikdir?
A) Təşviş və ajitasiya
B) Obsessiyalar və kompulsiyalar
C) Apatiya və tormozlanma
D) Psevdohallüsinasiyalar və sayıqlama
E) Gülünc davranış (təlxəklik)
Ədəbiyyat: İsmayılov N.V., İsmayılov F.N. Tibbi psixologiya və psixoterapiya, 2-ci nəşr, Bakı, 2008
566) Miokard infarktının hansı mərhələsində xəstələrdə psixotik simptomlar yarana bilər?
A) Prodromal
B) Bütün mərhələlərdə
C) Kəskin
D) Yarımkəskin
E) Sağalma mərhələləri
Ədəbiyyat: İsmayılov N.V., İsmayılov F.N. Tibbi psixologiya və psixoterapiya, 2-ci nəşr, Bakı, 2008
Dostları ilə paylaş: |