828) Daha erkən yaş dövrünə xas olan davranış tərzinə qayıtma necə adlanır?
A) Affektin təcrid edilməsi
B) İnkar etmə
C) Rasionalizasiya
D) Reqressiya
E) Sıxışdırıb çıxarma
Ədəbiyyat: İsmayılov N.V., İsmayılov F.N. Tibbi psixologiya və psixoterapiya, 2-ci nəşr, Bakı, 2008
829) Özünə məxsus fikir, hiss və arzuların qeyri-şüuri olaraq başqalarının ayağına yazmaq necə adlanır?
A) Rasionalizasiya
B) Proyeksiya
C) Sıxışdırıb çıxarma
D) İnkar etmə
E) Reqressiya
Ədəbiyyat: İsmayılov N.V., İsmayılov F.N. Tibbi psixologiya və psixoterapiya, 2-ci nəşr, Bakı, 2008
830) Həkim, psixoterapiya prinsiplərinə əsasən, ətrafla münaqişədə olan pasiyentə qarşı hansı tədbirləri görməlidir?
A) Xəstəyə olan simpatiyasını qabarıq ifadə edərək, onun tərəfinə keçmək
B) Şəxslərarası münasibətlərin yaxşılaşdırılmasına dair birbaşa məsləhət vermək
C) Müvafiq farmakoloji müalicə təyin etmək
D) Xəstəyə özünün fəaliyyət planını seçməkdə kömək etmək
E) Münaqişədə iştirak edən şəxslərlə birbaşa əlaqə saxlamaq
Ədəbiyyat: İsmayılov N.V., İsmayılov F.N. Tibbi psixologiya və psixoterapiya, 2-ci nəşr, Bakı, 2008
Dostları ilə paylaş: |