147) Həyəcanlı-vəsvəsəli aksentuasiyalı (anankastik) adamlarda daha çox hansı pozuntu yaranır?
A) Təcrid olunmuş (adi) fobiyalar
B) Posttravmatik stress pozuntusu
C) Adaptasiya pozuntusu
D) Obsessiv-kompulsiv pozuntu
E) Dissosiativ pozuntu
Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
148) Konversiya mexanizmi üzrə yaranmış simptomlar hansı pozuntuda üstünlük təşkil edir?
A) Generalizə olunmuş təşvişli pozuntu
B) Posttravmatik stress pozuntusu
C) Dissosiativ pozuntu
D) Təcrid olunmuş (adi) fobiyalar
E) Obsessiv-kompulsiv pozuntu
Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г
149) Əri ilə boşanmaya cəhd göstərməyən, lakin ərinin dostu ilə coşğun sevgi macərası yaşayan, 35 yaşlı qadında səbəbsiz bayılmalar, qarının aşağı nahiyəsində əri ilə intim həyata mane olan ağrılar yaranır. Ginekoloqun müayinəsi patologiya aşkarlamır. Ehtimalı daha çox olan diaqnozu göstərin:
A) Konversion pozuntu
B) Posttravmatik stress pozuntusu
C) Depressiya
D) Obsessiv-fobiya nevrozu
E) Somatikləşmiş pozuntu
Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г
Dostları ilə paylaş: |