490) Xəstə güzgüyə baxır və bildirir: “Üz mənim üzümə bənzəyir, amma daxilən əvvəl olduğumdan tamam fərqliyəm”. Söhbət hansı pozuntudan gedir?
A) Psevdohallüsinasiya
B) Depersonalizasiya
C) Dismorfofobiya
D) Pareydoliya
E) Derealizasiya
Ədəbiyyat: Жариков Н.М., Тюльпин Ю.Т. Психиатрия. Москва. Издательство «Медицина» 2000 г.
491) Başqa yerləri görməyə qadir “beyindaxili görməyə” malik olduğunu bildirən xəstədə hansı qavrama pozuntusu var?
A) Parafren sayıqlama
B) Həqiqi hallüsinasiyalar
C) Verbal hallüsinasiyalar
D) Pareydolik illüziyalar
E) Psevdohallüsinasiyalar
Ədəbiyyat: Жариков Н.М., Тюльпин Ю.Т. Психиатрия. Москва. Издательство «Медицина» 2000 г.
492) Hallüsinasiyalara aşağıda sadalanan hansı psixi pozuntular zamanı rast gəlinmir?
A) Tranzitor (reaktiv) psixoz
B) Epilepsiyalar
C) Obsessiv-kompulsiv pozuntu
D) Alkoqolizm
E) Şizofreniyalar
Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
493) Xəstə dərisinin altında xırda həşərat və ya qurdların süründüyünü hiss edirsə, söhbət hansı pozuntudan gedir?
A) Senestopatiyalar
B) Pareydolik illüziyalar
C) Derealizasiya
D) Taktil hallüsinasiyalar
E) Verbal hallüsnasiyalar
Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
494) Sadalanan qavrama pozuntularından hansı hospitallaşdırmaya göstəriş sayılır?
A) Dismorfobiya
B) İmperativ hallüsinasiyalar
C) Derealizasiya
D) Senestopatiya
E) Parasteziya
Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
Dostları ilə paylaş: |