581) Tioridazinin sutkada 800 mq-dan çox qəbul edilməsi nə ilə nəticələnə bilər?
A) Beyinin görməyə nəzarət edən hissələrində dönən degenerativ dəyişikliklər
B) Görmə sinirinin atrofiyası
C) Görmənin pozulması (piqment retinopatiya) ilə müşayiət edilən dönməyən degenerativ dəyişikliklər
D) Astiqmatizm
E) Qlaukomanın yaranması
Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г
582) Bu preparatlardan həyat üçün təhlükəli hemotoloji kənar effekti olanı hansıdır?
A) Olanzapin
B) Klozapin
C) Haloperidol
D) Tizersin
E) Risperidon
Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г
583) Ürək-damar xəstəlikləri olan pasiyentlərə dövrü antidepressantların təyin olunmasında əsas tibbi əks-göstəriş nədir?
A) Tromboflebit
B) Xolesterinin yüksək səviyyədə olması
C) Ürək keçiriciliyinin pozulması
D) Göstərilənlərin hamısı doğrudur
E) Göstərilənlərin heç biri doğru deyil
Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г
584) İntoksikasiya simptomları hətta litiumun standart terapevtik konsentrasiyasından belə hansı xəstələrdə yarana bilər?
A) Respirator xəstəlikləri olan pasiyentlər
B) Göstərilənlərin hamısı doğrudur
C) Böyrək çatışmazlığı olan xəstələr
D) Bipolyar pozuntusu olan xəstələr
E) Qaraciyər çatışmazlığı olan xəstələr
Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г
585) Nəyə görə lamotricin 16 yaşından aşağı uşaqlar üçün əks-göstərişdir? (ən çox rast gəlinən səbəbi göstərin)
A) Mədə-bağırsaq simptomları
B) Ağır dəri səpmələri riski
C) Respirator simptomlar
D) Mərkəzi sinir sisteminin zədələnməsi simptomları
E) İntellektual inkişafdan qalma
Ədəbiyyat: Г.И. Каплан, Б.Дж. Сэдок Клиническая психиатрия. Перевод с английского. Издательство: Медицина 1999 г
Dostları ilə paylaş: |