570) Mamalıq və ginekologiyada ən çox rast gəlinən psixi pozuntu hansıdır?
A) Menstruasiyadan əvvəl disforik pozuntu
B) Hamiləlik zamanı psixozlar
C) Doğuşdan sonrakı depressiya
D) Kontraseptivlərdən istifadə ilə əlaqədar psixi pozuntular
E) Klimakterik nevroz
Ədəbiyyat: Майкл Гельдер, Денис Гет, Ричард Мейно. «Оксфордское Руководство по Психиатрии»; Второе издание; том 1;Издательство «Сфера», перевод с английского; 1999 г.
571) Depressiya və ürək-damar xəstəliklərinin ümumi əlamətlərinə aşağıdakılardan hansı aid deyil?
A) Döş sümüyü arxasında ağırlıq hissi
B) Sadalananların hamısı doğrudur
C) Enerjinin azalması və yorğunluğun artması
D) Tormozlanma və ya ajitasiya
E) Normal halda reaksiya tələb edən hər hansı hadisə və ya fəaliyyətə emosional reaksiyanın qeydə alınmaması
Ədəbiyyat: Майкл Гельдер, Денис Гет, Ричард Мейно. «Оксфордское Руководство по Психиатрии»; Второе издание; том 1;Издательство «Сфера», перевод с английского; 1999 г.
572) Bu psixi pozuntulardan ürəyin işemik xəstəliyi üçün daha çox xarakterik olanı hansıdır?
A) Psixi avtomatizmlərlə müşayiət edilən artan amnezia
B) Asteno-nevrotik
C) Total ağıl zəifliyinin epileptik cəngolma tutmaları ilə birliyi
D) Yaddaş pozulması ilə müşayiət edilən verbal psixoz
E) Təqib sayıqlaması ilə müşayiət edilən verbal hallüsinoz
Ədəbiyyat: İsmayılov N.V., İsmayılov F.N. Tibbi psixologiya və psixoterapiya, 2-ci nəşr, Bakı, 2008
Dostları ilə paylaş: |